BAKU Azərbaycan
30.12 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bizi kənd yerlərində, bələdiyyə ərazilərində sıfır tullantı məlumatlılığının artırılmasına həvəsləndirir. Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğanın 2018-ci ildən başlatdığı Sıfır tullantı hərəkatı qlobal əhəmiyyət qazanıb. Türkiyədə son illərdə sıfır tullantı nəşrləri, informasiyaları artır, məktəblərdə tədris olunur və müəssisələr bu istiqamətdə sertifikatlar əldə edirlər. 2022-ci il noyabr ayının 11-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” sənədini imzalayıb. Məqsəd Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılmasıdır. Ümumiyyətlə, tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Həmin sənədi imzalamaqla Mehriban xanım Əliyeva Azərbaycanda sıfır tullantı yanaşmasının təbliğ olunması və qabaqcıl təcrübələrin paylaşılmasını vəd edir. Sıfır tullantıya nail olmağın yolu bu sahədə informasiyaların əldə edilməsindən başlanır. Ağsu rayonu Gəgəli bələdiyyəsi "Sıfır tullantı kəndi" və "Sıfır tullantı evləri" layihələrini başlatdığını elan edir. Bu məqsədlə yerli sakinlərlə əməkdaşlıq müqavilələri imzalanır. Müqaviləyə görə tərəfdaş - kənd sakini Gəgəli bələdiyyəsinin sıfır tullantı kəndi və sıfır tullantı evlərinin yaradılması layihəsinə qoşulur. Sıfır tullantı üçün evindən çıxan məişət tullantılarını yaş, quru, bərk və uşaq bezləri olmaqla dörd qrupda çeşidləyir. Bələdiyyənin Təmiz kənd müəssisəsi çeşidlənmiş məişət tullantılarını ayda dörd dəfə həftənin cümə axşamları olmaqla daşınması xidmətini göstərir və sıfır tullantı tərəfdaşının çeşidləmə işinin davamlılığını qeydə alır. Bələdiyyə ilin sonunda təşkil edəcəyi “Sıfır tullantı tərəfdaşı” mükafatlandırmasında sıfır tullantı layihəsində iştirak edən tərəfdaşlara seçim əsasında pul mükafatları verəcəkdir. 30 mart Dünya Sıfır Tullantı Günü münasibətilə Gəgəli bələdiyyəsi Türkiyə Cümhuriyyəti Konya Səlcuqlu bələdiyyəsi İqlim dəyişikliyi və sıfır tullantı idarəsi Kompost istehsal mərkəzinin rəhbəri ətraf mühit mühəndisi Əbdürrəhman Cahid Gökalın sıfır tullantı mövzusunda vebinarını təşkil edir. Vebinar 30 mart 2024-cü il saat 21.00-da Google Meet formatında baş tutacaq. Hamı dəvətlidir.

 //meet.google.com/wkg-pzbi-qko

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər