BAKU Azərbaycan
25.04 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 22 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti 188 nömrəli qərarı ilə “Qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi Qaydasını” təsdiq etdi.  Bu qərar ilk baxışdan texniki xarakter daşısa da, əslində dövlət–QHT münasibətlərinin təşkili, maliyyə resurslarının idarə olunması və vətəndaş cəmiyyətinin inkişafı baxımından müəyyən dövr ərzində bu sahədə görülən uğurlu işlərin məntiqi nəticəsi və yeni yanaşmanın göstəricidir. Əlbəttə ki, bu ilk növbədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, bütövlükdə bu sahədəyə məsul olan şəxslərə həm cəmiyyətin, həm də ölkə rəhbərliyinin etimad, inam indikatorudur və onun ölkənin idarəetmə sistemində əhəmiyyətl, etibarlı bir mexanizmə çevrildiyini sübut edir. Bu eyni zamanda, məsuliyyəti artırır, bu sahədə çalışan yetkililər üzərinə daha böyük iş yükü qoyur, onların səfərbər olunmasına, yeni daha intensiv rejimdə işləməsini şərtləndirir.
 Bəs QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ-“bir pəncərə” mexanizmi nə vəd edir?
 Hesab edirəm ki, bu suala bir neçə aspekdən dəyərləndirmək lazımdır.
1. Ölkədə vətəndaş cəmiyyəti, QHT-lərin həyata keçirdiyi layihələr, əldə olunan nəticələr və s. bağlı vahid məlumat bazasının yaradılması
     Güman edirəm ki, ən qısa müddətdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 15 dövlət qurumu ilə birlikdə vahid elektron məlumat bazası formalaşdıracaq. Bu vahid bazada ölkə üzrə QHT-nin  maliyyə aldığı bütün layihələr, görülən işlər, hesabatlar və s. cəmləşəcək. Nəticədə təkrar layihələrin və plagiatın qarşısı alınacaq, dövlət vəsaitlərinin istifadəsinə nəzarət güclənəcək, onun səmərəli istifadəsinə şərait yaradılacaq. institusional yaddaş formalaşacaq.
2. Bu günədəək bu sahədə hökm sürən dağınıq, pərakəndə modeldən koordinasiyalı sistemə keçid
 İndiyədək müxtəlif dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq QHT layihələrini maliyyələşdiriblər. Bu mexanizm müəyyən müsbət nəticələr versə də, problemlər də az deyildi. Ayrı-ayrı qurumlar arasında məlumat mübadiləsinin məhdud olması, müxtəlif dövlət orqanlarının dəstəyi ilə həyata keçirilən layihələrlə bağlı kifayət qədər ictimai məlumatlandırmanın olmaması bu layihələr, onun nəticələri və s. ilə bağlı cəmiyyətə keyfiyyətli və obyektiv informasiyanın ötürülməməsi, görülən işlərin  səmərəsi, əhəmiyyəti şühbə doğuran və ya eyni mövzularda təkrarlanan layihələrin maliyyələşdirilməsi, vahid məlumat bazasının olmaması və s. ümumi mənzərənin görünməsinə mane olurdu.
  Yeni sistem məhz bu boşluqları aradan qaldırılmasına, koordinasiyalı fəaliyyət nəticəsində vahid məlumat bazasının formalaşdırılmasına, dövlət dəstəyi mexanizmlərinin daha sistemli şəkildə idarə olunmasına imkan yaradacaq. Eyni zamanda QHT sektorunun daha koordinasiyalı fəaliyyət göstərməsi dövlət siyasətinin effektivliyini artıra bilər. Nəticədə bir sıra problemlər, nöqsanlar aradan qaldırıla bilər, yəni  eyni mövzuda müxtəlif qurumlar tərəfindən maliyyələşdirilən oxşar- təkrarlanan layihələrin sayı azalacaq. Resursların daha düzgün bölgüsünə, dövlətin strateji sənədlərində müəyyən edilmiş istiqamətlər üzrə prioritetlərin müəyyənləşdirilməsinə müsbət təsir edəcək. Digər tərəfdən. əgər əvvəllər müxtəlif qurumlarda fərqli prosedurlar mövcud idisə, yeni sistemdə prosesin əhəmiyyətli hissəsi rəqəmsal platforma üzərindən həyata keçiriləcək. Bu da öz növbəsində müraciətlərin sadələşdirilməsinə, vaxt itkisinin azalmasına, məlumat mübadiləsini sürətləndirməsinə xidmət edəcək.
3. Çox vacib bir məqam bu sahədə şəffaflıq və hesabatlılığın güclənməsidir
 Dövrümüzün əsas tələblərindən və müasir dövlət idarəçiliyinin əsas prinsiplərindən biri şəffaflıq və hesabatlılıqdır. Yeni mexanizm vasitəsilə hansı təşkilatın hansı layihə üzrə maliyyə aldığı, hansı istiqamətlərdə dövlət dəstəyinin göstərildiyi və resursların necə bölüşdürüldüyü barədə daha dolğun məlumatların əldə edilməsi mümkün olacaq.
Bu isə dövlət vəsaitlərinin istifadəsinin səmərəliliyinin artırılmasına, təkrarlanan layihələrin qarşısının alınmasına və maliyyələşdirmə prosesinin daha obyektiv əsaslar üzərində qurulmasına şərait yarada bilər. Məhz bu mənada, bu yenilik illər ərzində ayrı-ayrı dövlət qurumlarının qrant layihələri ilə bağlı elanların verilməsi, qaliblərin seçilməsi, layihələrin maliyyələşdirlməsi, effektivliyi, “bəzi dövlət orqanlarının orbitində, bəzən isə yalnız elə bu məqsədlə yaradılan və fəaliyyət göstərən, ictimai çəkisi, təsiri olmayan satelit QHT” və s. ilə bağlı ara-sıra səsləndirilən söz-söhbətlərin, neqativ fikirlərin qarşısının alınmasına, bu istqiamətdə daha sağlam mühitin yaradılmasına ciddi təsir edəcək.  
4. Vətəndaş cəmiyyətinin institusional inkişafı üçün imkanların açılması və vətəndaş cəmiyyətinin peşəkarlığının artırılması
  Yeni qaydalar QHT-lərin fəaliyyətində peşəkarlıq meyarlarının daha da güclənməsini təşviq edə bilər. Layihələrin keyfiyyəti, nəticəyönümlülük, hesabatlılıq və institusional dayanıqlıq kimi meyarların ön plana çıxması uzunmüddətli perspektivdə daha güclü və peşəkar vətəndaş cəmiyyəti institutlarının formalaşmasına müsbət təsir göstərə bilər.
Bununla yanaşı, rəqəmsallaşma, məlumat bazalarının inteqrasiyası, xidmətlərin mərkəzləşdirilməsi, və vahid idarəetmə prinsiplərinin tətbiqi QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığın operativliyini artırmağa xidmət edəcək. Həmçinin yeni sistem QHT-lərdən daha keyfiyyətli layihələr, peşəkar hesabatlılıq, nəticələrin ölçülməsi və s. tələb edə bilər ki, bu da öz növbəsində  uzunmüddətli perspektivdə daha güclü və peşəkar QHT sektorunun formalaşmasına müsbət təsir göstərə bilər
5. Dövlət siyasətinin istiqamətləri çərçivəsində rəsmi strukturların bütövlükdə vətəndaş cəmiyyəti institutları ilə əlaqələlərinin inkişafı.
  Bu sistem fəaliyyəti, yerinə yetirləcək layihələri, əvvəllər olduğu kimi bəzi nazirlik və qurumların öz ətraflarına məhdud sayda QHT cəlb edərək, öz korporativ və ya təşkilatdaxili maraqlarına uyğun sahələr üzrə deyil, dövlət siyasətinin prioritet istiqamətləri üzrə bir sistem daxilində əlaqələndirəcəyinə inam yaradır. Bu isə dövlət sifarişlərinin daha məqsədyönlü müəyyən edilməsinə, milli prioritetlərə uyğun layihələrin dəstəklənməsinə,
resursların daha səmərəli bölüşdürülməsinə imkan verəcək, bu və ya digər dövlət orqanın ilə ayrı-ayrı “satelit QHT-lərin” deyil, bötövlükdə vətəndaş cəmiyyəti arasında münasibətlərin yaxşılaşmasına, əməkdalığın inkişafına, ümumiyytələ isə dövlət–QHT münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsinə təkan verəcək.  
  Amma yuxarıda qeyd olunalar, qətiyyən eyforiyaya qapılmağa əsas olmamalıdır. Hər bir yeni sistem kimi, “bir pəncərə” mexanizminin uğuru da onun praktik tətbiqindən asılı olacaq. Gələcəkdə bu istiqamətdə kifayət qədər məsuliyyətli və diqqətli fəaliyyət göstərmək vacib şərtlərdəndir. Unutmaq olmaz ki, bu prosesi ləngidə, prosesin səmərəliliyinə mane ola biləcək mümkün risklər və müzakirə olunan məqamları, bununla bağlı preventiv tədbirləri də nəzərə almaq lazımdır. Belə ki:
- Bu günə qədər QHT-lərə layihələrin verilməsində fəallıq nümayiş etdirən müxtəlif dövlət qurumlarının təşəbbüs imkanlarının məhdudlaşması və bu prosesdə həvəsinin azalması ehtimalı;
- QHT-lərin dövlət prioritetlərindən və sifarişlərindən asılılığının artması və onlar tərəfindən təşəbbüskarlığın, özünəməxsusluğun azalması,
- Layihələrin maliyyələşdirmənin mərkəzləşməsi nəticəsində QHT Agentliyinin həddindən artıq yüklənməsi riski və s.
 
Yəni yuxarıda qeyd oluan mümkün risklərin qarşısnın alınması üçün aşağıdakı qabaqlayıcı tədbirlərin görülməsi və parallel dəstəkləyici addımların atılması vacibdir. Başqa sözlə, əvvəla vətəndaş cəmiyyətinin əsas xüsusiyyətlərindən biri müxtəliflik olduğu üçün, maliyyələşdirmə mexanizmi müxtəlif fəaliyyət istiqamətlərini və təşəbbüsləri əhatə etməlidir. İkincisi, QHT-lərin maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Agentliklə birlikdə həyata keçirəcək və sıx koordinasiyada fəaliyyət göstərəcək 15 dövlət orqanının bu istqaimətdə fəaliyyət intensivliyinin stabilliyinin qorunması, mövzuların qurumlar arasında vaxtında və düzgün bölüşdürülməsi, işlərin sistemli və ardıcıl şəkildə planlaşdırılması daim diqqət mərkəzində olmalı, ciddi nəzarət altında saxlanılmalıdır. Nəhayət hesab edirəm ki, bu cür əhəmiyyətli, çətin və məsuliyyətli işin öhdəsindən uğurla gəlmək üçün QHT Agentliyinin özünün institusional resurlarının, imkanlarının artırilmasına ehtiyac var.
 
Yekun: Əlbəttə ki, yuxarıda qeyd edilənləri nəzərə alsaq bu qərarı Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin daha böyük uğurların başlanğıcı hesab etmək olar. “Bir pəncərə” prinsipi əsasında formalaşdırılan yeni maliyyələşdirmə mexanizmi təkcə inzibati yenilik deyil, həm də dövlət və vətəndaş cəmiyyəti arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə keçidinin göstəricisi kimi qiymətləndirilməlidir.
Bu sənədi son illər ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının dövlət tərəfindən dəstəklənməsi sistemində mühüm institusional yeniliklərdən biri,  bütövlükdə vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün yeni imkanların yaradılması, QHT sektorunun inkişafı istiqamətində atıımış mühüm və əhəmiyyətli  addımlardan biri hesab etmək bilər.
 
Əhməd N. Abbasbəyli
“Cəmiyyətin İnkişaf Mərkəzi” İB-nin sədri

Son xəbərlər

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

Bütün xəbərlər