BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Dayaq” Sosial Maarifləndirmə İB-inin həyata keçirdiyi, "Məişət zorakılığına yox!" mövzusunda maarifləndirici tədbir iyunun 24-də 1 Saylı Bakı Tibb kollecində keçirilib.

Mustaqil.az xəbər verir ki, tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin eksperti Gövhər Quliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının katibi Rasim Əliyev, 1 Saylı Bakı Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elnur Həsənbəyli, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Zinyət Ağamalıyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Səadət Şıxaliyeva, 1 Nömrəli Bakı Tibb Kollecinin tələbəsi Yaqut Novruzlu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Elvina Əliyeva, Esmira Rzayeva, Kəmalə Tağıyeva, kollecin tələbələri iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, iştirak edən qonaqları və tələbələri salamlayıb. Layihənin əsas məqsədi və layihədə nəzərdə tutulan tətbirlər barəsində məlumat verib. Məişət zorakılığının cəmiyyət üçün yaratdığı təhlükələrdən danışaraq qeyd edib ki, bu problemin həlli üçün maarifləndirmə işlərinin genişləndirilməsi və gənclərin aktiv iştirakının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının katibi Rasim Əliyev çıxışında sağlam həyat tərzinin, ailə münasibətlərində qarşılıqlı hörmətin və cəmiyyətin birgə məsuliyyətinin vacibliyini vurğulayıb. 1 Saylı Bakı Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elnur Həsənbəyli gənclərin bu cür maarifləndirici tədbirlərdə iştirakının əhəmiyyətindən danışaraq layihənin tələbələr tərəfindən böyük maraqla qarşılandığını bildirib. Layihənin eksperti Gövhər Quliyeva çıxışında məişət zorakılığının psixoloji və sosial təsirlərindən bəhs etdi, zorakılığın erkən əlamətlərinin tanınması və belə hallarda müraciət edilə biləcək dəstək mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verdi. 1 Saylı Bakı Tibb Kollecinin tələbəsi Yaqut Novruzlu çıxış edərək gənclər arasında məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən danışdı və bu kimi layihələrin tələbələrin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdiyini vurğuladı.
Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri – vəkillər Zinyət Ağamalıyeva, Səadət Şıxaliyeva, Elvina Əliyeva, Kəmalə Tağıyeva və Esmira Rzayeva məişət zorakılığı qurbanlarının hüquqları, qanunvericilikdə nəzərdə tutulan müdafiə mexanizmləri və hüquqi yardım imkanları barədə geniş məlumat verdilər. Vəkillər iştirakçıları maraqlandıran sualları cavablandıraraq hüquqi maarifləndirmənin vacibliyini qeyd etdilər.

Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam etdi. İştirakçılar məişət zorakılığı ilə mübarizədə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və hər bir fərdin rolunun vacibliyini qeyd etdilər.
Tədbir qonaq və tələbələr ilə xatirə şəkilin çəkiliməsilə yekunlaşıb. Tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları paylanılıb. Tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür bildirildi.
Qeyd edək ki, layihənin əsas məqsədi “Məişət zorakılığına yox!” cəmiyyətdə zorakılığa qarşı dözümsüz münasibətin formalaşdırılması, hüquqi biliklərin artırılması və sağlam ailə münasibətlərinin təşviq edilməsidir.

         

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər