BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Dəyirmi masanın davamlı şəkildə həyata keçirilməsində məqsəd ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara münasibətin dəyişdirilməsi üçün dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsidir. Eyni zamanda, bu istiqamətdə tədbirləri özündə əks etdirən yerli fəaliyyət planlarının hazırlanması, habelə, ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara qarşı münasibətin dəyişdirilməsinə və onların qarşısının alınmasına köməklik göstərməkdir”.

Bu sözləri “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Gəncə şəhərində Kabadokiya Mərkəzində BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun maliyyələşdirdiyi dördüncü dəyirmi masada bildirib. Qeyd edib ki, cəmiyyətin təşkilatçılığı ilə keçirilən layihə, “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsi” mövzusunu əhatə edir.

Gəncədə dəyirmi masa keçirilib
Dəyirmi masa

“Dəyirmi masa dövlətin, vətəndaş cəmiyyətinin və özəl təşkilatların, biznes qurumlarının  nümayəndələrinin iştirakı ilə təşkil olundu. Həssas qrupdan olan qadın və qızlara qarşı zorakılıq, onların dövlət xidmətindən yararlanmaları üçün hüququi maarifləndirilməyə ciddi ehtiyac olması ilə bağlı maraqlı müzakirələr aparıldı. Mən cəmiyyətin sədri olaraq  layihənin fəaliyyəti, görülən işlərin nəticələri və birinci dəyirmi masadan sonra həllini tapmış məsələlərlə bağlı iştirakçılara geniş məlumat verdim. Tədbirə qatılanlar ictimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı ayrı-seçkilik halları və onların həlli yollarından söz açıblar”, – deyə, M.Rəhimova əlavə edib.

Dəyirmi masada, həmçinin, dövlət qurumları arasından yaradılan Koordinasiya Şurasının fəaliyyətinin müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər dinlənilib. Üzvlərin vəzifələri bir daha müzakirə olunub. Layihənin əsas benefisiarları olan sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadəsinin asanlaşdırılması üçün Koordinasiya Şurasının məqsədinin müəyyən edilməsi, əlaqələndirilməsi və birgə fəaliyyətlərinin həyata keçirilməsi barədə dəyirmi masa iştirakçılarına ətraflı məlumat verilib.

Dəyirmi masada Koordinasiya şurasının üzvləri iştirak edib
Koordinasiya şurasının üzvləri

“Qeyd edək ki, əlil qadınlar və qızlar öz hüquqlarından az xəbərdardırlar. Bu səbəbdən də üzləşdikləri problemləri həll edə bilmirlər. Layihəmizin əsasını onların həyatlarında inkişaf etdirmələri üçün dəstək sistemi təşkil edir. “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan əlil qadın və qızlar, o cümlədən, məcburi köçkün ailələri üçün dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır. Layihə çərçivəsində müəyyən mərhələlərdə sağlamlıq imkanları məhdud qadın və qızların üzləşdiyi problemlərin ictimailəşdirilməsi təşkil olunur. Bu kateqoriyadan olan insanların cəmiyyətdə qarşılaşdıqları problemlərin öyrənilməsi və təhlili, onların həlli yollarının tapılması, həlli, qarşılaşdıqları subyektiv səbəblərin aradan qaldırılması məqsədilə tədris xəttinin ardıcıl şəkildə aparılması təmin edilir. Layihənin əsas istiqamətlərindən biri də sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif növ əlilliyi olan və ünsiyyətdə çətinlik çəkən qadın və qızlarla peşəkar etik ünsiyyət, o cümlədən kommunikativ bacarıqların öyrədilməsidir. Onlara xidmət etmək üçün bilik və bacarıqların artırılmasına üstünlük verilir”, – QHT sədri vurğulayıb.

Qeyd edək ki, layihə Bakı, Gəncə şəhərlərini və Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edir və 2022-ci ilin sentyabr – 2025-ci ilinavqustayları (36 ay) ərzində həyata keçiriləcək.

 

Son xəbərlər

Tatarıstanda Leninoqorsk şəhərinin Azərbaycan icmasının rəhbəri iftar süfrəsi təşkil edib

“Azərbaycandan dünyaya iqlim diplomatiyası: COP29 Mirası” adlı tədbir keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib

Tanrı və Allah arasında qaldığım gün...

Vaqif Mustafazadənin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Masallıda yaradıcı sənayenin inkişafına dair maarifləndirici təlim keçirildi

Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətləri inkişaf edir

"İğdır-Naxçıvan qaz xəttinin açılışı Türkiyə-Azərbaycan birliyinin əyani təzahürüdür"

Azərbaycan tarixində qadınların rolu

PAŞ rəhbərliyi Avropa Konqresinin Polşada keçirilən 10-cu Yerli Hakimiyyət Qurumları Forumunda iştirak edib

3 mart-Beynəlxalq Yazıçılar Günündə Fəxri oxucunun kitabxanaya hədiyyəsi

Füzulinin 530 illiyinə həsr olunmuş qiraət müsabiqəsinə yekun vurulub

Gənc azərbaycanlı pianoçunun böyük uğuru

Tatarıstandakı Azərbaycan icması sədrinin nəvəsi ümumrusiya müsabiqəsində birinci olub

Naxçıvanda "Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu" keçirilib

ISO 7101:2023 beynəlxalq standartının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib

Polşada Xocalı soyqırımı qurbanları üçün anım lövhəsi açıldı -FOTO

İstanbul Sənayeci və Sərmayəci İş İnsanları Dərnəyində (İSİYAD) Xocalı soyqırımı şəhidləri anılıb

Səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək

"Avropa dövlətlərinin əksəriyyətinin öz suverenliyin, ərazi bütövlüyünü qorumaq imkanları yoxdur"

İnsanlıq əleyhinə törədilən cinayət

Regionlarda yaradıcı sənayenin inkişafına dair maarifləndirici təlimlərə start verilib

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri hər birimizi qürurlandırır"

Tanınmış həkim Nəzər Hacıyevin doğum günüdür

DANİB ideoloji təhdidlərlə bağlı Gəncə və Lənkəranda tədbir keçirib -FOTOLAR

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Polşa Azərbaycanlıları Şurası və “Citi Bank”ın dəstəyilə Varşava Azərbaycan Evində təlim keçirilib

Ömrünü səhiyyəyə həsr etmiş FAZİL İSMAYILOV

Bu dəfə də tamaşa alqışlarla qarşılandı…

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistan Dövlət Akademik Böyük Teatrında konsert keçiriləcək

Bütün xəbərlər