BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasını yekunlaşdırıb. Bu məqsədlə iyulun 3-də İctimai Birlik hesabat xarakterli tədbir keçirib. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər, media təmsiçiləri, təhsil işçilərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli deyib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 3 ay boyunca (1 may-31 iyul 2024-cü il) həyata keçirilən “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihə çərçivəsində paytaxtdakı 3 ümumtəhsil müəssisəsində təhsil alanlarla qida təhlükəsizliyi ilə bağlı maarifləndirici xarakter daşıyan görüş keçirib.

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” layihəsi başa çatıb

Bakının 64, 93 və 210 saylı məktəbində baş tutan görüşlərdə ümumilikdə 500-ə yaxın şagirdin iştirak etdiyini və onların sağlam qidalanma ilə bağlı maarifləndirildiyini diqqətə çatdıran Süleyman İsmayılbəyli, eyni zamanda tədbirlər zamanı şagirdlərə sağlam qidalanma ilə bağlı hazırlanmış çap məhsulları, bukletlərin paylanıldığını diqqətə çatdırıb. İctimai Birlik sədri gələcəkdə də rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə maarifləndirici xarakter daşıyan tədbirlər keçirəcəyini diqqətə çatdırıb.


Sonra çıxış edən təlimçi Ruhiyyə Mehdiyeva İctimai Birliyin həyata keçirdiyi layihə çərçivəsində təhsil alanlarla keçirilən görüşlərin əhəmiyyəti barədə danışıb. Bildirib ki, görüşlər çərçivəsində şagirdlərlə fərdi qaydada söhbətlər aparılıb, onların sağlam qidalanmaya nə dərəcədə üstünlük verdikləri öyrənilib.


Sonra çıxış edən sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə bir layihəni maaliyələşdirdiyi üçün təşəkkür edib. Sağlam qidalanmanın günümüzdə çox vacib olduğunu diqqətə çatdıran Məhsəti Hüseynova xüsusilə orta məktəblərdə bu istiqamətdə maarifləndirici xarakter daşıyan tədbirlərin, görüşlərin keçirilməsinin vacibliyindən danışıb. O bildirib ki, kimliyindən asılı olmayaraq hər bir vətəndaş yediyi, içdiyi məhsulun nə qədər sağlam, orqanizm üçün zərərli olub-olmadığının fərqinə varmalıdır.


“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, “QAZİLER.AZ” saytının baş redaktoru, qazi Rey Kərimoğlu da layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, qida təhlükəsizliyi ölkənin təhlükəsizliyi qədər vacib bir məsələdir. Rey Kərimoğlu bu tipli layihələrin davamlı olmasını arzulayıb.


Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə ümumtəhsil müəssisələrində məktəb bufetlərinə xüsusi nəzarətin həyata keçirilməsinin vacibliyindən danışıb. Bildirib ki, bu istiqamətdə təhsil sektoruna cavabdeh olan müvafiq qurumlarla iş aparmaq daha faydalı olar.


Hüquqşünas Alim Hüseynli qida məhsulları üzərində onun tərkibini istehlakçıya çatdıran məlumatların daha sadə dildə yazılmasının tərəfdarı olduğunu vurğulayıb. Həmçinin, o qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı valideynlərlə də iş aparmaq lazımdır. Çünki valideyn övladına nələrin, hansı qida məhsullarının ziyanlı olduğunu daha yaxşı bilir və bu səbəbdən məktəb bufetlərinə qida vasitələri alınarkən bu məsələ də diqqətdə saxlanılmalıdır.


Təhsil ictimaiyyətinin nümayəndələri, Nigar Bayramova, Sevinc Quliyeva və digər natiqlər də layihənin əhəmiyyətindən, sağlam qidalanmanın vacibliyindən danışıblar.


Sonda sağlam qidalanma üzrə ekspert Asim Vəliyev çıxış sağlam qidalanmanın qızıl qaydaları barədə tədbir iştirakçılarının məlumatlandırıb. Bildirib ki, istehlakçı hər hansı bir məhsul alarkən ancaq onun istifadə müddəti, yararlılıq tarixinə diqqət etməməlidir. Eyni zamanda onun tərkibi, saxlanma şəraitini də nəzərə almalıdır.
Görüş müzakirələrlə davam edib.

Son xəbərlər

Yeni geosiyasi reallıq və balans siyasəti

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Bütün xəbərlər