BAKU Azərbaycan
24.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlumat üçün bildiririk ki, “Əks-Səda Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Bakı Şəhər Gənclər və İdman İdarəsinn tərəfdaşlığı ilə “Uşaq və yeniyetmələr arasında qazlı içkilərin və paketlənmiş qidaların satışının qarşısının alınmasına dair jurnalist təşəbbüslərin artırılması” adlı layihənin icrasını uğurla icra edir. Layihənin məqsədi uşaq və yeniyetmələr arasında zərərli qazlı içkilərin və hazır kimyəvi qida qatqılı paket qidalarının satışının qanunvericiliklə qadağan olunmasına nail olmaq və bu istiqamətdə ictimai vəkillik təşəbbüslərinin gücləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində bir sıra media media rəhbərləri ilə görüş keçirilib. Görüşdə layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova layihə barəsində geniş məlumat verib və mövzunun aktuallığını nəzərə alaraq mütəmadi olaraq KİV-lərdə  işıqlandırılmasının vacibliyini diqqətə çatdırıb. Görüş zamanı Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Asim Vəliyev, Bakı şəhər Gənclər və İdman İdarəsi Səbail rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Rüfət Əhmədov, aparıcı məsləhətçisi Nail Bağırzadə, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, “Veteninfo.az” informasiya portalının rəhbəri Nahid Canbaxışlı, “Yeniçağ Media Qrupu”nun rəhbəri Aqil Ələsgər, İnterpress.az informasiya portalının rəhbəri Toğrul Allahverdili, “newscenter.az” saytının baş redaktoru Süleyman İsmayılbəyli, “ulusal.az” saytının baş redaktoru Qoşqar Salmanlı, “Addım” Gənclərin İnkişaf Mərkəzinin həmtəsisçisi Kamil Həmidov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin idarə heyətinin üzvü Xəqan Qədimov iştirak edib. Qazlı və rəngli içkilərin, o cümlədən rəf ömrü uzun paketli qidaların uşaq və yeniyetmələr arasında istehlakının azaldılmasına dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb. Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində Sabunçu rayonu, Xəzər rayonu, Pirallahı rayonu, Nizami rayonu və Səbail rayonunda uşaq və yeniyetmələrlə görüşlər keçirilib. Həmçinin sosial şəbəkələrdə paylaşılması üçün maarifləndirici elektron bannerlər və yazılar hazırlanıb.

 

Son xəbərlər

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Bütün xəbərlər