BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbirini Bakı şəhərində keçirib. Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan tədbirdə QHT, media nümayəndələri və ictimai fəallar iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



Açılış nitqi ilə çıxış edən “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs edərək bildirib ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır. Təşkilat rəhbəri qeyd edib ki, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramları və antikorrupsiya qanunvericiliyi qəbul edilərək hüquqi baza gücləndirilmişdir. “Elektron hökumət layihələri və dövlət satınalmalarının şəffaflığı təmin etmək məqsədilə elektron satınalmalar sistemi tətbiq olunmuşdur. İctimai nəzarətin gücləndirilməsi üçün QHT-lər və medianın rolu artırılmış, maarifləndirmə tədbirləri və təlimlər təşkil edilmişdir. Asan xidmət və DOST Mərkəzləri də bu istiqamətdə ən uğurlu layihələrdən olub. QHT nümayəndələri olaraq bu istiqamətdə bizim üzərimizə də müəyyən vəzifələr düşür. Bu baxımdan davamlı olaraq bu sahədə layihələrin icrası vacibdir.”
ATXƏM-in sədri İlham İsmayılov, Bakı QHT Resurs Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, layihə eksperti Əli İbrahimov,Bürkseldə yaşayan soydaşımız Ədalət Quliyev və digər çıxışçılar layihənin uğurlarından danışaraq, bu sahədə ictimai fəallığın artırılmasının vacibliyini qeyd etdilər. Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində yeni mexanizmlər qurduğu və müəyyən problemlərin aradan qaldırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti sektorunun birgə və davamlı fəaliyyətinin vacibliyi diqqətə çatdırıldı. Qeyd edək ki, “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhəri, Sumqayıt şəhəri, Quba və Xaçmaz rayonlarında maarifləndirici tədbirlər keçirilib.













Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər