BAKU Azərbaycan
24.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İndoneziyanın Batam şəhərində keçirilən 28-ci Dünya Tibbi Hüquq konqresində azərbaycanlı alim, tibb elmləri doktoru, hüquq elmləri doktoru, məhkəmə-tibbi ekspert, professor Vüqar Qurban oğlu Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA; WAML, World Association for Medical Law) Baş katibi seçilmişdir. 

Onun namizədliyi Assosiasiyanın yeni seçilmiş prezidenti, Belçikalı professor Tyerri Vansvivelt tərəfindən irəli sürülmüşdür. Baş katib kimi yüksək vəzifəyə daha iki ölkədən, İsrail və Macarıstandan, namizədliklər irəli verilmişdir. Macarıstanlı professor Cudit Şandor öz namizədliyini azərbaycanlı alimin lehinə geri götürmüşdür və sonradan baş vermiş seçkidə Assosiasiyanın 33 nəfərdən ibarət İdarə Heyətinin üzvləri gizli səsvermə yolu ilə Vüqar Məmmədovu səs çoxluğu ilə Baş katib seçmişlər.

İxtisasca məhkəmə-tibbi ekspert olan Vüqar Məmmədov həm tibb, həm hüquq üzrə elmlər doktorudur, ölkəmizdə və xaricdə yaxşı tanınan alimlərimizdəndir. Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Türkiyə, Pakistan, İndoneziya, Ukrayna, Qazaxıstan, İran, Litvanın 18 universitetində professor və dəvətli professor kimi çalışıb, 54 ölkədə məhkəmə təbabəti, tibbi hüquq, insan hüquqları, bioetika və ətraf mühit hüququ üzrə mühazirələr oxuyub, 360 elmi işin müəllifidir. 2008-ci ildən DTHA-nın üzvü, 2012-ci ildən - İdarə Heyətinin üzvü, 2016-cı ildən İcra Komitəsinin üzvü və Xəzinədarı, 2018-ci ildən - Birinci vitse-prezidenti, Təhsil komitəsinin rəhbəri, 23-cü (Bakı, 2017), 25-ci (Tokio, Yaponiya) və 27-ci (Vilnyus, Litva) Dünya Tibbi Hüquq konqreslərinin elmi proqramlarının rəhbəri olub. Professor Vüqar Məmmədov həmçinin YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, Ümumdünya Səhiyyə Təşkilatının (WHO, World Health Organization) əlillik, reabilitasiya və köməkçi texnologiyalar üzrə eksperti, İpək Yolu ölkələrinin Məhkəmə Ekspertizaları Assosiasiyasının vitse-prezidentidir, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti olmuşdur. 

2019-cu ildən o, Haaqada Beynəlxalq Cinayət Məhkəməsində (İCC, İnternational Criminal Court) DTHA-nı və ölkəmizi təmsil edib, 2022-ci ildə isə İCC-nin Məhkəməsinin Baş Prokuror Ofisində məhkəmə-tibbi ekspertiza üzrə dəvətli mütəxəssis qismində 6 ay ərzində çalışmışdır. Hal-hazırda, professor Məmmədov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır, ATU-nun məhkəmə təbabəti kafedrasında dərs deyir.

DTHA 1967-ci ildə Belçikada tibb və səhiyyədə insan hüquqları, hüquqa aid multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq, tibb və məhkəmə təbabəti üzrə 9 nəfər dünya şöhrətli mütəxəssis tərəfindən yaradılmışdır. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, Haaqada Beynəlxalq Cinayət Məhkəməsi, bir çox beynəlxalq və milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir. DTHA-nın qərargahı ABŞ-da yerləşir, çünki təsisçilərindən biri, keçmiş prezidenti, Yaponiya əsilli professor Tomas Noquçi «ulduzların eksperti» adlanaraq Amerikanın əfsanəsi və dünyanın ən tanınmış məhkəmə-tibbi ekspertlərindən biri olub. O, 20 ildən çox Hollivudun yerləşdiyi Kaliforniya ştatının Baş məhkəmə-tibbi eksperti olduğu üçün ABŞ Prezidenti Con Fijerald Kennedi, senator Robert Kennedi, Hollivud ulduzları Merilin Monro, Vilyam Holden, Con Beluşi, Natali Vud, Gia Skala kimi məhşurların qətl və müəmmalı ölüm işlərinin tədqiqatına cəlb olunub. Məhkəmə təbabəti elminə verdiyi xidmətlərə görə ABŞ höküməti və Yaponiya imperatoru tərəfindən dəfələrlə təltif olunub.

2017-ci ilin 11-13 iyul tarixlərində Bakıda JW Marriott Absheron otelində Paşa Travel və Türk Hava Yolları şirkətlərinin dəstəyi ilə keçirilən 23-cü Dünya Tibbi Hüquq Konqresində professor Noquçi DTHA-nın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanım Əliyevaya postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimi olduğu üçün “WAML 50th Golden Anniversary Award” təltifi və DTHA-nın Fəxri Diplomunu konqresin açılış mərasimində təqdim etmişdir. 

DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil, və elm sahəsində rəhbərlik etdiyi layihələri, və eləcə də sulh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlər arası multikultural dialoqun təmin edilib təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürü olmuşdur.

"AzPolitika.info"

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Bütün xəbərlər