BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan ədəbi dilinin müasir dövrümüzdə tətbiqi zamanı yol verilən qusurları cəmiyyətin diqqətinə çatdırmaq və ictimai müzakirələrin aparılması önəmlidir

 Bildiyimiz kimi, Azərbaycan dövləti tərəfindən dilimizin saflığının qorunması, eləcə də dilimizə yad təsirlərin olmaması istiqamətində əhəmiyyətli işlər görülüb. Sevindirici haldır ki, Azərbaycan dili günü təsis edilib. Belə ki, 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Dilimiz haqqında Ulu Öndər Heydər Əliyev demişdir: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.

Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı Prezident İlham Əliyev tərəfindən saysız sərəcamlar verilib, bir sıra dövlət proqramları qəbul edilib. Bütün bunlarda məqsəd Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı meylləri artırmaq və mediada ədəbi dilin qorunmasına yönələn təşəbbüsləri çoxaltmaqdır. Bu baxımdan Azərbaycan ədəbi dilinin davamlı olaraq monitorinqinin aparılması önəmlidir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi media məhsullarında, internet resurslarında, reklam daşıyıcılarında dövlət dininin tədbiqinə nəzarəti həyata keçirir. Mərkəz aşkar edilən problemləri sistemli şəkildə həll etmək məqsədinə xidmət edir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva deyib ki, Monitorinq Mərkəzi yarandığı ilk gündən televiziya kanallarında, radiolarda yayımlanan proqramlarda, çap və onlayn media məmullatlarında reklam, elan və afişalarda ədəbi dilin normalarının qorunmasına nəzarəti həyata keçirir və bununla bağlı silsilə tədbirlər təşkil edilir: “Belə ki, əsas məqsədimiz ədəbi dil normaları ilə bağlı materialların toplanılması, onların elmi dəqiqliyinin yoxlanılması, araşdırılması, təhllilərin aparılmasıdır.

 Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa malikdir. Lakin monitorinq nəticələri göstərir ki, bəzi hallarda qrammatik normanın tələbləri kobudcasına pozulur. Cümlə üzvlərinin yerinin düzgün seçilməməsi, morfoloji aspektdə ismin hal şəkilçilərinin qarışdırılması, idarə əlaqəsinin pozulması, mübtəda və xəbərin kəmiyyətə görə uzalaşmamsı cümlənin anlaşılmaz hala gəlməsinə səbəb olur”.

 Günel Hacıyeva bildirib ki, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə olunmaması, fikrin aydın ifadə edilməməsi, söz və ifadələrin düzgün seçilməməsi üslubi yanlışlıqların sadəcə bir qismidir. “Yüksək səviyyədə yerinə yetirilməyən tərcümə, mütərcimlərin yol verdikləri üslubi xətalar fikir yanlışlıqlarına səbəb olur”, - deyə o əlavə edib.

Onun fikrincə, mətndə söz və ifadələrin yerində və kontekstə uyğun işlədilməməsi, sözlərin lüğəvi mənalarına uyğun olmadan istifadəsi, ümumişlək leksikamız¬da qarşılığı olduğu halda əcnəbi söz və ifadələrdən yersiz istifadə leksik normanın tələblərini pozan faktorlardır.

Baxmayaraq ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı dilə yeni sözlər gəlir. Lakin bəzən öz dilimizdə qarşılığı olan sözlərin də dilə gəlməsi qəbul olunan deyil. Bəzən ədəbi dilə yeni sözlər elə sosial media üzərindən keçir. Bu, ondan irəli gəlir ki, sadə əhali gündəlik işlətdiyi sözləri sosial mediaya köçürürlər. Artıq sosial mediada dəfələrlə işlədilən yeni sözlər və ya ifadələr jurnalistlər, yazarlar, qələm əhli tərəfindən mənimsənilir, onlar öz yazılarında, məqalələrində istifadə edirlər. Bununla ədəbi dilin süzgəcindən keçməyən sözlər “məşhurlaşır”. Beləcə, yad sözlər dilimizə daxil olur. Bu sözlər dilimizin bədii xüsusiyyətlərini korlayır.

Dövlət dilinin düzgün tətbiqi və ədəbi dil normalarının qorunması mühüm əhəmiyyətə malikdir. Ədəbi dil normalarına bütün sahələrdə riayət olunmalıdır. Bu baxımdan problemlərin marifləndirimə yolu ilə də həlli mümkündür. Azərbaycan ədəbi dilinin müasir dövrümüzdə tətbiqi zamanı yol verilən qüsurları cəmiyyətin diqqətinə çatdırmaq və ictimai müzakirələrin aparılması önəmlidir. Cəmiyyətin diqqətini daima bu məsələlərə çəkmək vacibdir. Çünki dilin düzgün istifadəsi cəmiyyətin və eləcə də mədəniyyətin qorunması deməkdir. Dilin qorunması üçün aktiv yanaşma tələb olunur. Dilimizin qorunması və düzgün istifadəsi gənclərin mədəniyyət anlayışını formalaşdırır. Gənclərin dilə olan yanaşmasını dəyişmək və dil biliklərini artırmaq məqsədilə aktiv iştirak tələb olunur. Ümumiyyətlə, dilimizin zənginliyini qorumaq üçün kollektiv bir yanaşma vacibdir.

 

Cavid Şahverdiyev

Yazı Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.

 

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər