BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Qubadlı rayonunda da bərpa işləri aparılır

Qubadlı rayonu respublikanın dilbər guşələrindən biridir. Qubadlının ən çox çayları, meşələri, ümumiyətlə, təbiəti diqqət çəkir. Oranın hər daşı, dərəsi, xüsusən qubadlılılar üçün unudulmaz bir xatirədir. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Bu yerlərə yaraşıq verən isə zəhmətkeş qubadlılılardır. 1988-1993-cü illərdə qubadlılılar öz torpaqlarını yüzlərlə şəhid verərək qorumuşdular. Eyni zamanda yerli özünümüdafiə dəstələri də son günə kimi döyüşüb. Lakin Füzuli və Cəbrayılın işğalından sonra yarımmühasirə vəziyyətinə düşən Qubadlının müdafiəsi daha da çətinləşib. Artıq Qubadlının da işğalı qacılmaz idi, amma buna baxmayaraq yerli xalq yenə də ata-baba yurdunu  tərk etmək istəmirdi. Ən son günəcən xalq yalın əllə də olsa ermənilərə qarşı mübarizə aparıb. Amma mənfur düşmən öz havadarlarının hesabına gücünü artıraraq 1993-cü ilin avqustun 31-də Azərbaycanın bu dilbər guşəsini də işğal etmişdir. Qubadlının işğal günləri yerli sakinlər üçün çox ağır günlər idi. İllərlə müdafiəsinə qalxdıqları, qorumağı bacardıqları ata-baba yurdlarının belə kiçik bir zaman kəsimində itirilməsi ilə barışmaq mümkünsüz idi. Qubadlının taleyi tək onun ərazisinin müdafiəsindən asılı deyildi. Qüvvələrin bərabər olmadığı şəraitdə də uğurlu döyüş taktikası seçməklə torpaqları qorumaq mümkün olur. Amma, Qubadlıda düzgün seçilməyən müdafiə taktikası bunu mümkünsüz etmişdir. Belə ki, qüvvələrin azlığı şəraitində əsas qüvvələr hakim ərazilərdə yerləşdirilərək düşmənlə təmasda az saylı döyüş mühafizə postları qoyulur. Hücuma keçən düşmənin əsas zərbə istiqaməti müəyyənləşdirilərək onu bizə əlverişli ərazidə qarşılayıb məhv etmək, müasir döyüşün əsas taktiki gedişi olmalı idi. Qubadlıda isə az qala düşmənlə təmas boyu səpələnmiş və bu səbəbdən də düşmənin həmlələrinə davam gətirməyən seyrəldilmiş qüvvələr şəraiti mövcud idi ki, bundan da düşmən məharətlə istifadə etdi. Xatırladaq ki, işğaldan sonra BMT Təhlükəsizlik Şurası tərəfindən verilən 874 saylı qətnamə ilə təcavüzkarlardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymamışdır.  

Qubadlı sakinləri 30 ilə yaxın müddətdə öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşamışdırlar. Cənab İlham Əliyevin komandanlığı altında 30 ilə yaxın  Ermənistanın işğal altında saxladığı torpaqlarımız azad olunmuşdur. 2020-ci ilin oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib. Qubadlı rayonu tamamilə işğaldan azad oldu. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.

Müzəffər ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin artıq 4 ili tamam olmaqdadır. Həmçinin  Qubadlının işğaldan azad olunmasının 4-cü ildönümü qeyd edilir. Qürurverici haldır ki, tarixi Qələbə günləri əbədiləşdirilir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan dövlətinin gücü mübarizliyi, xalqın həmrəliyi və birliyi 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Və bununla Azərbaycan bir daha dünyaya sübut etdi ki, öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır və işğaldan azad da etdi. Və tarixdə belə təcrübə heç vaxt olmamışdır ki, hansısa dövlət öz torpaqlarını belə az müddəətdə işğaldan azad etsin. Bununla bizim nə dərəcədə şücaətli, döyüşkən, mübariz xalq olduğumuz bilindi və dünya azərbaycanlılarının həmrəliyini, birliyini biz bu günlərdə daha da çox gördük. Bu, dünya azərbaycanlıları ilk dəfə ki, belə deyək ki, ayağa qaxdı və hər bir soydaşımız Azərbaycan üçün, vətən üçün, torpaqımızın müdafiəsi üçün nəsə etməyə çalışırdı. Maddi və mənəvi olaraq hər bir soydaşımız ələndən gələni etdi və bütün bunlar da hamısı özünü müharibədə bizim şanlı qələbəmizin nəticəsində göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Qubadlı rayonunda da bərpa işləri aparılır. Dövlətimizin başçısı Qubadlı rayonuna səfərlərində bərpa-quruculuq işlərini diqqətdə saxlayır. 4 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni vandallarının işğalından azad olunmuş Qubadlıda da yaşayış məntəqələrinin sürətli bərpası məqsədilə yolların çəkilməsi, tunellərin, körpülərin, aeroportların  və yaşayış məntəqələrinin tikintilərinə başlanıb. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Bütün bunlara görə Qubadlı rayonunun sakinləri Prezident İlham Əliyevə minnətdardırlar.

3248

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Azərbaycan Orta Dəhliz vasitəsilə ticarətini sürətləndirir

Qlobal iqtisadi inteqrasiyanı gücləndirən SƏFƏR...

“İşığın izində” – Fatimə Ömərovanın ilk fərdi yaradıcılıq sərgisi keçirildi

Yazıçı Eluca Atalının yaradıcılıq gecəsi keçirildi

Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Ölkə QHT-lərinin beynəlxalq əməkdaşlığı yeni müstəvidə

Müqəddəs vəzifə

Sumqayıtda Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirildi

Azərbayzan-Çin münasibətlərinin inkişafına sanballı töhfə

İlk azərbaycanlı professor-pediatrın yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir

Jurnalist Əkbər Həsənovun qeydləri

Şəhid Rəşad Zeynallının doğum günü qeyd edildi – FOTOLAR

Əli Kərimlinin çıxışlarında polisi ittiham etməsinin arxasında 5-ci kolon dayanır

İsmayıllıda qeyri-sabit hava şəraitindən sonra bərpa işləri uğurla davam etdirilir

QHT Agentliyi 4 il ərzində vətəndaş cəmiyyəti sektorunda yeni nəfəs yaradıb

"Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir"

Ramiz Alıyev: “Uçuruma aparan yol!” filmində Azərbaycan polisinin qəhrəmanlığı öz əksini tapacaq”

Azərbaycan Universitetində “Cəfər Cabbarlı irsi” mövzusunda tədbir keçirilib

İngilis poeziyasına həsr olunmuş musiqili-poetik gecə

Həyatını insanlığa xidmətə həsr edən oftalmoloq

Orenburqda diaspor rəhbərinin qızı "İlin şagirdi - 2025" olub

Tibb elminə həsr olunmuş ömür

Maqadan vilayətinin qubernatoru soydaşımızı təşəkkür məktubu ilə təltif edib

Azərbaycan Universitetində “Diplomatiya gənclərin gözü ilə” layihəsi çərçivəsində növbəti görüş baş tutub

Azərbaycanın dünyaya növbəti təqdimatı

Binəqədidə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirildi

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı və qələbələri:Heydər Əliyev irsinin layiqli davamçısı…

Hacıqabul oxucuları tanınmış uşaq yazıçısı ilə görüşdülər

Azərbaycanın enerji sahəsində beynəlxalq təşəbbüskarlığı davam edir

Bütün xəbərlər