BAKU Azərbaycan
23.77 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan “Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması” layihəsi çərçivəsində Şamaxı şəhəri ASAN Xidmət Təlim mərkəzində Şamaxı rayonu yerli özünüidarəetmə orqanlarının rəhbərləri üçün təlim-seminar keçirib. 28 oktyabr 2024-cü il tarixdə keçirilən təlim-seminarda bələdiyyə sədrləri, İƏD nümayəndələri, polis əməkdaşları, abidə mühafizəçiləri, mədəniyyət işçiləri iştirak ediblər.

Əvvəlcə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihə haqqında qısa məlumat verib, layihənin məqsəd və vəzifələri barədə danışıb. Layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin İstanbul və Ankara Böyükşəhər bələdiyyələrinin təcrübəsini öyrəndiklərini, Türkiyə qanunvericiliyini incələdiklərini, Azərbaycan bələdiyyələri üçün Təlimat kitabı hazırladıqlarını, araşdırmanın nəticələrini Araşdırma kitabında topladıqlarını, mədəni irsin qorunmasına bələdiyyələrin dəstəyinin nümunəvi formatını göstərən sosial vidoeçarx hazırladıqlarını, Xınıslı, Basqal, Nərgizava abidələri ərazisində mülkiyyətçilərin məlumat bazasını göstərən municipalheritage.az internet səhifəsini hazırladıqlarını bildirib. Araşdırma, baza hazırlama və təlim-seminar çərçivəsində layihəyə 2500 nəfərdən çox sakini cəlb etdiklərini qeyd edib.

Layihənin eksperti tarix elmləri doktoru, professor Qafar Cəbiyev tarixi-mədəni irsin mühafizəsi, tədqiqi və təbliği sahəsində olan problemlər və qarşıda duran vəzifələr barəsində danışıb. O, Şamaxı ərazisində aparılmış tədqiqatlar və Azərbaycan tarixinin öyrənilməsində bu bölgənin əhəmiyyəti haqqında məlumat verib. Abidələrin öyrənilməsi, qorunması və təbliğində bələdiyyələrin üzərinə düşən vəzifələri sadalayıb.

Layihənin təlimçisi Gülşən Hüseynova təlim proqramına uyğun olaraq bələdiyyə sədrləri ilə interaktiv təlim keçirib. Mədəni irs nədir sualına bələdiyyə sədrləri öz ərazilərindəki tarix-mədəniyyət abidələri haqqında danışaraq cavablandırıblar. Gülşən Hüseynova yerli qanunvericilik və beynəlxalq konvensiyalar haqqında məlumat verib. İdarəetmədə səlahiyyətli şəxslər sırasında bələdiyyələrin mövqeyindən bəhs edib.

Şamaxı rayonu İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev tarix-mədəniyyət abidəsi olan Şamaxı qəbiristanlıqları və məscidlərinin qorunması məsələləri haqqında danışıb. Təlim-seminara görə “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinə təşəkkür edib.

Təlim-seminarda “Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi” mövzusunda videoçarx təqdim olunub. İştirakçılara “Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi – Təlimat kitabı” paylanıb.

Son xəbərlər

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Bütün xəbərlər