BAKU Azərbaycan
24.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə QHT-lər üçün elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinin “COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihəsi çərçivəsində 1 saylı Bakı Tibbi Kollecinin bir qrup tələbələrinin Şirvan Milli Parkına infoturu təşkil edildi.
Bu infoturun məqsədi tələbələrə Azərbaycanın milli parklarının biomüxtəlifliyi, ekosistemin qorunması, təbiətin dəyəri və ətraf mühitin mühafizəsi ilə bağlı biliklər vermək, onların milli parklara olan marağını artırmaq və təbiət irsimizin gələcək nəsillərə ötürülməsində fəal iştiraklarını təmin etməkdir. Eyni zamanda, tələbələrin ətraf mühit və ekoloji maarifləndirmə sahəsində biliklərinin artırılması, milli parkların əhəmiyyəti və təbiətimizin zənginliyi barədə məlumatların geniş kütləyə çatdırılması məqsədi daşıyır.
Tədbiri giriş sözü ilə Bioloji Müxtəlifliyin Qorunması İdarəsinin əməkdaşı Nigar Yusif qızı açaraq milli parkların Azərbaycanın təbiət sərvəti olduğunu vurğuladı. O, bu cür infoturların gənclər arasında parkların vəhşi təbiətinin qorunması və ətraf mühitin mühafizəsi sahəsində daha çox bilik əldə etmələrinə şərait yaratdığını bildirdi. Nigar Yusif qızı həmçinin Şirvan Milli Parkının özəlliklərindən də bəhs edərək parkın zəngin flora və faunasını, burada qorunan ceyran populyasiyasını və nadir quş növlərini xüsusi vurğuladı.
“Gənclərə Qayğı” İctimai Birliyinin layihə rəhbəri və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxışında layihənin əhəmiyyətinə toxunaraq bildirdi ki, ekoloji maarifləndirmə yalnız bu cür infoturlar vasitəsilə geniş yayıla bilər. O, tələbələrin ətraf mühitlə bağlı biliklərinin artırılmasının gələcəkdə onların sağlam və ekoloji düşüncəyə sahib vətəndaşlar kimi yetişməsində əhəmiyyətli rol oynayacağını vurğuladı.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev gənclərin ekoloji maarifləndirilməsi və təbiətə qayğıkeş münasibət aşılanmasının gələcək nəsillər üçün zəruri olduğunu qeyd etdi. O, gənclərin bu kimi layihələrdə iştirakı ilə həm fərdi, həm də ictimai məsuliyyət hisslərinin artacağına əmin olduğunu bildirdi.
Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək İctimai Birliyin sədri Kamil Həmidov çıxışında dövlətin gənclər siyasətində ekoloji maarifləndirmənin xüsusi yer tutduğunu bildirdi. O, belə tədbirlərin gənclərin sosial şüurunu və ekoloji biliklərini inkişaf etdirməkdə mühüm rol oynadığını qeyd etdi.
Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində Hirkan və Altıağac milli parklarına növbəti səfərlər, Bakı və Naxçıvan şəhərlərində forumlar, universitet tələbələri ilə görüş və COP29 Yaşıl zonasında xarici ekspertlərin iştirakı ilə təqdimatlar həyata keçiriləcək.  

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər