BAKU Azərbaycan
24.18 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Noyabrın 26-da Bakı şəhəri 49 №-li “İntellekt” məktəb-liseydə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri də iştirak edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirin əhəmiyyəti haqqında məlumat verildikdən sonra bədii hissəyə yer verilib. 1ç sinif şagirdləri vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirib. Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıb. Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Həsənova öz çıxışında məktəbin məzunu olmuş şagirdlərinin də şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirmişdir. 1ç sinif rəhbəri Ceyran İsgəndərova şəhid mayor Vüsal Vəliyevin anası Mədinə xanıma  başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün  minnətdarlığını  bildirmişdir. Qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində onun da iki oğlu döyüşmüşdür. Məktəbin müəllimi Günay Abdullayeva şəhidlərimizin xatirələrinin bundan sonra da əziz tutulacağı bildirmişdir. Məktəbin psixoloqu Aysel Məmmədova bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd etmişdir.
Daha sonra məktəbin 1ç sinifi şəhid mayor Vüsal Vəliyevin adına verilmişdir. Mədinə xanım oğlu şəhid mayor Vüsal Vəliyevin uşaqlığı və döyüş yolu haqqında danışaraq məktəbin rəhbərliyinə və müəllimlərinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. Tədbirdən sonra şəhid mayor Vüsal Vəliyevin ailə üzvləri, məktəb rəhbərliyi, müəllimlər və 1ç sinif şagirdləri məktəbin Şəhidlər güşəsini ziyarət etmiş, xatirə şəkilləri çəkdirmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Son xəbərlər

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Bütün xəbərlər