BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Həyatda ən böyük mükafatım olan dostlarımdan biri haqda – Naxçıvanın Babək rayonu Qahab kəndində dünyaya göz açan , 1 ci-qrup Qarabağ qazisi Hüseyn Adəmoğlundan danışmaq istəyirəm. Rəhbəri olduğum ‘’Milli Mədəniyyətin Təbliği’’ ictimai birliyinin təqdimatlarının birində qonaq qismində iştirak edirdi. Cəsarətli çıxışı məni də , zaldakılarn da diqqətindən yayınmadı. ‘’ Mən dəfələrlə düşmənlə üz-üzə gəlmişəm və beynlərindəki qara xisləti yalnız müharibə yoluyla təmizləyə bilərik. Mənfur düşmən və əlaltıları ordumuzun gücünü əyanı şəkildə dadmasalar çətin Qarabağımızı azad edək. Mən də yüzlərlə qazı qardaşlarım da bədənimizdəki qəlpə yaralarına baxmayaraq hər an döyüşə hazırıq. Bizə yalnız bir əmr lazımdır’’ söyləyib əyləşdikdən sonra zalı bürüyən alqış sədaları bu gün də qulaqlarımdadır.


Elə həmən gün Hüseyn Adəmoğlunu təşkilatımıza qəbul etdim. Hüseynin təklilatımıza gəlişi müxtəlifsəpgili layihələrimizə rəng qatdı. Hərbi qulluqçuların,qazilərin, şəhid ailələrinin təqdimatlarımızda iştirakı , təklifləri gördüyümüz işləri dəfələrlə KİV lər sevə-sevə işıqlandırmağa başladılar.
1997 -ci ildə dünya hərb tarixində analoqu olmayan hadisə baş vermişdi. 476XT qrupun igid kəşfiyyatçıları çox önəmli olan hərbi tapşırığı yerinə yetirib geri dönərkən düşmən mühasirəsiylə üşləşirlər. İgid kəşfiyyatçılarımız üç gün qeyri-bərabər döyüşdə qarşı tərəfin xeyli ağır texnikasını məhv edir və son qumbaraları bitənə qədər döyüşürlər. Leytenant Elxan Ağayev son qərarını verir . Düşmən gülləsinə tuş gələrək huşsuz halda qalan Aqil Əhmədovu həlak olmuş hesab edib yeddi igid oğul son qumbaraları ilə özlərini partladaraq şəhidlik zirvəsinə qalxırlar.Gəlin bu şərəf,ləyaqət simvolu olan igidlərimizin adlarını xatırlayaq.
1. Leytenant Elxan Ataxan oğlu Ağayev
2. Leyenant Vüqar Rzaxan öğlu Yarəhmədov igid ləzgi oğlu)
3. Çavuş Anar Üzeyr oğlu Rzayev
4. Çavuş. Dinar İbrahim oğlu Mustafayev
5. Çavuş Fariz Şəmil oğlu Cavadov
6. Çavuş Nizami Səfi oğlu Ələkbərov
7. Çavuş Həsənov Aqşin Əli oğlu

8 1il 11aylıq əsirlikdən sonra slralarımıza qayıdan mərd,cəsarətli Çavuş Aqil Mürsəl oğlu Əhmədov.
Təsəvvür edin misli görünməmiş bu igidliyi 20 il keçməsinə baxmayaraq heç kəs tanımırdı. Onların tanınmasında ən böyük xidməti olanlardan biri və birincisi məhz Hüseyn Adəmoğludur.2017-ci il bir qış səhəri mənə telefon açıb Jalə xanım sizi bir qazimizlə tanış etmək istəyirəm dedi. Hər iki qeyrətli vətən oğlunu həyacansız dinləmək mümkün deyildi. Baş vermiş tarixi hadisəni təffərrüatı ilə danışdılar. Ayrılarkən Hüseynin dolmuş gözləriyə söylədikləri məni məndən aldı. Azərbaycan xalqı gec də olsa bu igidləri tanımalıdır. Onları tanıtmaq üçün siz nə desəniz,hansı tapşırığı versəniz hazıram. Jalə xanım.
O vaxtdan səkkiz il ötüb. Səkkiz igid kəşfiyyatçılarımızı nəinki Azərbaycanda eləcə də qardaş Türkiyədə və dünyanın bir çox ölkələrində qazilərimiz Hüsyn Adəmoğlu,Aqil Əhmədovun köməkliyi sayəsində topladığım materiallar əsasında dərc olunan ‘’Əbədi yaşayanlar’’ kitabı ‘’ Fədai şəhidlər ‘’mahnısı söylədiklərimə nümunədir.
Hüseyn Adəmoğlu 1997-ci ildə atəşkəs dövründə Ağdam istiqamətində yaralanmışdır. Bu gün də ağrılar səhhətində ciddi narahatlıqlar versə də 44 günlük Vətən müharibəsində iştirak etmək üçün dəfələrlə müraciət edib. Həm bizim ,həm də müxtəlif təşkilatlardan tərəfindən Hüseyn Adəmoğlu dəfələrlə TƏŞƏKKÜRNAMƏ və Fəxri FƏRMAN larla təltif olunub. Bütün bunlar vətən oğlunun böyük Məmməd Arazın məhşur misralarını xatırladır
Vətən mənə oğul desə nə dərdim
Mamır olub qayasında bitərdim.....
P.S. Siz vətən daşı olmaq üçün odlardan keçdiniz. Siz bizim canlı şəhidlərimizsiz. İndi sizləri qorumaq bizlərin mənəvi borcudur igid vətən oğlu Hüseyn Adəmoğlu.

  

Jalə Cəfərova, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, filologiya üzrə araşdırmaçı-jurnalist

Son xəbərlər

Qarabağ Zəfərinin zirvəsi

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

İlk hərbi təyyarəçimiz Milli Qəhrəman adına layiq görülüb -SƏRƏNCAM

Zəfərə həsr olunmuş musiqili videoçarx

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

Binəqədidə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib

Bayraq- milli kimliyimizin, suverenliyimizin və qürurumuzun simvolu

Zəfər Günü bayramına təsadüf edən doğum günü

QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunda fəaliyyətini gücləndirir

“Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxı nümayiş etdirilib

Ayan Məmmədli: Bu forum mədəniyyət adamları üçün mühüm platformadır

Elm milli inkişafın strateji dayağı kimi

Kitabxanada “Uşaq hüquqları aylığı” çərçivəsində rəsm müsabiqəsi təşkil olunub

Azərbaycan elminə dövlət qayğısı ildən-ilə artır

Bütün xəbərlər