BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qafqaz Müsəlmanları İdarəsi ötən gün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyən bəyanat yayıb.

“Xeber 7" məlumat verir ki, bəyanatda deyilir:

“Qafqaz Müsəlmanları İdarəsi ötən gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını narahatlıq hissi ilə qətiyyətlə pisləyir və öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı kimi qiymətləndirir. Bu hadisə Azərbaycan Respublikasına, ümumən beynəlxalq hüquqa zidd təxribat aktıdır. Aşkar şəkildə dindən sui-istifadə edən «Mehdinin xidmətçiləri» adlı radikal qruplaşmanın müstəqil Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması dindən sui-istifadə və nifrətə çağırış kimi dəyərləndirilə bilər.

Azərbaycan dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyü nadir ölkələrdəndir. Ölkəmiz öz milli-mənəvi dəyərlərinə yüksək ehtiramı, dini irsinə, ənənələrinə ali diqqəti ilə tanınan, bəşəri dəyərlərə istinad edən hüquqi-demokratik, dünyəvi dövlətdir. Məzhəb ayrıseçkiliyi və dini dözümsüzlük, dini radikallıq və ksenofobiya təzahürləri Azərbaycan cəmiyyətinə yaddır. Azərbaycanda müsəlmanlarla yanaşı pravoslav, katolik, yəhudilər - bütün dini və milli azlıqlar öz mədəni dəyərlərini inkişaf etdirir, dini ayin və ibadətlərini azad həyata keçirirlər. Biz öz tolerant, multikultural həyat tərzimizi birgəyaşayış modeli olaraq dünyaya təqdim edirik.

Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer yoxdur və Azərbaycan dindarları heç vaxt belə qüvvələrin məkrli təxribatlarının ardınca getməyəcəklər. Azərbaycan bayrağına siyasi sifarişlə, din, məzhəb təəssübkeşliyi bəhanəsi ilə həqarət olunması yolverilməz təxribatdır və ümidvarıq ki, Böyük Britaniya hökuməti hadisə ilə bağlı lazımi ölçü götürəcəkdir. Düşmən qüvvələr Zəfərimizin əsas mənbəyinin milli, dini birliyimizin olduğunu gözəl bilir, bu səbəbdən məhz bu birliyi hədəf alırlar. Heç bir qüvvə güclü, sarsılmaz Azərbaycan dövlətinin bayrağını endirə, mənəviyyatımıza, birliyimizə, mənəvi ənənələrimizə xələl gətirə bilməz. Əhli-Beytə ehtiramın uca tutulduğu, İslami dəyərlərə yüksək qiymət verildiyi ölkəmizdə milli-dini vəhdətimizə heç kim xələl gətirə, nifaq sala və səflərimizi dağıda bilməz. Milli-mənəvi dəyərlər bizim ümummilli sərvətimizdir. Bütün qələbələrimizin kökündə tarixən qoruyub saxladığımız bu dəyərlər durur və Azərbaycan bu irsə istinadən hər zaman qələbələr qazanacaq, yeni tarixi Zəfərlərə imza atacaq!”

Son xəbərlər

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Bütün xəbərlər