BAKU Azərbaycan
25.42 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

AMEA-da açıq məkanlardakı reklamların və media subyektlərinin monitorinqinin nəticələri müzakirə olunub

Xəbər verildiyi kimi, Mirzə Ələkbər Sabir Fondu 2025-ci il mayın 1-dən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsini icra edir. Layihənin əsas tərəfdaşlarından bir kimi Nəsimi adına Dilçilik İnstitutu çıxış etmişdir. Lahiyə çərçivəsində 01–30 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq və linqvistik təhlil şöbəsinin əməkdaşları tərəfindən Bakıda açıq məkan reklamlarının və media subyektlərinin (AZTV, “Səs” qəzeti və Aznews.az saytı) monitorinqi aparılıb. İyunun 12-də AMEA-da monitorinq nəticələrinin müzakirə olunması məqsədilə dəyirmi masa keçirilib. Tədbirdə AMEA Dilçilik İnstitutunun, Azərbaycan Mətbuat Şurasının əməkdaşları, eləcə də media və QHT nümayəndələri iştirak ediblər.

Tədbiri AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli açaraq dilin saflığının qorunması baxımından aparılan monitorinqlərin əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, media və reklam sahələrində dil normalarının tətbiqinə nəzarətin gücləndirilməsi vacib məsələdir. Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çıxış edərək bu sahələrdəki qüsurların cəmiyyətin ümumi dil mühitinə mənfi təsir göstərdiyini qeyd edib: “Media və reklam mətnlərində dil normalarının pozulması cəmiyyətə mənfi təsir edir. Dil normalarına uyğun olmayan yanlış ifadələrin geniş yayılması nəticəsində ədəbi dilin düzgün tətbiqi məsələsi arxa plana keçir, bu isə dilin təmizliyinə və inkişafına ciddi maneə yaradır”. Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirova media və açıq məkan reklamları ilə bağlı aparılan monitorinqin nəticələri haqqında geniş məlumat verdi.

Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə təmsil etdiyi qurumun bu istiqamətdə fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, media və reklam sahəsində çalışan şəxslərin üzərinə  böyük məsuliyyət düşür: “Onlar geniş auditoriyaya xitab etdikləri üçün dil normalarının tələblərini gözləməli və cəmiyyətdə dil zövqünün formalaşdırılmasına yardımçı olmalıdırlar”, ‒ deyə Fəridə Ağazadə əlavə edib.

Layihə üzrə ekspert, araşdırmaçı-jurnalist Fuad Hüseynzadə dəyirmi masanın reklam istehsalçıları və media subyektlərinə çağırış xarakterli olduğunu bildirib: “Cəmiyyət, xüsusilə gənclər media və reklamlardakı qüsurları norma kimi qəbul edirlər. Reklam və mediada xarici dillərin təsiri ilə yaranan qarışıq ifadələr ana dilinə qarşı marağın azalmasına gətirib çıxarır. Buna görə də dil normalarına nəzarət edən qurumların aktiv fəaliyyəti mühüm əhəmiyyətə malikdir”.

Digər çıxışçılar  bu sahədəki problemlərin aradan qaldırılması məqsədilə ictimai nəzarətin gücləndirilməsinin önəmini vurğulayıblar.

 

Son xəbərlər

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Bütün xəbərlər