BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Media hər bir cəmiyyətin aynasıdır. O, ictimai hadisələrin, sosial dəyişikliklərin və yeni ideyaların ilkin təqdim olunduğu platformadır. Xüsusilə kütləvi informasiya vasitələri həm informasiya daşıyıcısı, həm də dil daşıyıcısı kimi ikiqat missiya daşıyır. Bu səbəbdən mətbuatda işləyən jurnalistlərin peşəkarlığı yalnız obyektivlik və operativliklə ölçülmür, həm də dilə olan münasibətləri ilə qiymətləndirilir.

Kütləvi informasiya vasitələri yeni söz və ifadələrin cəmiyyətə ötürülməsində əsas rol oynayır. Cəmiyyətdə baş verən hadisələrə aid anlayışlar ilk dəfə olaraq məhz mətbuatda işlədilir. Bu səbəbdən jurnalistlərin istifadə etdiyi dil nümunələri ictimai şüura birbaşa təsir edir. Əgər bu proses düzgün və ədəbi dil normalarına uyğun aparılarsa, nəticədə dil inkişaf edir, zənginləşir və geniş auditoriyaya daha estetik formada çatdırılır.

                            Medianın cəmiyyət və dil üzərindəki rolu

Media – yazılı, vizual və rəqəmsal formada – cəmiyyətdə baş verən hər bir hadisəni işıqlandırmaqla yanaşı, eyni zamanda o hadisəyə şərh, mövqe və yön də verir. Bu zaman istifadə olunan dil forması, cümlə quruluşu, leksik seçimlər və üslub cəmiyyətin dil mədəniyyətinə təsirsiz ötüşmür. Beləliklə, mətbuat cəmiyyətin həm informasiyaya çıxış vasitəsi, həm də dil modeli kimi çıxış edir. Məsələn, xəbər portallarında və qəzetlərdə işlənən yeni söz və ifadələr qısa müddətdə geniş ictimai leksikona daxil ola bilir. Bu proses dilin dinamikliyinin göstəricisidir, lakin eyni zamanda ədəbi normalardan kənara çıxma riski də daşıyır.

Jurnalistlərin əsas vəzifələrindən biri də informasiyanı düzgün, qərəzsiz və operativ şəkildə çatdırmaqdır. Lakin bu vəzifə yalnız informasiya verməklə məhdudlaşmır. Onlar həm də Azərbaycan dilinin daşıyıcısı və təbliğatçısı kimi çıxış edirlər. İstedadlı jurnalistlər hadisələri yalnız informativ deyil, eyni zamanda ədəbi baxımdan dəyərli formada təqdim etməklə dilin canlılığını və təsir gücünü artırırlar. Belə şəxslər cəmiyyətə həm məlumat verir, həm də nümunəvi dil təqdim edirlər. Təəssüf ki, müasir mətbuatda ədəbi dil normalarından kənarlaşmalar da müşahidə olunur. Bu halların əsas səbəbləri arasında bunlar göstərilə bilər: peşəkar redaktə sisteminin zəifləməsi; bəzi jurnalistlərin dil bilgilərinin qeyri-kafi olması; tez və operativ xəbər vermək naminə mətnlərin redaktəsiz yayımlanması; danışıq dilinin yazı üslubuna nüfuz etməsi. Bu cür pozuntular oxucuda çaşqınlıq yarada, dilin saflığına xələl gətirə və ümumilikdə cəmiyyətin dil zövqünü korlaya bilər. Unutmaq olmaz ki, kütləvi informasiya vasitələrində yazılan hər söz ictimai şüurda iz qoyur.

“Medianın dil siyasəti və redaktə sistemi gücləndirilməlidir”

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin fikrincə, jurnalistin missiyası: obyektivlik və dilə hörmət olmalıdır: “Peşəkar jurnalist yalnız hadisələri operativ və qərəzsiz şəkildə çatdıran şəxs deyil. O, həm də dil bilicisi, fikir ifadəçisi və cəmiyyətə nümunə göstərilən yazı üslubunun daşıyıcısıdır. Belə şəxslərin yazılarında aşağıdakı xüsusiyyətlər müşahidə olunmalıdır: aydın və anlaşıqlı ifadə tərzi, ədəbi dil normalarına riayət, zərif üslub və orfoqrafik dəqiqlik, cəmiyyətin zövqünə və dil etiketi qaydalarına uyğunluq. Jurnalist nə qədər istedadlı olursa-olsun, onun fəaliyyəti dil normalarını pozduğu təqdirdə cəmiyyətə mənfi təsir göstərmiş olur. Xüsusilə gənc nəslin dili, danışıq və yazı vərdişləri bir çox hallarda media məhsullarından öyrəndikləri formaya əsaslanır. Bu isə jurnalistin dil qarşısında da məsuliyyətini daha da artırır”.

Yadigar Məmmədli ədəbi dilə münasibətdə mövcud problemlərə də toxunub: “Müasir Azərbaycan mətbuatında təəssüf ki, ədəbi dil normalarına riayət edilməməsi hallarına tez-tez rast gəlinir. Bu pozuntular bəzən texniki səhlənkarlıqla, bəzən isə jurnalistin dil biliyinin zəif olması ilə bağlıdır. Əsas problemlər leksik və sintaktik pozuntulardır, həmçinn dilin üslubi təhrifləri, orfoqrafik və punktuasiya səhvləri olaraq qeyd edilməlidir. Nəzərə alaq ki, bu kimi pozuntulara açıq məkan reklamlarında tez-tez rast gəlinir. Bunlar həm reklamın mesajının düzgün çatdırılmasına, həm də ümumi dil mədəniyyətinə mənfi təsir göstərir. Reklamlarda tez-tez gündəlik danışıq dilinə aid, qeyri-rəsmi və ya səhv işlədilmiş sözlərə rast gəlinir. Məsələn, sözlərin yerində və mənasında uyğun gəlməyən sinonimlərin qarışdırılması. Qeyri-dəqiq və ya qarışıq ifadələr: Məqsədin aydın ifadə edilməməsi, reklam mesajının qavranmasını çətinləşdirir. Cümlənin qrammatik strukturunun pozulması oxucunun diqqətini yayındırır və anlamı mürəkkəbləşdirir. Qısa və yarımçıq cümlələr: Reklam mətnlərində tez-tez yarımçıq ifadələr, cümlə tamamlanmamış olur ki, bu da mesajın tam çatdırılmasına mane olur. Reklam mətnində üslubun çox qeyri-rəsmi olması və ya anlaşılmaz qısaltmaların istifadəsi ünsiyyətin səmərəliliyini azaldır. Sözlərin səhv yazılması reklamın peşəkarlıq səviyyəsini aşağı salır və oxucuda mənfi təəssürat yaradır. Vergül, nöqtə və digər işarələrin səhv istifadəsi cümlənin mənasını dəyişə və oxucunun diqqətini dağıda bilər. Açıq məkan reklamlarında dil normalarına ciddi riayət edilməməsi həm reklamın effektivliyini azaldır, həm də ümumi dil mədəniyyətinə zərər verir. Bu səbəbdən reklam hazırlayanlar peşəkar dil redaktorlarının xidmətindən istifadə etməli, ədəbi dil normalarına diqqətlə yanaşmalıdırlar. Klassimlərimiz ana dildə sadəlik və aydınlığa üstünlük veriblər. Fikrimcə, Mirzə Ələkbər Sabir də tənqidi yanaşması ilə reklamlarda cəmiyyətin sosial problemlərini qabardan məzmunların hazırlanmasını təşviq edərdi. Reklamlar təkcə kommersiya məqsədli deyil, həm də maarifçi bir vasitə kimi istifadə olunardı”.

Ekspert bildirib ki, ədəbi dilə göstərilən laqeydlik yalnız dilə deyil, bütövlükdə cəmiyyətin dil zövqünə və mədəniyyətinə vurulan zərbədir: “Buna görə də medianın dil siyasəti və redaktə sistemi gücləndirilməli, jurnalistlər üçün mütəmadi dil təlimləri və peşəkar inkişaf proqramları təşkil olunmalıdır. Unutmayaq: dil mətbuatda yaşayır, mətbuat dildə formalaşır”.

Medianın cəmiyyətdəki funksiyası təkcə məlumat verməklə bitmir. O, həm də dilin yaşaması, qorunması və inkişafı üçün mühüm vasitədir. Jurnalistlər bu məsuliyyətin fərqində olaraq ədəbi dil normalarına ciddi şəkildə riayət etməlidirlər. Belə olduğu təqdirdə, həm informasiya keyfiyyəti artır, həm də dilin inkişafına töhfə verilir. Ədəbi dilə hörmət, əslində cəmiyyətə hörmətdir.

 

Cavid Şahverdiyev

Yazı Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsi çərçivəsində hazırlanıb.

 

 

 

 

 

Son xəbərlər

Xalq yazıçısı, tanınmış kinodramaturq Natiq Rəsulzadənin yaradıcılıq gecəsi Beynəlxalq formatda keçirildi

Azərbaycanın dövlətçilik ənənələri davam edir

Tariximizin yeni inkişaf mərhələsi

Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti

“Ekoloqlarla memarlıq cəmiyyəti arasında körpü qurulmalıdır”

Kitablar səltənətinin inciləri: Çingiz Abdullayevin“Yalnız özümüzünkülər” romanı

“Ana dilini unutmuruq” layihəsi çərçivəsində dünya azərbaycanlılarının onlayn görüşü keçirilib

Bakıda inklüziv şəhər və əlçatan cəmiyyət mövzusunda tədbir keçirilib

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında -FOTO

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sibir Federal Universitetində tələblərlə görüşüb

“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi -FOTO

Azərbaycanın Rusiyadakı səfiri Krasnoyarskın aparıcı klinikalarından biri olan “Bionika”nı ziyarət edib

Bakı daha bir möhtəşəm beynəlxalq tədbirə hazırlaşır

Ghhh

Azərbaycanın Rusiyadakı səfiri Krasnoyarskda diaspor üzvləri ilə görüşüb

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

“Hazırda turizmdə dövlət və özəl sektorun əməkdaşlığı inkişaf prosesindədir”

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti toplantısı keçirilib

Cənubi Qafqaz tarixi seçim qarşısında

“Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynayıb”

Binəqədidə “TARİXİN, LİDERLİYİN VƏ XİLASKARLIĞIN HEYDƏR ƏLİYEV ZİRVƏSİ" adlı tədbir keçirilib

YAP Səbail Rayon Təşkilatının təşəbbüsü ilə Ümummilli Liderin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi— FOTOLAR

Yaponiyanın milyonlarla nəşr olunan qəzetləri Azərbaycandan yazıb

QHT nümayəndələri 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgilərində olublar

Avropa bazarına çıxmaq istəyən klinika və sağlamlıq turizmi şirkətləri üçünböyük fürsət!

ITA Airways süni intellektlə yanacaq sərfiyyatını və emissiyaları azaltmağı hədəfləyir

Azərbaycan sülhə və regional inkişafa töhfə verir

Yeni geosiyasi reallıq və balans siyasəti

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Bütün xəbərlər