BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi icra etdiyi “Səhralaşma ilə mübarizə” layihəsi çərçivəsində regionlarda yaşıllaşdırma işləri ilə bağlı monitrinqi davam etdirir. Layihə çərçivəsində görülən növbəti işlər barədə Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza məlumat verib: “Layihə işində məqsədimiz uzun illərdən bəri aparılan magistral asfalt yolkənarı yaşıllaşdırma işlərinin bu günki vəziyyətini araşdırmaq, vizual ictimai monitorinqlər həyata keçirtmək idi. Bundan başqa isə aparılan monitorinqlərin nəticəsini ictimaiyyətin diqqətinə çatdırmaqla insanları qlobal ekoloji problemlərdən olan səhralaşmanın təsirləri barədə  marifləndirməkdir. Bununlada diqqəti  yaşıllıqların qorunması işinə cəlb etmək və qlobal ekoloji problemlərdən olan antropagen amillərin və iqlim dəyişikliyinin yaratdığı səhralaşma ilə mübarizəyə  diqqəti artırmaqdır.

 "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 5 saylı Yaşıllaşdırma İdarəsinin fəaliyyətinin araşdırılması

 Layihə işi cədvəlinə uyğun olaraq Eko Aləm ictimai birliyi 23 iyul 2025-ci il tarixində növbəti tədbirini Xızı rayonu Sitalçay kəndinin ərazisində yerləşən  "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 5 saylı Yaşıllaşdırma İdarəsinin fəaliyyəti ilə bağlı ictimai ekoloji monitorinq həyata keçirtmişdir. Sitalçay qəsəbəsi Xızı rayonunun əsas yaşayış məntəqələrindən biridir və   5 saylı Yaşıllaşdırma İdarəsi də onun ərazisində yerləşir.  İdarə  Bakı-Quba magistral avtomobil yolunun ətrafının H.Z.Tağıyev-Zarat və Zarat-Şabran hissələrinin yaşıllaşdırılması məqsədi ilə 2009-cu ildə yaradılmışdır.

Apardığımız müşahidələr zamanı 5 saylı Yaşıllaşdırma İdarəsi - Bakı-Quba magistral avtomobil yolunun ətrafının H.Z.Tağıyev-Zarat (45-83 km) ərazisində ciddi yaşıllaşdırma işlərinin aparıldığını müşahidə etdik. Salınmış yaşıllıqların ekoloji vəziyyəti sağlam görünürdü. Coğrafi yerləşməsinə görə bu ərazilərdə  heç vaxt yaşıllıq olmayıb. Burada  yaşıllaşdırma işləri aparılmış və bitiş demək olar ki, yüksək səviyyədədir.

Tədbirlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etmişdik. Amma buna baxmayaraq əraziyə gəldiyimizdə idarənin rəhbərliyindən heç kim yox idi. Qapılar bağlı idi ərazidə yalnız fəhlələr istirahət edirdilər. Həddindən artıq isti bir gün olduğundan İdarəni tapana qədər müəyyən bir vaxt itirdik söz verdiyiiz vaxtda gəlib çıxa bilmədik. İlk dəfə idi ki, bu əraziyə gəlirdik. 23 iyul bu ilin ən isti günlərindən biri olduğundan, küçələrdə heç kimi görmək olmurdu, ərazidə isə heç bir nişan görmədiyimizdən, səhv istiqamətə getdik və sozləşdiyimiz vaxta gəlib çıxa bilmədik.  İdarəni tapdıqda isə ərazidə kimsə yox idi, yalnız fəhlələr kölgədə oturub istirahət edirdilər. İdarənin müdriyyətindən, məsul işçilərindən heç kim yox idi və qapı bağlı idi. əlbətdki bu bizim işimizə mane olmadı. Biz əraziyə baxış keçirtdik. İdarənin həyəti və yol kənarı saldıqları yaşıllıqlar olduqca möhtəşəm idi. İdarənin tinglik sahəsi yox idi. Könülsüz olaraq zorla fəhlələrdən bəzi suallarımıza cavab almağa çalışdıq. Ən qəribəsi isə o idiki, səhralıq hesab olunan  bu cür  ərazidə bu qədər yaşıllıq salan idarənin işçiləri öz işləri ilə qürur duymalı olduqları halda susmağa üstünlük verirdilər. Müdiriyyətin çıxıb getdiyini söylədilər və nə vaxt gələcəkləri barədə məlumat ala bilmədik. Vizual müşahıdılər və çəkilişlər etdikdən sonra  Xızı rayon İcra Hakimiyyəti Başçısının  Stalçay kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə getdik.  Tədbirlə bağlı bizimlə  Xızı RİHB-nın Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlıarının müdafiəsi üzrə Komissiyanın məsul katibi II dərəcə dövlət qulluqçusu Əliyev Fətulla Həmdulla oğlu əlaqə saxlamışdı. Biz ona müraciət etdik, gecikdiyimiz üçün üzr istədik və ərazidə heç kim olmadığı barədə məlumat verdik. Fətulla müəllim bizi dinlədikdən sonra Xızı RİHB-nın Sitalçay kənd İƏD üzrə nümayəndəliyinin başçısı İbrahimov Əli müəllimə müraciət etməyimizi məsləhət gördü. Sonra biz Sitalçay kənd İƏD üzrə nümayəndəliyə gəldik və Əli müəllimlə görüşdük . Maraqlandığımız suallara cavab aldıq. Daha sonra Əli müəllim bildirdi ki. bu il qəsəbədə baş vermiş sel fəlakəti nəticəsində bir sıra problemlər yaşanmışdır o, cümlədən də bəzi yaşıllıqlar ziyan görmüşdür”.

 Bakı-Quba magistral avtomobil yolunun ətrafının Zarat-Şabran  hissəsində salınmış Yaşıllıqların ekoloji vəziyyətinin araşdırılması

Sevil Yüzbaşeva deyib ki, açıq mənbələrdən topladıqlara məlumatlara görə AR NK-nin  qərarı ilə 2021-ci ildə ASC-nin 5 saylı Yaşıllaşdırma İdarəsinin mağistral asfalt yolu kənarının yaşıllaşdırmış və Siyəzən rayonu hissəsi, Siyəzən  RİH-nə verilmişdir. Həmin ərazilərin bu günki, vəziyyəti təşkilatımız tərəfindən araşdırılıb: “Bunun üçün Eko Aləm ib 24 iyul 2025-ci il tarixində Siyəzən  rayonuna səfər edib və ərazidə ictimai ekoloji vizual monitorinq həyata keçirtdik. Monitorinq zamanı  məlum olmuşdur ki, Siyəzən RİH-ti bu işə ciddi yanaşmış, hətda mövcud  yaşıllıqları qorumaq, yeni səpinlərlə inkişaf etdirmək üçün  Siyəzən Rayon Yaşıllaşdırma İdarəsinə xüsusi tapşırıq da vermişdir.  Rayona gəldikdən sonra ilk olaraq Siyəzən İcra Hakimiyyətinə müraciət etdik. Siyəzən İcra Hakimiyyətində bizi Ərazi  İdarəetmə  Və  Yerli  Özünüidarəetmə  Orqanları  İlə  İş  Şöbəsinin Böyük məsləhətçi Sultanov Vüsal Asəf  oğlu çox xoş qarşıladı. Bildirdiki gəlməyimiz barədə göndərdiyimiz məktubu alıblar. Lazım olan hər köməkliyi edəcəklər. bu zaman otağa Siyəzən İcra Hakimiyyətində bizi Ərazi  İdarəetmə  Və  Yerli  Özünüidarəetmə  Orqanları  İlə  İş  Şöbəsinin müdiri Kərimov Elvin Qorxmaz oğlu da daxil oldu nə məasədlə gəldiyimizi öyrənən kimi Siyəzən Rayon Yaşıllaşdırma İdarəsin məsul işçilərini çağırmaq tapşırığı verdi. Siyəzən Rayon Yaşıllaşdırma İdarəsin məsul işçiləri ilə tanış olduq. 24 iyul 2025-ci il tarixi ən isti yay günlərindən biri olduğu üçün işə elə ərazidən başlamaq qərarı verdik. Monitorinqin işinə dəvətimizlə Siyəzən vtəndaş cəmiyyəti üzvü “Sosial Dayaq” ictimai birliyinin sədri Qərənfil xanım  Niftəliyeva da qatıldı. Monitorinqlərə Siyəzən rayonunun şimal girişindən başlamağa qərar verdik.  Bakı-Quba magistral avtomobil yolu böyük ərazi olduğundan 3 maşın kortejlə  əraziyə getdik. Ərazidə Siyəzən Rayon Yaşıllaşdırma İdarəsinin mütəxəssisi Ağayev Pərvim Pənah oğlu bizi gördükləri iılərlə yaxından tanış etdi. O bildirdi ki, nəinki ETSN-dən təhvil aldıqları ərazilərə eləcə də rayonun bütün yaşıllaşdırılmasına xüsusi qayğı vardır. O bildirdi ki, yaşıllıqlara aqro texniki qaydalarla qulluq edilir. Siyəzən rayonu Yaşıllaşdırma İdarəsinin öz tingçiliyi vardır. Yeni əkinlər üçün öz yetişdirdikləri tinglərdən istifadə edilir. əkinlər Samur Abşeron kanalından istifadə etməklə damcı üsulu ilə suvarılır. Sonra ərazilərə vizual baxış keçirtdik və tinglik əraziyə baş çəkdik. ətrafdakı yaşıllıqlar bizi heyran etdi. Bəzi ərazilərdə ağaclara gözəl inkişaf edib ki, artıq meşə statusu alması səviyyədədir.  Bakı-Quba magistral avtomobil yolunun ətrafının Zarat-Şabran (45-83 km) Yaşıllaşdırma sahəsində ciddi işlər görülüb orada da müçahidələr apardıq. Zarat Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənddir.

Tədbirdən sonra yenidən İcra Hakimiyyətinə gəldik və Ərazi  İdarəetmə  Və  Yerli  Özünüidarəetmə  Orqanları  İlə  İş  Şöbəsinin müdiri Kərimov Elvin görüşüb həyata keçirdikləri işlərə görə onlara təşəkkür etdik. Elvin müəllim bildirdi ki, əraziyə xüsusi qulluq edilir. İki sahə və bir tinglik ərazimiz var. Hər sahənin öz sahə rəisi, bağbanları və mühafizəçiləri var. Mühafizəçiləri elə adamlarda seçirik ki, ərazidə qalan adamlar olsun ki, ərazi heç vaxt nəzarətsiz qalmasın.

Monitorinq zamanı gördüklərimizdən və müşahidə etdiklərimizdən çox məmnun qaldıq”.

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər