BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

23 avqust 2025-ci il, Naxçıvan – Azərbaycan xalqının qəhrəman övladlarının müqəddəs xatirəsini əziz tutmaq və onların ailələrinə göstərilən diqqət və qayğını daha da gücləndirmək məqsədilə Naxçıvanda möhtəşəm tədbir keçirildi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı və Cahan Holdinqin sosial məsuliyyət təşəbbüsü çərçivəsində şəhid və qazi ailələri üçün xüsusi ziyafət təşkil olundu.
Tədbir çərçivəsində “XTQ veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı forum da keçirildi. Forumda Azərbaycan və Türkiyədən olan qazi və şəhid ailələri bir araya gələrək həmrəylik nümayiş etdirdilər, qarşılıqlı təcrübə mübadiləsi apardılar və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdilər.
Çıxış edən natiqlər dövlət dəstəyi, ictimai birliklərin fəaliyyəti və biznes qurumlarının sosial məsuliyyət təşəbbüslərinin vəhdətinin əhəmiyyətini vurğulayaraq bildirdilər ki, bu əməkdaşlıq şəhid ailələri və qazilər üçün daha geniş miqyaslı dəstək mexanizmlərinin formalaşmasına xidmət edir. Tədbir həm Azərbaycan–Türkiyə qardaşlığının sarsılmaz birliyinin təzahürü, həm də Vətən uğrunda canını fəda edənlərin ailələrinə ehtiramın bariz nümunəsi kimi dəyərləndirildi.
XTQ Qaziləri, Şəhid Ailələri və Veteranları İB sədri Bəhruz Məmmədzadə çıxış edərək bildirib ki, “Bu forum dövlətimizin dəstəyi ilə birliyimizin səsini dünyaya çatdırmaq, şəhidlərimizin müqəddəs xatirəsini yaşatmaq və qazilərimizin daim yanımızda olduğunu göstərmək baxımından mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu kimi tədbirlər gələcəkdə daha güclü həmrəylik və sosial dəstək mexanizmlərinin qurulmasına yol açacaq.”
Cahan Holdinq” KŞİ-də aparat rəhbəri Azər Cəfərov çıxış edərək holdinqin prezidenti Vüqar Abbasovun salamını çatdırıb. O bildirib ki, “Cahan Holdinq olaraq sosial məsuliyyət fəaliyyətlərimizi hər zaman prioritet hesab edirik. Şəhid və qazi ailələrinin yanında olmaq, onların problemlərinə diqqət göstərmək bizim üçün mənəvi borcdur. Bu tədbir yalnız bir ziyafət deyil, həm də hörmət, ehtiram və həmrəyliyin təcəssümüdür. Gələcəkdə də bu istiqamətdə layihələrimizi davam etdirəcəyik.”
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, “Türkiyə və Azərbaycan arasındakı qardaşlıq xüsusən də şəhid ailələri və qazilərimizin birliyi üzərində daha da möhkəmlənir. Bu forum qardaş ölkələrimiz arasındakı sarsılmaz bağların bariz nümunəsidir.”
Qars Şəhid və Qazilər Dərnəyinin başqanı Muhsin Ağçay çıxış edərək bildirib ki, “Azərbaycan və Türkiyə şəhidlərinin qanı bu torpaqlarda qardaşlığımızı əbədi olaraq möhürləyib. Bu birlik gələcək nəsillərə miras qoyacağımız ən böyük dəyərdir.”
Naxçıvan Şəhid Ailələri İB sədri, şəhid atası Mais Gülməmmədov çıxış edərək bildirib ki, “Şəhid ailələrinin yanında olmaq, onların dərdlərini bölüşmək hər birimizin mənəvi borcudur. Biz bu birliyi yaşatdıqca övladlarımızın xatirəsi də daim yaşayacaq.”
İnkişafa və İslahatlara Dəstək İB sədri Ramil Əliyev çıxış edərək bildirib ki, “Bu cür tədbirlər yalnız bir xatirə mərasimi deyil, həm də gələcəyə inamın, birlik və həmrəyliyin güclənməsinin nümunəsidir. Əməkdaşlıqda gücümüzü birləşdirərək şəhid ailələri və qazilərimizin rifahına daha çox töhfə verməliyik.”
Cahan Holdinqin dəstəyi ilə təşkil olunan ziyafət şəhid və qazi ailələri üçün mənəvi dəstək, həmçinin unudulmaz bir həmrəylik bayramına çevrildi.
 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər