BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Mədəniyyətin TəbliğI İctimai Birliyi “Şəhidlərə həsr olunmuş nəşrin hazırlanması” layihəsi davam edir. Layihənin sonuncu mərhələsi haqda Milli Mədəniyyətin TəbliğI İctimai Birliyinin sədri, layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova məlumat verib: “Sentyabrın 1-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin böyük akt zalında “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirildi. İki hissədən (rəsmi və bədii) ibarət təqdimatda Naxçıvan şəhər İH başçısı aparatının Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, millət vəkilləri Gülxarə Tarverdiyeva, Ülkər Bayramova, Zeynəb Quliyeva, Üzeyr Məmmədov, Şəhla Əhmədova, Xumar Məmmədova və Bəhruz Məmmədov, Naxçıvan Yazıçılar Birliyinin üzvləri, ictimai fəallar, tələbələr, şəhid ailələri iştirak etdilər.

Təqdimat Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. İlk söz Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək bütün qonaqları salamladı”.

Asəf Ruşanovun çıxışından sonra tədbir Jalə Cəfərovanın hər şəhidə həsr etdiyi monoloqla davam edib. Bundan sonra layihə rəhbəri Jalə Cəfərova növbə ilə çıxışçılara söz verib.  

Təqdimatda Naxçıvan şəhər İH başçısı aparatının Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov bildirib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması və gənc nəslə örnək kimi tanıdılması mühüm vəzifədir. Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Rövşən İsmayılxanov qeyd edib ki,  bu kimi layihələr şəhidlərin müqəddəs amal uğrunda keçdiyi şərəfli yolu cəmiyyətə daha yaxından tanıdır. Babək rayon Dini İşlər üzrə icmanın sədri Hacı Qasım Qasımov deyib ki, şəhidlik ən ali mərtəbədir, onların xatirəsinin uca tutulması həm dini, həm mənəvi borcumuzdur. Şairə jurnslist Təranə Arifqızı bildirib ki,  kitab bədii və mənəvi dəyəri ilə yaddaşlara həkk olunduğunu, şəhidlərimizə bir minnətdarlıq nümunəsidir. Baş leytenant Abbasəli İsmayılovun anası Tamara xanım övladını Vətənə fəda etmiş bir ana kimi bu təşəbbüsdən qürur duyduğunu vurğulayıb, leytenant Emin Sadiqovun anası oğlunun adının yaşadılmasından duyduğu minnətdarlığı ifadə edib, onun vətənpərvərliyindən danışıb, millət vəkili Gülşad Sadiqova qeyd edib ki, şəhid ailələrinin yanında olmaq hər birimizin mənəvi borcudur, belə kitablar bu borcun bir ifadəsidir, leytenant Şəhriyar Məmmədovun ailəsi adından qaynı Səttar Zamanov, bacısı Çinarə Məmmədova şəhidin əziz xatirəsinin belə layiqincə yaşadılmasından məmnunluqlarını bildiriblər.

Şəhriyar Məmmədovun adını daşıyan 2-ci sinif şagirdi dayısına həsr olunmuş şeir deyib. Şəhidin anası Ceyran xanım kitabın müəllifinə və zəhməti keçən hər kəsə sonsuz təşəkkürünü bildirib. Daha sonra Sədərək rayonu Dəmirçi kənd tam orta məktəbinin direktoru Şükür Allahverdiyev çıxış edərək Emin Sadiqovun adına bu ilin may ayında açılan sinif otağı, məktəbdə keçirilən tərdbirlər haqda, eyni zamanda vətən oğulları haqda fikirlərini bölüşüb. “Məktəbdə şəhidlərin adını daşıyan siniflərin yaradılması gənclərin vətənpərvərlik tərbiyəsində önəmlidir”,-deyə o əlavə edib. Kənd sakini təqaüddə olan baş müstəntiq Sudeyf Əhmədov isə qeyd edib ki, Vətən uğrunda canından keçənlərin xatirəsi daim yaşamalıdır, bu cür tədbirlər tarixi yaddaşdır. Təqdimatın bədii hissəsi hər kəsi duyğulandırıb.

Çıxışlardan sonra Jalə Cəfərovaya plaket və Azərbaycan qadının qeyrət rəmzi olan kəlayğı hədiyyə edilib.

Jalə Cəfərova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rhbərliyinə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayeva, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyeva, bədii tərtibatın rəhbəri Araz Məmmədova və zəhməti keçən hər kəsə təşəkkür edib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Xatırladaq ki, tədbir haqqında Naxçıvan Dövlət Telvizyasında xəbər yayımlanıb.

              

 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər