BAKU Azərbaycan
30.19 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan poeziya məkanında hər bir şair öz taleyinin, gördüyü işin, yaşadığı həyatın daşıyıcısı və tərənnümçüsidir.

Tanınmış şair Faiq Balabəyli imzası da bu mənada seçilən, oxunan, imzalar içindən boy verib görünən  adlardan, imzalardan biridir. Onun poeziyasında təsadüfi duyğuların, sadəcə romantik misraların məhsulu deyil, yaşantıların, müşahidələrin – arxasında dəniz dalğalarının səsi, limanlarda keçən günlərin nəfəsi, sərt küləklərin izi var. Həyat yolunu dənizlə bağlayan Balabəyli yaşantılarını, dənizin dərinliyini, həyəcanını poeziyaya gətirə bilmişdir.


O, qələm ilə poeziya və dənizçi taleyinin eyni zamanda ayrılmaz hissəsinə çevrilib.
Beləcə, Azərbaycan ədəbiyyatı onin timsalında, dənizçi şair obrazını qazanmışdır. O, dənizdən daha çox yazan, dənizi daha yaxından tanıyan, dənizlə həmsöhbət olan, dil tapan, şeirləri ilə dənizi oxucu ilə tanış edə bilən peşəkar qələm adamıdır, desək ifrata varmarıq.

Faiq Balabəylinin poetik dünyası çoxşaxəlidir, onun yaradıcılıq nümunələri əsasən üç böyük mövzu üzərində qurulmuşdur:
Onun şeirlərində dəniz sadəcə coğrafi məkandırmı? Yox. Dəniz onun üçün həm taledir, həm də ilham qaynağı. Dənizə yazdığı şerlərində, şair dənizi gah uşaq kimi qəlbini ovunduran, gah da sərt atəş kimi çırpınan qüvvə kimi təsvir edir. Burada dəniz həm insan taleyinin varlığını, həm də şairin ruhunun dənizələ doğma olduğunu göstərir.
Yazılan şeirlərində şairin lirizmi daha açıq görünür. Burada sevgi bir liman kimi təqdim olunur.Gəmilər necə limana yan alırsa, oxucu  qəlbi də Balabəyli poeziyasındakı sevgidə sakitlik tapır. Ayrılıq isə tufanlı dənizə bənzədilir: arxasında darıxmaq, gözləmək və ümid var.

Faiq Balabəyli yalnız lirik şair deyil, həm də publisist ruhlu poeziyanın, nəsr əsərlərinin, publisistik kitabların müəllifidir. “Bakı buxtası, 20 Yanvar”, “Kəsilməyən həyacan fiti”, “Onlar qəhrəmandır”,  “Dənizçilərimiz Vətən müharibəsində” kitablarındakı əsərləri ilə şair tarixi yaddaşı publisistik əsərlərinin vasitəsilə qoruyur. Burada dənizçi baxışı ilə qəhrəmanlıq, milli qeyrət və şəhidlik mövzusu təqdim olunur.
Faiq Balabəylinin poeziyası Azərbaycan ədəbiyyatında xüsusi yer tutur, şairin həm də dənizçi olması bunu deməyə əsas verir. O, dənizi ədəbiyyata hər hali ilə gətirən şairdir.

Damət Salmanoğlu
Şair,publisist

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər