BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan dövlətinin müstəqillik illərində ənənəyə çevirdiyi əlamətdar hadisələrdən biri ölkənin ictimai, iqtisadi, siyasi, ekoloji, sosial və ya mədəni həyatında xüsusi önəm daşıyanbir məsələnin “dövlət ili”nə çevrilməsidir. Artıq 20 ilə yaxındır ki, Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar ilə ölkədə əlamətdar hadisələrə həsr olunmuş tədbirlər planı həyata keçirilir. Belə ki, 2007-ci ildə “Gənclər İli” ilə başlayan bu ənənə 2026-cı ilin astanasında “Şəhərsalma və Memarlıq İli” kimi Azərbaycan dövlətçiliyinin tarixinə yazılmışdır. 

Ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan bu ənənə illərdir ki, özünü sosial tərəfdən “Gənclər İli”, “Uşaq İli”, “Könüllülər İli”, ictimai-mədəni tərəfdən “İslam Həmrəyliyi İli”, “Nəsimi İli”, “Nizami Gəncəvi İli”, “Şuşa İli”, “Heydər Əliyev İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”,siyasi tərəfdən “Konstitusiya və Suverenlik İli”, “Multikulturalizm İli”, ekoloji tərəfdən “Yaşıl dünya naminə həmrəylik İli”, “Turizm İli”, “Ekologiya İli”, iqtisadi tərəfdən isə “Turizm İli”, “Sənaye İli”, “Kənd təsərrüfatı İli”, “İnformasiya-kommunikasiya texnologiyaları İli” kimi biruzə vermişdir. 

Qeyd etmək lazımdır ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi heç də təsadüfi qərar deyil, dövlətin “şəhər” anlayışına münasibətinin birbaşa ifadəsidir. Həmçinin bu sərəncam ölkədə şəhərsalma və memarlıq mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi ilə yanaşı, həm də dünyada gedən urbanizasiya çağırışlarına bir cavabdır. Sərəncamda dayanıqlı inkişaf prinsiplərinə uyğun şəhərsalma, beynəlxalq əməkdaşlıq, “yaşıl” və innovativ həllərin tətbiqi əsas prioritetlər kimi vurğulanır. 2026-cı ildə Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi də Azərbaycanın qlobal urbanizasiya proseslərində artan rolunun göstəricisi kimi dəyərləndirilir.

Sərəncamda XIX–XX əsrlərdən başlayaraq şəhərlərin planlaşdırılmasında baş verən dəyişikliklər, milli memarlıq məktəbinin formalaşması, eləcə də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə şəhərsalma sahəsində atılmış fundamental addımlar xüsusi qeyd olunur. Müstəqillik illərində həyata keçirilən irimiqyaslı layihələr, Bakının və regionların memarlıq simasının yenilənməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri dövlətin bu sahəyə strateji yanaşmasını aydın şəkildə ortaya qoyur.

Prezidentin sərəncamından irəli gələrək 2026-cı ildə ölkəmizdə bu sahəyə aid konfranslar, ictimai müzakirələr, maarifləndirici tədbir və təqdimatların keçirilməsi dövlət və özəl sektorun diqqət mərkəzində olacaqdır. 

Afiq H.Nadirov

Azərbaycan Universitetinin doktorantı, tarixçi

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər