BAKU Azərbaycan
29.47 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Yanvarın 4-də Qubada Dəmir Yumruq Beynəlxalq Dostlar Klubunun Fəxri üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Nəqliyyat İdarəsinin rəhbəri İmran Seyfulla oğlu Ramazanovun 60 illik yubileyi qeyd olunub.
Mustaqil.az xəbər verir ki, Dəmir Yumruq Beynəlxalq Dostlar Klubununun üzvləri çıxış edərək yubilyarı ad günü münasibətilə səmimi qəlbdən təbrik ediblər.

Ad günü mərasimində İmran Ramazanova fəxri fərman, medal və müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirdə Dəmir Yumruq Beynəlxalq Dostlar Klubu ailəsi adından İmran Ramazanova təbrik oxunub.

Təbrikdə bildirilir: 

“Hörmətli İmran müəllim,

Siz uzun illər ərzində həm peşəkar rəhbər, həm də yüksək insani keyfiyyətlərə malik ziyalı kimi cəmiyyət arasında böyük hörmət və nüfuz qazanmış bir şəxsiyyətsiniz. Rəhbərlik etdiyiniz sahədə məsuliyyətli, prinsipial və ədalətli mövqeyiniz, ekologiyanın qorunması istiqamətində ardıcıl fəaliyyətiniz, dövlətə və xalqa sədaqətlə xidmətiniz hər zaman yüksək qiymətləndirilmişdir. Quba bölgəsində ekoloji tarazlığın qorunması, nəqliyyat işlərinin düzgün və səmərəli təşkili, kollektivə göstərdiyiniz qayğı Sizin müasir və humanist idarəçilik mədəniyyətinizin bariz göstəricisidir.

Eyni zamanda, Sizin əmək fəaliyyətinizlə yanaşı, xeyriyyəçilik və ictimai faydalı işlərə verdiyiniz dəstək, insanlara yardım əlinizi uzatmağınız, ehtiyacı olanlara göstərdiyiniz diqqət və qayğı cəmiyyətimizdə xüsusi rəğbətlə qarşılanır. Məhz bu çoxşaxəli və nümunəvi fəaliyyətinizə görə əmək və xeyriyyəçilik sahəsində göstərdiyiniz xidmətlərə yüksək dəyər olaraq İmran müəllimə birinci dərəcəli “Hacı Zeynalabdin Tağıyev” medalı təqdim edilmişdir. Bu mükafat Sizin fədakar əməyinizin, xeyirxahlığınızın və ictimai nüfuzunuzun layiqli təzahürüdür.

Səmimiyyətiniz, dostluğa sədaqətiniz, insanlara olan hörmət və ehtiramınız Sizə geniş və dəyərli dost çevrəsi qazandırmışdır. Siz təkcə vəzifə sahibi deyil, həm də sözü, əməli və mövqeyi bir olan, gənclərə örnək göstəriləcək əsl ziyalı və etibarlı dostsunuz.

Bu əlamətdar 60 illik ömür zirvəsi münasibətilə Sizə möhkəm cansağlığı, 101 il şərəfli və mənalı ömür, ailə səadəti, ruzi-bərəkət, uzun illər dövlətimizə və cəmiyyətimizə uğurla xidmət etməyi arzulayırıq. Qoy qarşıdakı illər həyatınıza yeni nailiyyətlər, xoş anlar və dəyərli uğurlar gətirsin.

Hörmətiniz daim uca, yolunuz açıq, fəaliyyətiniz bərəkətli olsun!”

 

 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər