BAKU Azərbaycan
23.29 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” çərçivəsində Qida Təhlükəsizliyi Hərəkatının nümayəndələri sərgini ziyarət edərək müxtəlif innovativ layihə və xidmətlərlə yaxından tanış olublar.

Mustaqil.az xəbər verir ki, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev və bir qrup könüllü sərgidə iştirak edərək kənd təsərrüfatı və qida sənayesi sahəsində təqdim olunan yenilikləri izləyiblər.

Sərgi zamanı iştirakçıların xüsusi marağına səbəb olan layihələrdən biri ölkəmizdə ilk dəfə tətbiq olunacaq Səyyar Baytarlıq Xidməti olub. Aqrar Xidmətlər Agentliyinin mütəxəssisi Şaiq Teyyubov tərəfindən təqdim edilən məlumatda bildirilib ki, yeni xidmət vasitəsilə ən ucqar kənd və yaşayış məntəqələrində belə çöl şəraitində bütün növ heyvanlar üçün cərrahi əməliyyatlar, ultrasəs müayinəsi və steril şəraitdə təcili tibbi yardım xidmətləri həyata keçiriləcək.

Qeyd olunub ki, layihənin əsas məqsədi fermerlər üçün baytarlıq xidmətlərinə əlçatanlığı artırmaq, xəstəliklərin ilkin mərhələdə aşkarlanmasını təmin etmək və fermer təsərrüfatlarına dəyən zərəri minimuma endirməkdir.

Məlumata əsasən, səyyar baytarlıq avtomobili iki hissədən — klinik və texniki bölmədən ibarətdir. Avtomobildə müasir baytarlıq xəstəxanasında mövcud olan bütün zəruri avadanlıqlar yerləşdirilib. Eyni zamanda, ən son texnologiyalarla təchiz olunmuş laboratoriya və tibbi avadanlıqlar vasitəsilə yerində operativ və peşəkar xidmət göstərilməsi mümkün olacaq.

Bu cür tədbirlər gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, beynəlxalq təcrübənin öyrənilməsinə və ölkədə aqrar və qida sektorunun inkişafına marağın artmasına səbəb olur. Müasir texnologiyaların tətbiqi, yeni xidmət modellərinin təqdim olunması və maarifləndirici platformaların yaradılması gələcəkdə bu sahələrin daha da inkişaf etməsinə və peşəkar kadr potensialının güclənməsinə şərait yaradır.

 

 

Son xəbərlər

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Bütün xəbərlər