BAKU Azərbaycan
27.64 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 2026-cı il mayın 11-13- də Türkiyənin İstanbul şəhərində Marmara Grupu Vakfının 29-cu Avrasiya İqtisadi  Zirvə toplantısı  keçirildi. 40-dan çox ölkənin təmsil olunduğu toplantıda 12 ölkənin prezidenti, 700-dən artıq nümayəndə, o cümlədən,  dövlət, hökumət və bələdiyyə başçıları, nazir, iş və elm adamları iştirak edirdi.  Zirvə toplantısına hər il olduğu kimi, bu il də Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli də dəvət edilmişdi.
 Toplantını giriş sözü  ilə Marmara Grupu Vakfı  Başkanı Akkan Suver açaraq, qonaqları salamladı. Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan, Özbəkistan Respublikasının  Prezidenti Şavkat Mirziyoyev və Nobel Mükafatı laureatı Akad. Aziz Sancarın Zirvə toplantısının iştirakçılarına ünvanlanmış məktubları oxundu.
Zirvə toplantısının  ilk  günü İHKİB-nin Başkanı Mustafa Paşahan, Türkiyə İhracatçılar Məclisinin Başkanı Mustafa Gültepe, Böyükelçi, KEİ Baş katibinin 1-ci müavini Merve Safa Kavakçı, PABSEC Baş katibi  Asəf Hacıyev,  TİKA Başkanı Abdullah Eren, İstanbul Böyükşəhər Bələdiyyə Başkan vəkili Nuri Aslan, xarici qonaqlar adından Bosna Hersek  Bakanlar Kurulu Başkanı Borjano Kristo, Türkiyə  dövləti adından Cevdet Yılmaz çıxış etdilər.
1-ci gün keçirilən iclasın  2- ci hissəsində dünyanın 11 ölkəsindən 20-dən artıq dövlət, bələdiyyə və qeyri-hökümət təşkilatlarının nümayəndələri müxtəlif mövzularda  məruzə etdilər. Xəzər Universitesinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli həmin iclasın katibliyinə seçildi.  
Zirvə toplantısının 2-ci günü keçirilən ilk iclasında Slovenya Prezidenti( 2007-2012) Danilo Türk, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri  Şeyxülislam  Allahşükür Paşazadə, İstanbul Rum Patriği Ekümenik Patrik Bartholomeos, Türkiyə Diyanet İşləri Başkanı Ali Bardakoğlu, Türkiyə Süryani Katolik Patrik vəkili və Ruhani rəisi Orhan Çanlı, ABD G20 Dinlərarası Dərnəyinin Başkanı Cole Durham, Belçika Parlamentinin üzvü, Saint-Josse Bələdiyyə Başkanı Emir Kır, Türkiyə  Hahambaşı David Sevi, Bosna Hersek-Saraybosna Bələdiyyə Başkanı Samır Avdic, Vatikan -Latin Katolik Kilsesi Ruhani rəsi Massimiliano Palinuro, Eskişehir Böyükşeher Bələdiyyə Başkanı Ayşe Ünlüce və digərləri çıxış edərək,  dünyamızda yaranmış  vəziyyətlə bağlı narahatlıqlarını dilə gətirdilər. 
Zirvə toplantısının sonuncu iclasında sabiq prezidentlər Abdullah Gül (Türkiye -2007-2014), Bamir Topi ( Albaniya – 2007-2012 ), Boris Tadic ( Serbiya- 2004-2012 ),  Danilo Türk  (Slovenya -2007-2012 ), Emil Constantinescu ( Rumınya – 1996-2000), George İvanov (Makedonya – 2009-2019), İvo Josipovic ( Hırvatistan – 2010-2015), Stjepan  Mesic ( Hırvatstan 2000-2010 ), Vaclav Klaus (Çex Respublikası 2003-2013), Petru Luçinski ( Moldova – 1997-2001), Filip Vujanovic ( Karadağ – 2003-2018), Milo Dukanovic ( Qaradağ – 2018-2023) çıxış edərək,  son günlər Yaxın Şərqdə və ümumilikdə  yaranmış vəziyyətlə bağlı ölkələrinin mövqelərini bildirdilər.
Zizrvə toplantısının sonunda xatirə şəkilləri çəkildi. Marmara Grupu Vakfı  tərəfindən xarici ölkə rəhbərlərinin və qonaqların şərəfinə ziyafət verildi.  

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər