BAKU Azərbaycan
24.32 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair və yazıçı-publisist Sevinc Ağa Xəlilqızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik etdi.
Əlamətdar gündə Sevinc Ağa Xəlilqızı Heydər Əliyev Fondu tərəfindən Bakı şəhərində inşa edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzini ziyarət edib. Yazıçı xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkərək onlardan öz diqqət və qayğısını əsirgəməyib. 
Ziyarət zamanı yazıçı uşaqlarla birlikdə müxtəlif oyunlar oynayıb, həmçinin balacaların arzusu ilə qələmə aldığı, “Bu dünyanın fidanları” ikidilli kitabından şeir, nağıl, təmsil və əfsanələr söyləyib.
Uşaqları “Tanrının səltənəti” adlandıran yazıçı-publisist Sevinc Ağa Xəlilqızı onlara olan sevgisini bu sözlərlə ifadə edib:
“Cənnət qoxulu fidanlar, sizlər o qədər saf, təmiz, büllur kimi qəlbə sahibsiniz ki... Sizinlə hər dəfə ünsiyyətdə olarkən mənən bir daha saflaşıram, qəlbim mərhəmətlə, rəhimlə dolur. Uşaqlarla ünsiyyətdə olduqda kövrəlirəm, gözlərim qeyri-ixtiyari dolur”.
“Uşaqların gülərək alqışlaması mənim ən böyük mükafatım idi”, – deyən yazıçı mərkəzin baş direktoru Kəmalə Talıbovanın və bütün personalın fədakar fəaliyyətini yüksək qiymətləndirib:
“Burada fiziki və əqli qüsurlu  uşaqlara mərkəzin bütün kollektivi tərəfindən yüksək səviyyədə baxılır. Mərkəzin direktoru Kəmalə xanımın necə fərqli bir insan, bir şəxsiyyət olduğunu bir daha kəşf etdim. Onun  həddindən artıq sadə, səmimi, qayğıkeş, bununla yanaşı, ədalətli, vicdana sahib insan, bir təbib, həkim olduğunu gördüm. Bu missiyanı yalnız ürəyi xeyirxahlıqla döyünən insanlar daşıya bilər! Mərkəzin əməkdaşlarının əməyi, əziyyəti və səbri çox böyükdür. Belə ali xüsusiyyətlərə sahib insanların qarşısında baş əyirəm!”



Son xəbərlər

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

“Dayaq” Sosial Maarifləndirmə İB-inin Səbail rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

Yaponiya ekoloji mədəniyyətinə dair seminarlar keçirilib

Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolu

Xalq yazıçısı, tanınmış kinodramaturq Natiq Rəsulzadənin yaradıcılıq gecəsi Beynəlxalq formatda keçirildi

“Dayaq” Sosial Maarifləndirmə İB-inin Səbail rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirildi

Azərbaycanın dövlətçilik ənənələri davam edir

Tariximizin yeni inkişaf mərhələsi

Bütün xəbərlər