BAKU Azərbaycan
27.64 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

May ayının 26-da “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində 239 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirildi.
Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin eksperti Gövhər xanım Quliyeva, 239 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nisə xanım Fərəcova, Səbail Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Abasağa Dərbəndli, Səbail Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor, polis baş leytenantı Gülər xanım Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Nigar xanım Əliyeva, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Elvina xanım Əliyeva, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Gülmira xanım Qurbanova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Zinyət xanım Ağamalıyeva, məkəbin şagirdləri və müəllimləri iştirak edib.
Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğullarını bir dəqiqəlik sükutla yad edilib.
İB-in sədri Hicran xanım Əliməmmədova çıxış edərək, ilk öncə iştirak edən qonaqları və şagirdləri salamlayıb. İB-in sədri Hicran xanım Əliməmmədova layihənin əsas məqsədinin məişət zorakılığı ilə mübarizədə ictimai maarifləndirmənin gücləndirilməsi, xüsusilə yeniyetmələrin və gənclərin hüquqi biliklərinin artırılması olduğunu vurğuladı. O qeyd etdi ki, zorakılığın qarşısının alınmasında cəmiyyətin bütün üzvlərinin məsuliyyəti və fəallığı mühüm əhəmiyyət daşıyır.
Layihənin eksperti Gövhər xanım Quliyeva çıxışında məişət zorakılığının ailə münasibətlərinə, uşaqların psixoloji inkişafına və cəmiyyətin ümumi sağlamlığına mənfi təsirlərindən danışdı. O bildirdi ki, zorakılıq yalnız fiziki deyil, həm də psixoloji, iqtisadi və mənəvi formada özünü göstərə bilər. Ekspert erkən maarifləndirmənin vacibliyini xüsusi qeyd etdi.
239 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nisə xanım Fərəcova məktəblərdə şagirdlərin təhlükəsiz və sağlam mühitdə təhsil almasının vacibliyini vurğuladı. O, belə maarifləndirici tədbirlərin şagirdlərin hüquqi və sosial biliklərinin formalaşmasında mühüm rol oynadığını bildirdi.
Səbail Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Abasağa müəllim Dərbəndli çıxışında dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi. O qeyd etdi ki, məişət zorakılığı ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə ictimai təşkilatlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Rahil müəllim Süleymanzadə məişət zorakılığına qarşı qanunvericilik bazası haqqında ətraflı məlumat verdi. O, vətəndaşların hüquqlarının qorunması, müdafiə mexanizmləri və hüquqi yardım imkanlarından danışaraq iştirakçıların suallarını cavablandırdı.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor, polis baş leytenantı Gülər xanım Əliyeva məişət zorakılığı halları ilə qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciətin vacibliyini diqqətə çatdırdı. O bildirdi ki, polis orqanları tərəfindən zorakılıq qurbanlarının müdafiəsi istiqamətində operativ tədbirlər həyata keçirilir və hər bir vətəndaş belə hallara biganə qalmamalıdır.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Nigar xanım Əliyeva çıxışında vətəndaşların hüquqlarının müdafiəsində hüquqi maarifləndirmənin rolundan danışdı. O vurğuladı ki, hüquqlarını bilən şəxslər zorakılığa qarşı daha effektiv mübarizə apara bilirlər.
Vəkil Gülmira xanım Qurbanova məişət zorakılığı qurbanlarının hüquqi müdafiə mexanizmləri barədə məlumat verdi. O, müdafiə qərarlarının alınması, məhkəməyə müraciət imkanları və hüquqi yardım prosedurlarını izah etdi.
Vəkil Elvina xanım Əliyeva çıxışında ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyət prinsipinin vacibliyini qeyd etdi. O bildirdi ki, ailə münaqişələrinin hüquqi müstəviyə keçmədən dialoq və qarşılıqlı anlaşma yolu ilə həlli daha sağlam ailə münasibətlərinin formalaşmasına xidmət edir.
Vəkil Zinyət xanım Ağamalıyeva isə qadınların və uşaqların hüquqlarının müdafiəsinin cəmiyyətin inkişaf göstəricilərindən biri olduğunu vurğuladı. O qeyd etdi ki, zorakılığın qarşısının alınması üçün hüquqi biliklərlə yanaşı, mənəvi dəyərlərin və ailə mədəniyyətinin təbliği də vacibdir.
Tədbir iştirakçılarla qarşılıqlı müzakirələr, sual-cavab sessiyası və maarifləndirici söhbətlərlə davam etmişdir. Çıxışçılar məişət zorakılığına qarşı mübarizədə hər bir fərdin məsuliyyət daşıdığını qeyd edərək, cəmiyyətin bu məsələdə daha həssas və fəal olmasının vacibliyini vurğulamışlar. Şagirdlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək tədbir onlar üçün faydalı və maraqlı olduğunu qeyd etmişlər.Tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları paylanılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi məişət zorakılığından əziyyət çəkənlərin problemlərinin öyrənilməsi, sosial-iqtisadi sahədə problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılmasından ibarətdir.

 

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər