BAKU Azərbaycan
25.37 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun təşkilatçılığı ilə ölkədə ilk dəfə “Təbiətin Dostları Festival”ı təşkil olunub. Tədbirdə 20 autizm spektr pozuntusu olan uşaq və onların valideynləri iştirak ediblər.

“Təbiətin Dostları Festivalı” layihəsinin əsas məqsədi benefisiar uşaqların sosial, emosional və zehni inkişafına dəstək göstərməkdir.

Bugun.tv– xəbər verir ki, eyni zamanda, təbiət mühitində təşkil olunan tədbirdə uşaqlar valideynləri ilə birlikdə müxtəlif ekoloji fəaliyyətlərə cəlb olunublar. Onlara heyvanlara, quşlara, ümumilikdə ətraf mühitə qayğı və sevgi göstərmək aşılanıb. Sonra uşaqlar quş və heyvanlar üçün evciklər quraşdırıb, rəngləyərək təbiətə hədiyyə ediblər.

“Bu gün TV Media Qurumu”nun və layihənin rəhbəri əməkdar jurnalist Elnarə Dərziyeva

Layihənin rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva bildirib ki, ümumilikdə, əlilliyi olan uşaqlarla həyata keçirilən bu kimi fəaliyyətlər onların ünsiyyət bacarıqlarının inkişafına, diqqət və müşahidə qabiliyyətinin güclənməsinə, eyni zamanda cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir.

“Təbiətin Dostları” Festivalının fəsillər üzrə davamlı şəkildə, bölgələrdə də keçirilməsi planlaşdırılır. Əsas hədəf həssas qrupdan olan uşaqlarda empatiya, məsuliyyət və təbiətə sevgi hissinin formalaşdırmaqdır. Festival eyni zamanda valideynlər və cəmiyyət üçün maarifləndirici rol oynayır, belə uşaqlara qarşı daha həssas və dəstəkləyici sosial mühitin formalaşmasına xidmət edir”, – deyə E.Dərziyeva əlavə edib.

Tədbir çərçivəsində, açıq səma altında, çəmənlik ərazidə Yoqa festivalı da təşkil olunub. Yoqaçı İlhamə Şirinova benefisiarlara və analara təlim keçib. Onlara təbiəti sevmək, onunla mərhəmətli davranmağı aşılayıb.

Sonra şair, qiraət ustası Səbuhi Zamanın aparıcılığı ilə konsert proqramı təşkil olunub. Autizm spektr pozuntulu uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Şeir deyib, müxtəlif çalğı alətlərində musiqilər ifa edib, oxuyub, oynayıblar.

“Azad” rəqs ansamblı

Festivala qatılan “Azad” rəqs ansamblının kollektivi isə bir-birindən gözəl rəqs nömrələri ilə dostlarını təbrik ediblər.

Daha sonra uşaqlar təbiəti özündə əks etdirən çərpələngləri və sülhün, sevginin rəmzi olan ağ göyərçinləri səmaya uçurublar. Valideynlər onlara belə xoşbəxt günü yaşadan tədbir təşkilatçılarına minnətdarlıqlarını bildirblər.

Sonra tədbirin benefisiarları, UAFA təşkilatının Valideyin birliyinin sədri Zəhra Xələfova, “Azad” rəqs ansamblının rəhbəri Rəhim Babayev və üzvləri təltif olunublar. Eyni zamanda, Azərbaycan Autizm Assosiasiyasına xüsusi təşəkkür bildirilib.

Korporativ sosial məsuliyyət yönümündə “Təbiətin Dostları Festivalı”na dəstək göstərən şirkətlərə – Ganja Park Rezidence MTK-nın nümayəndəsi Ayxan Heydərova, “CPM” investisiya şirkətinin direktoru Nəriman Hadıyevə, “Amper” MMC-nin Marketinq departamentinin rəhbəri Rişad Səmədov, “Snerjipro” şirkətinin rəhbəri Ufuk Aydın, “Qardaşlar” Mebel QSC-nin Marketinq və kommunikasiya direktoru Arzu Salman, “YaaRa” tekstil şirkətinin rəhbəri Yaqut Bayram, SAİF boya şirkəti, “Günaydın” restoranlar şəbəkəsi və tədbirə ev sahibliyi edən “Omar” Atçılıq Klubunun nümayəndəsi Altun Zeynalova minnətdarlıq ifadə olunub, onlara təşəkkürnamələr təqdim edilib.

“Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun mətbuat xidməti

Son xəbərlər

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Bütün xəbərlər