BAKU Azərbaycan
25.32 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İyunun 8-də “Dayaq” Sosial Maarifləndirmə İB-inin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə icra etdiyi "Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində maarifləndirici tədbiri keçirildi. Tədbirin əsas məqsədi gənclər arasında sağlam ailə dəyərlərinin təbliği, məişət zorakılığının yaratdığı sosial və psixoloji problemlər barədə məlumatlandırmanın artırılması, eləcə də cəmiyyətdə zorakılığa qarşı vahid mövqenin formalaşdırılması idi. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində maarifləndirmə tədbir keçirildi. Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran xanım Əliməmmədova, layihənin eksperti Gövhər xanım Quliyeva, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecin direktoru Səbuhi müəllim Qurbanov, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecin direktor müavini Şahmurad müəllim Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə xanım Məmmədova, Siyasi elmlər doktoru, professor Elşad müəllim Mirbəşiroğlu, Kollegiyasının üzvü, vəkil Elvina xanım Əliyeva, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Gülmira xanım Qurbanova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Zinyət xanım Ağamalıyeva, kollecin müəllim və tələbələri iştirak edib.
Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğullarını bir dəqiqəlik sükutla yad edilib.
İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, ilk öncə iştirak edən qonaqları və tələbələri salamlayıb. Layihənin əsas məqsədi və layihədə nəzərdə tutulan tədbirlər barəsində məlumat verib və çıxışında bildirdi ki, məişət zorakılığı yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin problemidir. O qeyd etdi ki, zorakılığın qarşısının alınmasında dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, təhsil müəssisələri və ailə birlikdə fəaliyyət göstərməlidir. Hicran xanım layihənin əsas məqsədinin gənclərdə qarşılıqlı hörmət, tolerantlıq və sağlam ünsiyyət bacarıqlarını formalaşdırmaq olduğunu diqqətə çatdırdı. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Səbuhi müəllim Qurbanov çıxışında gənclərin tərbiyəsində təhsil müəssisələrinin məsuliyyətindən danışdı. O qeyd etdi ki, tələbələr yalnız ixtisas bilikləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişdirilməlidirlər. Səbuhi müəllim bu cür maarifləndirici layihələrin kollecdə mütəmadi keçirilməsinin vacibliyini vurğuladı və təşkilatçılara təşəkkürünü bildirdi. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavini Şahmurad müəllim Məmmədov qonaqları və tələbələri salamladı. O, qeyd etdi ki, təhsil müəssisələri yalnız peşəkar kadrların hazırlanması ilə kifayətlənməməli, eyni zamanda gənclərin sağlam mənəvi dəyərlər ruhunda formalaşmasına xüsusi diqqət yetirməlidir. Şahmurad müəllim məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin gələcək ailələrin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynadığını vurğulayaraq sözü Siyasi elmlər doktoru, professor Elşad müəllim Mirbəşiroğlu ailə institutunun cəmiyyətin əsas dayağı olduğunu vurğulayaraq bildirdi ki, milli-mənəvi dəyərlərimizin qorunması sağlam ailə münasibətlərindən başlayır. Onun sözlərinə görə, ailədə qarşılıqlı hörmət, sevgi və etimad mühiti formalaşdıqda zorakılığa yer qalmır. Professor gənclərə müraciət edərək ailə qurarkən məsuliyyətli və humanist dəyərləri rəhbər tutmağın vacibliyini qeyd etdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə xanım Məmmədova çıxışında ölkəmizdə məişət zorakılığına qarşı mübarizə sahəsində görülən işlər və qanunvericilik bazası barədə ətraflı məlumat verdi. O bildirdi ki, dövlət tərəfindən bu sahədə mühüm hüquqi mexanizmlər yaradılıb və hər bir vətəndaş öz hüquqlarını bilməli, zorakılıq halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara müraciət etməkdən çəkinməməlidir. Layihənin eksperti Gövhər xanım Quliyeva çıxışında məişət zorakılığının psixoloji və sosial nəticələrindən bəhs etdi. O bildirdi ki, zorakılıq mühitində böyüyən uşaqların gələcəkdə cəmiyyətə adaptasiyası çətinləşir, onların psixoloji sağlamlığı və sosial münasibətləri zərər görür. Ekspert vurğuladı ki, maarifləndirmə və erkən profilaktik tədbirlər zorakılığın qarşısının alınmasında ən effektiv vasitələrdən biridir. "Göyərçin Təhsilin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Gülnarə xanım Vəlixanlı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ailə dəyərlərinə verdiyi önəmdən danışdı. O qeyd etdi ki, dövlət başçısının ailəsinə olan münasibəti, həyat yoldaşı ilə birlikdə ictimai tədbirlərdə iştirak etməsi və ailə birliyini cəmiyyətə nümunə kimi təqdim etməsi gənc nəslə ailə müqəddəsliyinin aşılanmasında mühüm rol oynayır. Gülnarə xanım vurğuladı ki, hər bir gənc gələcək həyat yoldaşına hörmət və ehtiramla yanaşmalı, ailə münasibətlərini qarşılıqlı anlayış və sevgi üzərində qurmalıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Gülmira xanım Qurbanova çıxışında məişət zorakılığı qurbanlarının hüquqları və onlara göstərilən hüquqi yardım mexanizmləri barədə məlumat verdi. O bildirdi ki, hüquqi savadlılığın artırılması insanların öz hüquqlarını müdafiə etməsinə və zorakılıq hallarının gizli qalmasının qarşısının alınmasına kömək edir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Elvina xanım Əliyeva qeyd etdi ki, məişət zorakılığına qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. O, xüsusilə gənclərin hüquqi biliklərinin artırılmasının və zorakılığa qarşı sıfır tolerantlıq mövqeyinin formalaşdırılmasının vacibliyini vurğuladı.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Zinyət xanım Ağamalıyeva isə çıxışında ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və dialoqun əhəmiyyətindən danışdı. O bildirdi ki, bir çox münaqişələrin qarşısı düzgün ünsiyyət və hüquqi maarifləndirmə yolu ilə alına bilər. Zinyət xanım tələbələri hüquqlarını bilməyə, eyni zamanda başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırdı.
Tədbir iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə davam etdi. Sonda vurğulandı ki, məişət zorakılığına qarşı mübarizə hər bir fərdin və cəmiyyətin ümumi vəzifəsidir. Belə maarifləndirici layihələrin keçirilməsi gənclər arasında sağlam ailə dəyərlərinin, qarşılıqlı hörmətin və hüquqi mədəniyyətin formalaşmasına mühüm töhfə verir.
İB-in sədri Hicran xanım, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi İcraçı direktor Aygün xanım Əliyeva, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Səbuhi müəllimə, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavini Şahmurad müəllimə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Bahar xanıma, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırova, Dilarə xanıma və Aydın müəllimə öz təşəkkürünü və minnətdarlığını bildirib. Tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları paylanılıb. Tədbirdə iştirak edən qonaqlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirdi. Şagirdlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək tədbirin onlar üçün faydalı və maraqlı olduğunu qeyd etmişlər. Tədbirin sonunda iştirak edən qonaqlar və tələbələr ilə xatirə şəkilin çəkiliməsilə yekunlaşıb.





Son xəbərlər

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Bütün xəbərlər