
Cəmiyyət
15.05.2026 / 23:37
DANİB yeni layihəsinin icrasına başlayıb
"Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi" (DANİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ənənəvi Ailə Dəyərlərinin Gənclər arasında təşviqi" adlı layihənin icrasına başlayıb.
Layihə çərçivəsində maarifləndirici televiziya verilişləri hazırlanaraq yayımı təşkil olunacaq, eyni zamanda Quba və Xaçmaz rayonlarında seminar müzakirələr keçiriləcək.


