BAKU Azərbaycan
24.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

“Qadın dünyası” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda qadınlarla iş” layihəsini uğurla başa çatdırıb.
Layihənin əsas məqsədi Qarabağ regionunda, o cümlədən Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və iqtisadi müstəqilliklərinin gücləndirilməsinə dəstək göstərmək olub.

Layihə çərçivəsində Xankəndi şəhəri, Laçın, Ağdam, Xocalı və Suqovuşanda yaşayan qadınların iştirakı ilə müxtəlif mövzularda təlimlər keçirilib. Təlimlər zamanı iştirakçılara sahibkarlıq, məşğulluq və iqtisadi imkanların genişləndirilməsi istiqamətində faydalı məlumatlar təqdim olunub.

Tədbirlərdə iştirak edən qadınlar əldə etdikləri yeni biliklərlə yanaşı, onları narahat edən məsələləri səsləndirib, təklif və fikirlərini bölüşüblər. Layihənin nəticələrindən müxtəlif sahələrdə çalışan, həmçinin yeni biznes qurmaq və mövcud bizneslərini genişləndirmək istəyən 100-dən çox qadın faydalanıb.

Təlimlər psixoloq-həkim Əli Nağıyev, peşəkar təlimçilər Tural İsaqov, Sevinc Ədilova və Rəqsanə Camalova tərəfindən həyata keçirilib.

Təlimlərdə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Ədibə Quliyeva və Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev iştirak ediblər.

Layihənin həyata keçirilməsinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları və Qarabağ Təlim Mərkəzinin rəhbərliyi dəstək göstərib.

“Qadın dünyası” İctimai Birliyinin həyata keçirdiyi layihə Qarabağ regionunda qadınların iqtisadi fəallığının artırılması, onların yeni bilik və bacarıqlar əldə etməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və sosial-iqtisadi imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.

   

Son xəbərlər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Business Diplomacy and the OBS Global Vision for Collaboration with Australia

Elşən Uluxanlıdan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mesaj: Bir video tarixi dəyişə bilməz

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası

VIII Qurultaydan yeni strateji hədəflərə doğru

SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar

Cəbrayılın yeni şəhər modeli

4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol

Vətənə sədaqətli xidmət nümunəsi

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

Bakı qlobal investisiya platformasına çevrilir

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

ÖLDÜ VAR, DÖNDÜ YOXDUR…

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

“İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” – QİDA, SAĞLAMLIQ VƏ MƏNƏVİ DƏYƏRLƏRİN KƏSİŞMƏSİNDƏ YAZILMIŞ KİTAB

Vətən müharibəsi və şanlı Qələbə

Bir şəhidin anası, min qəhrəmanın doğması – Gülşad anamıza doğum günü təbriki…

"Məqsədim Çin, Rusiya, Xəzər regionu və Mərkəzi Asiya arasında fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu qurmaqdır"

Azərbaycan sənayesinin yeni dayağı: dağ-mədən və metallurgiya

İsrailin Or Yehuda şəhərinin meri “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən təltif edilib

Bütün xəbərlər