BAKU Azərbaycan
25.41 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Cari ilin iyun ayında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransı İctimai Şuraların fəaliyyəti və təkmilləşdirilməsində vacib rol oynadı.

Konfrans zamanı çıxış edən məsul şəxslər İctimai Şuraların fəaliyyətindən, dövlət-vətəndaş münasibətlərinin formalaşması istiqamətində əhəmiyyətindən, vətəndaşların maraqlarının nəzərə alınması və təmin olunmasından bəhs edərək, İctimai Şuraların bundan sonrakı fəaliyyətlərində şəffaflığa, operativliyə, problemlərin aradan qaldırılmasına diqqət edilməsinin vacibliyini vurğuladılar.
Çox sevindirici haldır ki, konfransdan sonra istər paytaxt, istərsə də regionlarda şəhər və rayonlar üzrə yenidən formalaşdırılan İctimai Şuraların fəaliyyətində müsbət irəliləyişlər özünü qısa zamanda göstərməyə başlayıb.
Məlumat üçün bildirmək istərdim ki, 2022-ci ilin iyun ayında Binəqədi rayonunda İctimai Şuralara seçkilər keçirilib və 15 nəfər üzvlərdən ibarət Binəqədi Rayon İcra Hakimiyyəti yanında yeni İctimai Şura formalaşdırılıb.
Fəaliyyətə başladıqdan sonra İctimai Şura üzvlərinin iştirakı ilə mütəmadi olaraq iclaslar keçirilir, görülən işlər müzakirə olunur və qarşıdakı fəaliyyətlər barədə qərarlar qəbul olunur.
Fəaliyyət dönəmində əvvəlcədən müəyyən edilmiş tarixlərdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən vətəndaşlarıa görüşlərdə Şura üzvləri də iştirak edir, vətəndaşların fikir və onları narahat edən məsələlər aidiyatı şəxslər və qurumlara yönləndirilir. Bununla yanaşı ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin doğum və anım günlərində şəhidlərimizin məzarları ziyarət edilir.
Ümumilikdə isə bundan sonra da İctimai Şura üzvləri tərəfindən müzakirə və qəbul edilən fəaliyyət planına əsasən vətəndaşlarımızı narahat edən problemlərin həlli, dövlət-vətəndaş münasibətlərinin daha da inkişafı istiqamətində tam güclə fəaliyyətimizi davam etdirəcəyik.
Ölkə başçımız, möhtərəm prezidentimiz İlham Əliyevin İctimai Şuraların əhəmiyyəti və gözləntilərini nəzərə alaraq, İctimai nəzarətin formalaşması üçün öz xidmətlərimizi əsirgəməyəcəyik.

Aslan Mehdiyev
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər