İdman
07.07.2024 / 13:14
Azərbaycanın Milli Qəhrəmanın adına idman klubu açılıb
Bu gün Sabirabad rayonu Kürkəndində Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissə komandiri aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyevin adını daşıyan Sabirabad MMA döyüş klubunun açlışı baş tutub.Tədbirdə Şəhid ailələri,qazilər,rayon icra hakimiyyətinin nümayəndələri,DİN Sabirabad polis şöbəsinin əməkdaşları,ictimaiət nümayəndələri və kənd əhalisi iştirak ediblər.Tədbirdə şəhid ataları çıxış edərək şəhidlərimizin adlarını yaşadanlara minnətdarlıqlarını bildiriblər.Açlış zamanı bir neçə idmançılar "Diplomla"təltif ediliblər.Açılış daha sonra təşkil edilmiş ehsan süfrəsi ilə davam etdirilib.