BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair, yazıçı-publisist Gülarə Munis kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə “Qayıdanlar...” oçerkini  təqdim etdi.

Qayıdanlar sözü müəllifin təbirincə desək geniş məvhumdur. Qayıdanlarla, gözləyənlər qoşa çəkilir. Burda həsrət var, intizar var, acı var, göz yaşı var, sevinc var... Müharibə çox arzuları yarımçıq qoydu. Üçrəngli bayrağa bürünərək Şəhid kimi dönənlər, əllərini, ayaqlarını, gözlərini itirərərək qayıdanlar. Fərqi yox Şəhid kimi, Qazi kimi... Onlar Vətən oldular, Azadlıq oldular, Zəfər oldular.  Müəllif bir anlıq o hissləri yaşıyır, qəlbindəki sevinci, kədəri sözlərə çevirir.

Bu gün işğaldan azad olmuş torpaqlarımız və ərazi bütövlüyümüz üçün Sizlərə QAYIDANLARA  minnətdarıq. İGİD VƏTƏN OĞULLARI, ŞƏHİD ANALARI, ATALARI, GÖZÜYAŞLI BACILAR, YARIMÇIQ QALMIŞ TALELƏR, ATA ÜZÜNƏ HƏSRƏT KÖRPƏLƏR SİZİN QARŞINIZDA BAŞ ƏYİRİK.

                                  Qayıdanlar...

 

Qayıdanlar sözü geniş bir məvhumdur...

Səfərdən qayıdanlar...

Ziyarətdən qayıdanlar...

Elm-təhsil almağa gedən və qayıdanlar...

Bir də var əsgərlikdən qayıdanlar...

Bu qayıdanlar tamam fərqli qayıdır...

Bəziləri doğma evinə-ocağına öz ayaqları ilə qayıdır. Oğul yolu gözləyən analar niyyət edib oğlunu dizin-dizin sürünməklə qarşılayır...

Nənələr sevincdən bayılır, nəvənin qolları üstünə sərilir...

Atalar ovladını qucaqlayıb, başını onun sinəsinə sıxır və bu yolla axan göz yaşlarını gizlədir.

Bacılar “Bacın gələn yollarına qurban”, – deyib qardaşının ağır əsgər çəkmələrini öpür.

Döyüşdən sağ-salamat gələn əsgər nə qədər dözümlü və mətin olsa da, doğmalarının bu sevincinə o da, göz yaşları ilə qoşulur...

Bu qayıdanların arasında əlil arabasında qayıdanlar, qoltuqağacına söykənib qayıdanlar, əsaya dirənib, əl ağacını özünə dayaq edib qayıdanlar da var...

Ayaqlarını, qollarını, ən əziz nemət olan gözlərini itirib qayıdanlar...

Bu qayıdanların ayağı altında qurbanlar kəsilər...

“Təki nəfəsin gəlsin”, – deyib özünə və valideynlərinə təsəlli verənlər olur...

“Eybi yoxdur, evlənəndə sevdiyin qızı bir qolunla qucaqlayarsan”, – deyib təskinlik verənlər olur.

Öz gözünü dünya işığına həsrət qalan övladına verməyə hazır olan ata-analar əsgər balasının gözündə olan sarğıdan öpüb, “gözlərim gözünə qurban” deyirlər...

Bir də var dəmir qutularda, üçrəngli bayrağımıza bükülüb çiyinlərdə qayıdanlar...

Öz ayaqları ilə getdiyi evdən, həmin evə çiyinlərdə qayıdanları qarşılamaq dünyanın ən ağır və acı məqamıdır...

Anaların fəryadı ürək parçalayır, nənələrin ağı deyib oxşamaları, bacıların “qardaş vay” deyib, üzünü cırmasını görmək faciələrin ən ağırıdır.

Ataların dəmir qutuların qarşısında lal dayanıb bir anın içində qocalması...

Cavan gəlinlərin körpəsini bağrına basaraq ucadan ağlamağa da həya edərək içində hıçqırması...

İlahi, bu insanlara hansı sözləri deyib təsəlli vermək olar? Onların yanan, göynəyən qəlbini nə ilə ovundurmaq olar? Oğul toyu görməyən valideynləri necə aram etmək olar?

Anaların nişan günü üçün aldığı, illərlə əzizləyib sandıqda saxladığı əlvan nişan hədiyyələrini oğlunun cənazəsi üstünə səpərək şivən qoparan anaları necə sakitləşdirmək olar?

Necə? Bu sualların cavabını tapmaq mümkünmü?

Bu qayıdanların arasında cavanlar da var, orta yaşda olanlar da...

Bu qayıdanların arasında nakam şəhid olanlar da var, yenicə evlənənlər də...

Bu qayıdanların arasında körpəsinin üzünü görməyənlər də var, körpəsini gözü yaşlı qoyub gedənlər də…

Ürəyindəki Vətən, yurd sevgisi bütün sevgilərə üstün gələn bu igidləri bir amal birləşdirirdi – Qələbə qazanmaq, torpaqları düşməndən azad etmək. Bu məslək idi onları birləşdirən.

Şəhid olanların cibindən nələr çıxmırdı? İlahi...

Bir şəhidin döş cibindən körpə balasının balaca corabları çıxmışdı. Düşmən gülləsi cəsur əsgərin ürəyinə dəyəndə onun cibində olan övladının corabları qanı axan yarasına sarğı olmuşdu. Balaca corabları əzizləyən əsgər haradan biləydi ki, mənfur düşmən onu nişan alanda balasının corabları da gülləyə tuş gələcək?

Bir şəhidin cibindən Azərbaycanın möhtəşəm üçrəngli bayrağı çıxmışdı. Onu bu döyüşlərə aparan Vətənə, bayrağa olan sevgi idi.

Bir şəhidin cibindən ailəsinə yazdığı vəsiyyət, birinin cibindən hamilə qoyub gəldiyi yoldaşına körpənin adını nə qoymaq istəməsi yazılmış kağız çıxmışdı.

Şəhid olan əsgərlərimizdən birinin döş cibində sonuncu 10 manat pulu olub.

Lənətə gəlmiş ermənilərin gülləsi onun ürəyinə dəyəndə, həmin pul da şəhidin ürəyindən axan qana bulaşmışdı. Döyüş yoldaşları qana bulaşmış o, 10 manatlıq əskinası atasına verəndə, ata pulu əvvəl qoxulamış, sonra öpüb gözlərinin üstünə qoymuşdu. Oğlunun son yadigarını ömür boyu ürəyinin üstündə gəzdirməyə söz vermişdi.

Bir əsgərin döyüş vaxtı snayper gülləsinə tuş gələn sol qolu üzülüb havada uçur, hara düşdüyünü görən olmur. Yoldaşları nə qədər axtarsa da, onun qolunu tapa bilmirlər. Əsgər yalvarır ki, qolumu tapın, qolumda atamdan yadigar qalan saat var, onu tapın! Yaxında olan polkovnik öz qolundan saatını açıb əsgərə verəndə o götürmür və deyir: “Saatı atam mənə ad günümdə almışdı, öz saatımı istəyirəm”, – deyir.

Daha nələr, nələr? Hansını yazasan?

Siyəzəndən olan şəhid Həsənov Vurğunun  cibindən üstü yazılı 5 manatlıq əskinas çıxmışdı. Pulun üzərində bu sözlər yazılmışdı: “Şəhid olsam, bunu nəzir verərsiniz”.

Bu yazını yazmazdan əvvəl ön cəbhədə vuruşan, düşmənə qan udduran neçə-neçə igid oğullarla görüşdüm, onları dinlədikcə insanın az qalırdı damarında qanı donsun.

Nə qədər çətin, nə ağır da olsa, bu gün bu qəhrəmanların taleyi, şərəfli həyat yolu kitablarda əbədiləşməlidir!

Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun qəhrəman Azərbaycan oğul və qızlarına! Eşq olsun qəhrəmanlar böyüdən ana və atalara!

 

 

 

 

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər