BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Tanınmış şair-publisist Faiq Balabəylinin 60 illik yubileyi və “Dənizçi həyatı” kitabının təqdimat mərasimi keçirildi

 

Mart ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair Faiq Balabəylinin 60 illik yubileyi və “Dənizçi həyatı” kitabının təqdimat mərasimi keçirildi.

Tədbirin aparıcısı AYB-nin Beynəlxalq məsələlər üzrə  katibi, şair-tərcüməçi, esseist Səlim Babulaoğlu Faiq Balabəylinin yaradıcılığının məziyyətlərindən danışdı. O, qeyd etdi ki, yubliyarı 25 ildən çoxdur ki tanıyır, elə o vaxtdanda onun imzasını həmişə diqqətdə saxlayır.

AYB-nin sədr müavini Rəşad Məcid yubilyarı rəhbərlik adından təbrik edəndən sonra, AYB katibliyinin qərarı ilə F. Balabəylinin təltif edildiyi “Əhməd Cavad” fəxri diplomu ilə təltif etdi.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Faiq Balabəylinin poeziyası, nəsri, publisistikası haqqında danışdı və hazırda dənizlə bağlı ədəbi nümunələrin tək müəllifi olduğunu bildirdi.

Sonra şair, Prezident təqaüdçüsü Vasif Süleyman yubilyar haqqında geniş məruzə ilə çıxış etdi. O, bildirdi ki, Faiq ömrün 60-na dopdolu gəlib: Faiq 60 yaşa sevinclə, kədərlə, ağrı ilə dolu bir ömürlə gəldi. Yubileyinə az qalmış nur üzlü  anası Hədiqə xanımın dünyasını dəyişməsi Faiqi sevənlərin hər biri üçün ağır itki oldi. Məkanı uca olsun anamızın.

Faiq Balabəyli 60 yaşına “Eh ayrılıq nə yamansan”, “Sənə yazılan şeirlər”,”Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Sənə yazılan şeirlər”, “Bayıldan bayıra”, “Yağışdan sonra” bədii, “Kəsilməyən həyəcan fiti”, “Bakı buxtası-20 yanvar” publisistik kitabları, AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoru, gəmi kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü və bir çox ədəbi ödüllərin laureatı kimi gəlib.

Onun 60 illik həyatının tam qırx ili bizim dostluğumuzun fonunda, sözlə dəniz arasında keçib. O, ömrün çalın-çarpaq yollarında nə sözə, nə də dənizə vəfasız çıxmayıb. Təpədən-dırnağa sözə və dənizə bələnıb. Faiq Balabəylinin yaşam trayektoriyası haralardan dolanıb keçib – Cəlilabad rayonunun Sabirabad kəndindən ədəbiyyatın ağuşuna, ədəbiyyatdan dənizə, dənizdən mətbuata, arada bir dəfə Bayıla sözlə günah çəkməyə, sonradan hamısını bir yerdə  yaşatmağa… Onda demişdim ki, bu kitabları yazmağa görə Faiqi həbs eləməyə dəyərdi. Bu günə necə gəldiyinin də ən gözəlini də özü deyib:

Görübən gəlirəm mən bu dünyanı,

Hər şeyi yoluna öncə qoymuşam.

Əllərim üstündə yeriyirəm ta,

Yorğun ayağımı dincə qoymuşam.

 

Bilinmir varlığın, bilinmir yoxun,

Sənintək çəkilib gözümdən yuxum.

Gördüm ki, sinəmə tuşlanıb oxun,

Onçün ürəyimi küncə qoynuşam.

  1. Süleyman sonra Faiq Balabəylinin publisistikası, 34 il əvvəl – o dəhşətli 20 Yanvar gecəsində Bakı buxtasında çalışan qəhrəman dənizçilərimizin fədakarlığından bəhs edən “Kəsilməyən həyəcan fiti” və “Bakı buxtası-20 Yanvar” kitabları haqqında danışıb, onun həyatında bir mərhələ olan “Yeni xəbər” qəzetindəki redaktorluq fəaliyyətindən söz açdı.

Vasif Süleyman bildirdi ki, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindəki fəaliyyəti də bütövlükdə elə sözlə bağlıdır.  “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Faiqə bu millətə xidmət etmək üçün əlavə imkanlar verdi. Bu günə kimi həmin Birliyin xətti ilə, “Qarabağ müharibəsinin ilk qalib generalı” (General, Milli qəhrəman Polad Həşimov haqqında), “Dənizçilərimiz Vətən Müharibəsində”, “Onlar qəhrəmandır”, “Bakı buxtası – 20 Yanvar”, Sən Vətənə bənzəyirsən”, “Gəmilərin əmniyyətli idarə olunması”b kitabları çap olunub. Bir çoxlarını kitab çıxmamış oxumuşam. Bu gün təqdim olunan “Dənizçi həyatı” kitabı da “DSD” İB-nin xətti ilə hazırladığı növbəti kitabdır. Faiq Balabəyli kitaba  bu adı da təsadüfi seçməyib. Dənizçi həyatının təlatümünü, özəlliyini kimlər daha yaxşı blər… Təbii ki, dənizçilər. Ona görə də Faiq bu həyatı oxucuya elə dənizçilərin öz diliylə təqdim etməyə üstünlük verib. Bizlər də dənizi sevirik ,ÖN SÖZdə müəllifinn yazadığı kimi: “Hamımız sevirik dənizi (dəniz deyəndə birmənalı olaraq  Xəzər dənizi anlaşılmalıdır), yayın istisində sahilində dincəldiyimizə, Dənizkənarı parkda yaratdığı təmiz havanı udduğumuza, hətta tilov atıb balığını tutduğumuza və ayrı nələri umduğumuza görə. Amma dənizi qısqanamğa təkcə onların tam haqqı var. Təkcə dənizi hər kəsdən artıq sevdiklərinə görəmi… Əsla yox! Dənizi qarşılıqsız sevdiklərinə görə, dünya sularında üzəndə belə ürəklərində Azərbaycan, Xəzər dənizi sevgisi yaşatdıqlarına görə”. Dənizçinin dəniz sevgisi bir ayrı aləmdir. Necə ki əlyazmasını oxuyanda mən heyrətlənmişəm, siz də heyrətlənəcəksiniz.

Təxminən qırx il əvvəl mən  “Dəniz” qəzetində Faiq haqqımda bir yazı yazmışdım. Bu, onun haqqında ilk mətbu yazı idi. Heç bilirsiniz yazı necə adlanırdı?.. MƏN DƏNİZİ QISQANIRAM… İllərin o başından gələn doğmalığa, yaxınlığa bax. Qırx ildən sonra də Faiq DƏNİZİ QISQANANLAR haqqında kitab yazdı.

Sonra AYB katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi, şair və yazıçılardan Qəşəm Nəcəfzadə, İbrahim İlyaslı, Hüseyin Sözlü, Narıngül Nadir, Aləmzər Sadıqqızı, İbrahim Rüstəmli, Xatirə Rəhimbəyli, Natiq Muxtarlı, Nəzirməmməd Zöhrablı, Mina Rəşid, Lilpar Cəmşidqızı, Təranə Məmməd, Sevinc Elsevər, BDU-nin müəllimi, alim Şəfiqə xanım Həbibova, Tahir Məmmədli, Aləm Kəngərli, Faiqin oxucuları, iş yoldaşlarından, “İST-Services Əlavə Tədris Mərkəzinin baş direktoru Orxan Xəlilzadə ASCO-nu sədr müavini olmuş, hazırda təqüddə olan Uzaq səfərlər Kapitanları, Prezidentin fərdi təqaüdçüsü Muxtar Axundov, AzərbaycanDövlət Dəniz və Liman agentliyini sədr müavini olmuş Şahlar Məmmədov, gəmi kapitanları Ramiz Hüseynov, Atəş Cavadov, Xoşgün Əzimov, Cavanşir Rəcəbli, R+Fərhad Allahverdiyev, Rita Rzaquluiyeva, Asif Orucov, Hidayət Atakişiyev, Bafadar ibrahimli və başqalrı çıxış edərək Faiq Balabəyli yaradıcılığının fərqli tərəflərindən danışdılar, yubilyarl təbrik etdilər.

Tədbirin sonunda Faiq Balabəyli çıxış edərək iştirak edən hər kəsə minnətdarlığını bildirdi.

 
Tural Balabəyli,

 AYB-nin üzvü, şair, prezident təqaüdçüsü

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər