BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival keçirilib.

Festivalı “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. Festivala qatılan yerli və xarici qonaqları, kənd sakinlərini və turistləri salamlayıb. Əvvəlcə şəhidlərin əziz xatirəsi sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin üzvü, tarix elmləri doktoru, professor Şikar Qasımov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi İsmayıllı Regional Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Ağsu rayon İcra hakimiyyətinin şöbə müdiri Kənan Tacızadə, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Ülvi İsmayılzadə, Türkiyə Cümhuriyyəti Qars bölgəsi tərəkəmələri adından Çətin Adıgözəl, İtaliya Respublikasından professor Luici Skrinzi, Gürcüstan Respublikası Borçalı tərəkəmələri adından professor Vüqar Əliyev açılış nitqi ilə çıxış ediblər.
Festivalın açılış bədii hissəsində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli festival haqqında geniş məlumat verib. Festivalın yaranma tarixindən və gələcək planlardan danışıb. "Alaca" milli geyimlərin təbliği müəssisəsinin qurucusu, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova milli geyimlərimiz haqqında məruzə edib. "Alaca" milli geyimlərini geyinmiş Ağdam rayonu “Nənə qızlar” ansamblının kollektivi maraqlı proqramla çıxış ediblər. Ağsu rayonunu təmsil edən Aşıq Amil Bicolunun "Çoban yaylağı" peşrovu ilə başlanan çıxışı maraqla qarşılanıb. Sonra Bakı şəhəri İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” xalq folklor ansamblı, Qəbələ rayonu "Gülüstan" folklor kollektivi, Sumqayıt şəhər mədəniyyət mərkəzinin “Veteranlar” xalq xoru zəngin proqramla çıxış ediblər. Qars bölgəsində Azərbaycan musiqilərinin mahir ifaçısı Çətin Adıgözəlin mahnıları festivala ayrı rəngarənglik gətirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət və qeyri maddi-mədəni irs şöbəsinin Qeyri maddi-mədəni irs sektorunun müdiri Nuriyyə Məmmədova və Starteji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin strateji inkişaf sektorunun baş məsləhətçisi Şəfiqə Rəhimova sərgi-yarmarka ilə tanış olublar və festivalın bədii hissəsini izləyiblər. Nuriyyə Məmmədova festivalla bağlı təəssürat və düşüncələrini təşkilatçılarla bölüşüb.
Şamaxılı xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib. Əvvəlcə H.Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev çıxış edib və məktəbin şagirdləri folklorla bağlı yerli bayatıları səsləndiriblər. Sonra Qusar Mədəniyyət Mərkəzinin “Mel” xalq folklor kollektivi, Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin “Aşıqlar” xalq ansamblı, Saatlı Mədəniyyət Mərkəzinin "Adıgün" Axısqa türk xalq folklor kollektivi maraqlı proqramla çıxış edib. Zorxana ustası Xəyyam Orucov milli oyunlarımızı, o cümlədən zorxananı nümayiş etdirib. Ağdaşlı kəndirbaz Məhəmməd Paşayevin ailə kollektivi kəndirbazlıq nümunələri göstəriblər. Tonqal ətrafında oturma və musiqili proqramla festival davam edib.
Səhər tezdən bir qrup iştirakçı Tərəkəmə marafonuna qatılıb və yerli sakinlərin binəsinə qədər uzun yol qət ediblər. Tərəkəmə obasında səhər yeməyindən sonra qrup yabanı qızılgüllərin yetişdiyi yamacları keçərək Tərəkəmə yurduna qayıdıblar. Marafon iştirakçıları sertifikatla mükafatladırılıblar.
İkinci gün Şamaxılı xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib. Lahıc folklor qrupu, Tovuz rayonu “Misri” Aşıq ansamblı, Masallı Mədəniyyət Mərəkəzinin “Halay” xalq folklor kollektivi, Salyan Mədəniyyət Mərkəzinin"Cəngi" milli nəfəsli xalq kollektivi, Gəncə şəhəri  “Xəmsə” nağara ansamblı maraqlı proqramla çıxış edib. Göygöl şəhərindən Əhəd İsmayılov kamança, Qobustan rayonundan Baxış Bünyatovun balaban ifası maraqla qarşılanıb. Şamaxılı Aşıq Rza aşıq havalarını səsləndirib.
Festival boyunca paralel fəaliyyətlər davam edib. "Çardaq" art platforması üzvləri festivalda əsərlərini nümayiş etdirməklə yanaşı, kənd sakinləri və qonaqlar üçün ustad dərsləri də keçiriblər. Sərgi-yarmarkaya Bakı, Gəncə, Qəbələ, Ağdam, Bərdə, Füzuli, Ağdaş, Lahıc, Basqal, Gəgəli, Bico və digər yerlərdən gələn sənətkarlar qoşulublar. Tərəkəmə alaçığında milli geyimlər nümayiş olunub. Alpaqut Federasiyasının oxatma ustaları oxatma məşqləri keçiriblər. Qonaqlar kənd evlərində yerləşib, yerli sakinlərlə ünsiyyət bağları qurublar. Festivalı Türkiyə, İtaliya, Gürcüstan, Estoniya, İsrail, Əlcəzair və digər ölkələrdən nümayəndələr izləyiblər.
Festivalın yekun hissəsində “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli festivala Bakı şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivlərinə, yerli və xarici qonaqlara minnətdarlıq edib. İştirakçılara ifaçı, təşkilatçı və iştirakçı sertifikatları verilib.
Festival iştirakçıları festivalın sonunda Orta əsr Ağsu şəhəri Dövlət Tarix Mədəniyyət Qoruğunu və rayonun digər tarixi abidələrini ziyarət ediblər.

283928372838

Son xəbərlər

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Qlobal araşdırma: aviasiya texnologiyalarına investisiyaların effektivliyi məlumatların koordinasiyasından asılıdır

Bütün xəbərlər