BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
image-1backend

GÜNDƏM

39

Oğulun ata ilə monoloqu

image-320x100

(və ya “Konsevasiya edilmiş kin”)

Milli kinomuzda Qarabağ münaqişəsinə həsr olunan bədii filmlərin sayı az deyil. Bu filmlərin arasında ümumi problemə işıq salan ekran əsərləri olmaqla yanaşı, müharibə fonunda konkret bir ailənin dramına və müharibədən əziyyət çəkən insanların həyatına fokuslanan filmlər də mövcuddur. Filmlərin hamısı bədii cəhətdən yüksək keyfiyyətə malik olmasa da, içində tamaşaçı sevgisini qazanmış ekran əsərlərinin olduğunu danmaq ədalətsizlik olar.

“Ekranda, yerdə qalmış və qana bulaşan uşaq ayaqqabısı, partlayan bombanın tamaşaçıda yarada biləcəyi təsirdən daha güclü ola bilər” – bu sözlər rejissor və ssenarist Stiven Spilberqə məxsusdur. Sitatı başqa sözlə ifadə etsək, müharibə dəhşətlərini ekrana gətirmək üçün, mütləq şəkildə döyüş səhnələrini canlandırmağa ehtiyac yoxdur. Müharibənin nəticələrindən əziyyət çəkən bir adamın baxışı, yaşayış tərzi və ya monoloqu tamaşaçıda sentimental hisslər oyada bilər. Monoloq demişkən, 2 avqust – Azərbaycan Kinosu Günündə “Nizami” Kino Mərkəzində premyerası baş tutan rejissor və ssenarist Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametrajlı bədii filmi bu hissləri çatdırmaq əzmindədir. Film, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin sifarişilə “Şahdağ Film” studiyasında ərsəyə gəlib. Qırx üç dəqiqə davam edən filmin süjeti ilk baxışdan sadə təsir bağışlayır. İkinci Qarabağ müharibəsinin başladığı dövrə təsadüf edən hadisələr bir günün içərisində cərəyan edir.

Film, Birinci Qarabağ müharibəsi veteranı olmuş, lakin insult nəticəsində yatağa düçar olmuş atanın və İkinci Qarabağ müharibəsinin ilk günlərində çağırış vərəqəsi almış oğulun hekayəsidir. Ata (aktyor Mahir Dərviş), tamamilə hərəkət və danışıq qabiliyyətini itirib, o, yalnız gözləri və baxışları ilə (çıxardığı inilti səslərini saymasaq) emosiyalarını bildirir. Oğul (aktyor Elşən Əsgərov), atasının qayğısına qalır. Dərmanlarını vaxtında verir, çimizdirir, üzünü təraş edir və s. Bütün bu prosesləri icra edən oğul, atası ilə danışır, ona suallar verir, heç bir cavab almır. Əslində Oğulun Ata ilə dialoqu monoloq şəklində baş verir və bu da filmin adına işarədir. Bu monoloqdan məlum olur ki, o, müharibədən öncə, qayğıkeş ailə başçısı və yaxşı Ata olub. Müharibə vaxtı komandir kimi xidmət edib, yaralanıb və əsir düşüb. Müharibədən sonra sərt və qaradinməz insana çevrilib (Bu məqam, Oğulun nöqteyi-nəzərindən bildirilir, tamaşaçıya Atanın xasiyyəti bəlli deyil).

Hərbi xidmət keçmiş Oğul isə, əsl müharibənin nə olduğunu bilmir. Atası da ona heç nə danışmayıb və Atadan ona qalan, yalnız, “Öldürməsən, səni öldürəcəklər” sözləridir. Səhəri günü cəbhəyə yola düşəcək Oğul, atası ilə ömrün bütün səhifələrini vərəqləməyə köklənib. Ucqar kənddə yaşayan Oğul, atasını araba vasitəsilə məzarlığa – anasının və qardaşının qəbirüstünə gətirir. Burada daha bir boş – atası üçün öncədən qazılmış – qəbir var. Atası inilti vasitəsilə oğluna artıq ölmək istədiyini bildirsə də, onun gözlərindəki alov və həyat eşqi bu istəklə təzad təşkil edir. Amma Ata filmboyu yeməkdən, içməkdən hər vəchlə imtina edir.

Növbəti dəqiqələrdə məlum olur ki, evin kiçiyi olan Oğulu, valideynləri bir zamanlar “kiçik oğul valideynlərinin yanında qalmalıdır” bəhanəsilə evdən buraxmayıblar. Bu səbəbdən o, indiyə qədər subay qalıb və sevdiyi xanımdan ayrılıb. Atasını qocalar evinə qoymağı planlaşdırdığını bildirən zaman, Atanın daxilindəki qəzəb və nifrət onun alovlu gözlərində əks olunur. Yuxarıda qeyd etdiyim kimi, Oğul, atasının hər bir əziyyətini çəkir, qayğısına qalır. Lakin, buna baxmayaraq, Oğulun atasına söylədiyi xatirələr onun beynindən süzülüb dilinə gələnə kimi, qayğıkeşlik və mərhəmət Oğulun üzündə kin və nifrətlə əvəz olunur. Aktyor Elşən Əsgərov bu səhnələri məharətlə ifa edir.

Tamaşaçı, Oğulun daxilində çoxdan bəri atasına qarşı bəslədiyi və özünün belə xəbəri olmadığı kindən hali olur. Bu gizli nifrət hətta onun səsində belə hiss edilir. Atasının şərab istəməsinə belə, o, “Olmaz, həkim icazə vermir” deyə, bildirir. Əgər bu dəqiqələrə qədər biz oğulun qayğısını hiss edirdiksə, bu məqamdan etibarən, qayğının nifrətlə əvəz olunduğunun şahidi oluruq. Lakin Oğulun, daxilində baş qaldırmış bu nifrətlə mübarizə aparmasını da görməmək mümkün deyil. Görünür, elə bu səbəbdən, o, ailə fotoalbomunu çıxararaq valideynlərinin şad-günlərindən xatirə qalan və atasının indiki halı kimi lal baxan fotolar vasitəsilə özünü ovutmağa çalışır. Lakin bu da kömək etmir. Atası da, oğlunun daxilində baş qaldıran nifrəti hiss edir və irəliləyən dəqiqələrdə dərman qəbulundan da imtina edir.

Nifrət də sevgi kimi güclü hissdir, gizlətmək mümkün deyil. “Uşaq vaxtı səni çox istəyirdim. Mehriban idin. Bizimlə çox vaxt keçirirdin, oynayırdın. Müharibədən sonra tam başqa adam oldun” – replikası, nifrətin Oğulda, artıq verbal hal aldığına işarədir. Məhz bu replikadan sonra çöldən gələn yırtıcı heyvan səsi, Oğulun daxilində oyanan qəzəbli yırtıcının tərənnümüdür.
“Sən xəstəlik tapandan sonra, təzədən səni çox istəməyə başladım. Acizləşdikcə, möhtac olduqca, bağlandım sənə” – bu sözlər isə, bayaq qeyd etdiyim kimi, Oğulun öz daxilindəki kinlə mübarizə aparmasını təsdiq edir.

Bu qeyd etdiklərimə əlavə kimi, mən öz təfsirimi bildirmək istərdim. “Tənha insanın monoloqu” filmi metaforik xarakter də daşıyır. İlk baxışdan ailə dramı və ata-oğul münasibətlərinin üzərində qurulsa da, əslində, iki nəslin – müharibəni qalib gəlmək iqtidarında olan gənc nəslin, müharibəni uduzmuş yaşlı nəslin mübarizəsidir. Belə götürək, Ata, Birinci Qarabağ müharibəsini uduzmuş Azərbaycan xalqının təsviri kimi əks olunur. Bu lal-dinməz, hərəkətsiz məğlubiyyət yalnız nəfəs alır, ondan imtina da etmək olmur, onu qəbul etmək də olmur. Filmdə Oğul, Atanın hərbi xidmətindən 25 il sonra cəbhəyə yola düşür. Diqqət edək, 25 il, elə Birinci və İkinci Qarabağ münaqişələri arasındakı müddətə bərabərdir. Bu müddət ərzində Azərbaycan xalqı məğlubiyyətin müvəqqətiliyini bilirdi, zəfərin bir gün mütləq əldə olunacağına əmin idi və bu günü gözləyirdi. Qalibiyyətin əldə olunmasına mane olan yeganə mənfi faktor – 30 il əvvəlki məğlubiyyət, onun yaratdığı acı xatirə idi. Ondan qurtulmağın yeganə yolu isə, bu xatirəni “basdırmaq” idi. Necə ki, filmdə Oğul, Atanı şəxsən özü dəfn edir. Basdırmamışdan öncə, atasının nəfəssiz cisminə dediyi “Biz qalib gələcəyik!” ifadəsi, atasının yer üzündə “eşitdiyi” sonuncu səs olur. Bununla da Atanın simasında bütün pis xatirələr torpağın ixtiyarına verilir. Sonrasını isə hamımız bilirik – artıq dördüncü ildir ki, Qarabağ ağ günə çıxıb.

Filmin dramatikliyini artıran məqamlardan biri də, musiqi həllidir. Bəstəkar Azər Hacıəsgərlinin bəstələdiyi musiqi, hər iki qəhrəmanın söyləmək istədiklərini, lakin söyləyə bilmədiklərini səsləndirir. Qeyd etməliyəm ki, müasir Azərbaycan filmlərinin axsadığı məqamlardan (ssenaridən sonra) biri də məhz musiqidir. Bu film o sırada deyil, istisnadır. Təsvir həllinə gəldikdə isə, quruluşçu rəssam Arif Niftiyevin və operator Daniel Quliyevin işini mütləq qeyd etməliyəm. Ata rolunun ifaçısı Mahir Dərviş rolu sadəcə ifa etmir, obrazı bir libas kimi əyninə keçirib təqdim edir. Elşən Əsgərovun Mahir Dərvişlə “passiv” dueti, ekranda dinamika və həyəcan yarada bilir. “Tənha insanın monoloqu” filmi müharibəyə fərqli rakursdan işıq salır. Bu səbəbdən filmi  uğurlu ekran cəhdi kimi alqışa layiqdir.

Filmin sifarişçisi olan Mədəniyyət Nazirliyi və Kino Agentliyi bu filmlə, həmçinin, agentliyin sifarişi ilə hazırda istehsalda olan digər filmlərlə, dövlət sifarişli kino sektorundakı fəaliyyətsizlik sindromunu qırmaqla yanaşı, qısa müddətdə ortaya konkret nəticə qoyub. Milli kinonun inkişafı və onun dünya arenasına çıxması yolunda “Tənha insanın monoloqu” filmi yeni və milli məzmunlu kino dalğasının formalaşmasına səbəb ola bilər.

İlqar Quliyev

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər