BAKU Azərbaycan
27.49 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Cəfər Cabbarlı- ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq 25 sentyabr 2024-cü il tarixində Bakı şəhərində, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının klassiki, dahi  dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və bədii  irsinin təbliği məqsədi ilə yazıçının müxtəlif bədii janrlarda yaratdığı əsərlərdən ibarət “Seçilmiş əsərləri” adlı kitabın, eləcə də sənətkarın həyat və yaradıcılığı haqqında bir sıra maraqlı məlumatların toplandığı “Böyük sənət fədaisi” adlı kitabçanın təqdimat mərasimi keçirilib.

Cəfər Cabbarlı ədəbi fəaliyyətə uşaq yaşlarında şeirlə başlasa da sonralar yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş, səhnəmiz üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının yaradıcılarından biri kimi şöhrətləndirmişdir.Yazıçı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr janrlarından bacarıqla istifadə etmiş, eyni zamanda istedadlı jurnalist, tərcüməçi və kino xadimi  kimi tanınmışdır.

Kitaba yazıçının Cümhuriyyət öncəsi qardaş Osmanlı türklərinin tarixi mücadiləsinə həsr etdiyi “Ulduz” və ya “Trablis müharibəsi” (1917) pyesləri, eləcə də bir sıra hekayələri daxil edilmişdir. Digər kitabçada isə oxucular ədibin həyatının önəmli məqamları, eləcə də yaradıcılığının müxtəlif dövrlərində yaşanan və yaxın zamanadək oxuculara naməlum qalan bir sıra ziddiyyətli, tarixi anları ilə tanış olacaqlar.

Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri, C.Cabbarlı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı,  AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirlərləri- filologiya üzrə elmlər doktoru Asif Rüstəmli, filologiya üzrə elmlər doktoru Tahirə Məmməd, filologiya üzrə elmlər doktoru Gülər Abdullabəyova, həmin institutun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova, yazıçı-publisist Nəzakət Əhmədova və digər ziyalılar dahi yazıçının həyat və yaradıcılığı,  eləcə də yenicə işıq üzü görən kitablar haqqında əhatəli çıxışlar etdilər.

 

 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər