BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasını davam etdirir.

17 iyun 2025-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar təşkil olunub. Tədbirdə universitetin 20-yə yaxın rəhbər və müəllim heyəti, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Həsənli iştirak ediblər.

Arzu Həsənli seminarda mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti barədə məruzə ilə çıxış edib. O bildirib ki, mədəni irsin sosiallaşması – mədəni dəyərlərin, adətlərin və simvolların fərddən cəmiyyətə və nəsildən-nəslə ötürülməsi prosesidir. Bu proses mədəniyyətin qorunması və yaşadılması baxımından, cəmiyyətin davamlılığını təmin edən əsas mexanizmlərdən biridir. Natiq qeyd edib ki, ailədə formalaşan ilkin sosiallaşma uşaqlarda mədəni kimliyin əsasını qoyur. Məktəbdə isə bu biliklər daha da dərinləşir, şagirdlər milli-mənəvi irslə bağlı tədris və tədbirlərlə tanış olurlar. İcma sosiallaşması isə təcrübənin kollektiv şəkildə paylaşılmasına və mədəni irsin gündəlik həyatda yaşadılmasına imkan yaradır. Arzu Həsənli vurğulayıb ki, mədəni irsin sosiallaşması həm keyfiyyət, həm də iştirak səviyyəsi baxımından müxtəlif metodlarla ölçülə bilər. İlkin və sonrakı sosiallaşma mərhələləri bu prosesin ardıcıl və dayanıqlı olmasını təmin edir. O əlavə edib ki, müasir dövrdə texnologiyalar mədəni irsin geniş yayılmasına yeni imkanlar yaratsa da, bəzən sosiallaşmanın zəifləməsinə də səbəb ola bilir. Azərbaycanda mədəni irsin sosiallaşması sahəsində qanunvericilik və dövlət proqramları mövcuddur, YUNESKO ilə əməkdaşlıq isə bu istiqamətdə beynəlxalq səviyyədə əhəmiyyət daşıyır. Sonda Arzu Həsənli qeyd edib ki, mədəni irsin sosiallaşması cəmiyyətin kimliyinin və mədəni davamlılığının əsas sütunlarından biridir.

Tədbirdə çıxış edən layihə rəhbəri Fariz Xəlilli Azərbaycan Turizm və Menecment Universiteti ilə PICASP layihəsi çərçivəsində uğurlu əməkdaşlığı xatırladıb. “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində bu əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə həyata keçirilə biləcək mümkün tədbirlər barədə fikirlərini bölüşüb. O, bildirib ki, layihənin əsas məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraqlı tərəflər cəlb olunacaq, mədəni irs sahəsində savadlılıq təşviq ediləcək. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsait hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar və praktiki təlimlər təşkil olunacaq, eləcə də müvafiq təhsil müəssisələrinin şagird, tələbə və müəllim heyəti üçün seminarlar keçiriləcəkdir.

Seminar interaktiv formatda davam etdirilib. Rektor köməkçisi Samir Məhərrəmov, Çingiz Əliyev, Günay Qafarova və digər müəllimlər çıxış ediblər. Universitetin müəllimlərinə Birliyin nəşrləri hədiyyə olunub.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Son xəbərlər

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Qlobal araşdırma: aviasiya texnologiyalarına investisiyaların effektivliyi məlumatların koordinasiyasından asılıdır

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi

Türkiyəli qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Şərafət Şəfa: "Gec tapıb tez oxuduğum kitab – Sadiq Nəsirov”

"Qəhrəmanlıq salnaməsi”: Aprel döyüşlərinin10 illik yubileyi

Beynəlxalq Forum Bəyannamə qəbulu ilə işini başa vurdu

"FHN İdman Sağlamlıq mərkəzi" karate klubunun yetirməsi “Grand Prix”in birincisi olub

Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addım

Uşaq yazıçısı Solmaz Amanovanın yubileyi qeyd olundu

Beynəlxalq Forum çərçivəsində müxtəlif panel müzakirələri təşkil olundu

YAP Səbail rayon təşkilatının ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib -FOTOLAR

Səbaildə “Qərbi Azərbaycanın Memarlıq İrsi” mövzusunda tədbir keçirilib

Kitablar səltənətinin incisi: “Pərvanə” romanı

“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu öz işinə başladı

Dövlətimizin başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək

Yazıçı-publisist Zöhrə Əsgərovanın 75 illik yubileyi qeyd olundu

Masallıda iki qardaşın qəhrəmanlıq dastanı: “Şəhid Qardaşları” ev muzeyinin açılışı olub

Lefke Avropa Universiteti AİEF 2026 sərgisində Bakı nümayəndəliyi ilə təmsil olundu

Avropa çempionu Nicat Hüseynovdan tarixiqələbə

Hava limanlarında sərhəd nəzarətinin rəqəmsallaşdırılması: təhlükəsizlik və sərnişin mobilliyi arasında balans

Özbəkistanda Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçirilib

Gələcək nəsillərə ötürüləcək irsi təhlükə altına qoyan vandalizm

Azərbaycan nümayəndə heyəti Özəl Imperial Xəstəxanasını ziyarət ediblər

Bütün xəbərlər