BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və X.B.Natəvan adına 4 №-li kitabxana filialı narkomaniya, alkoqolizm və oyun asılılığından psixoloji müalicə “12 addım” Reabilitasiya Mərkəzinə kitablar hədiyyə etdilər.

Yasamal rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova görüşdə bildirdi ki, müasir dövrümüzda əsrin bəlasına çevrilən “ağ ölüm”lə mübarizə aparmaq, sağlam gəncliyimizi və sağlam gələcəyimizi qorumaq hər bir şəxsin borcudur. Narkotik asılılığı, alkoqolizmdən əziyyət çəkənlərin sayı artır. Gəncləri bu bəladan qorumaq üçün məktəblərin, kitabxanaların üzərinə böyük məsuliyyət düşür. Maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti böyükdür. O, asudə vaxtın səmərəli təşkilində kitab oxumağın əhəmiyyətindən danışdı, kitab oxumağın müalicə üsulu, biblioterapiya olduğunu vurğuladı. 4 №-li kitabxana filialının müdiri Kamilə Novruzova, Mərkəzi Kitabxananın əməkdaşları Sevil Namazova və İradə Hüseynova mərkəzə kitablar hədiyyə etdilər.

“12 addım” Reabilitasiya Mərkəzinin rəhbəri, asılılıq uzrə mütəxəssis Əkbər Cəfərov bildirdi ki, ölkəmizdə bu istiqamətdə müxtəlif tədbirlər və “12 addım” proqramı həyata keçirilir. Sağlam və xoşbəxt həyata qayıtmaq üçün  burada onlarla insanlar müalicə alır.

Psixoterapevt, parapsixoloq Əhməd Əhmədov narkotik asılılığının evdə müalicəsinin çətinliyindən danışdı və qeyd etdi ki, asılılıq zamanı həm mənəvi, həm də fiziki problemlər yaranır. Bunun üçün psixoloq və həkimlərin müalicəsi birgə aparılmalıdır. 

Babək Muxtarov ali təhsilli əzcaçı olmağına baxmayaraq, əvvəllər narkotik asılılığından əziyyət çəkdiyini qeyd etdi. Yaşadığı problemlərdən çıxa bildi və başqalarına örnək oldu. O, asılılıq üzrə mütəxəssis kimi mərkəzdə müalicə alanlara sağlam və xoşbəxt həyata dönmələri üçün kömək edir.

Bu gün gənclərimizi, gələcəyimizi qorumaq üçün maarifləndirici tədbir və görüşlər keçirilməsi vacib məsələlərdəndir. Mərkəzin kollektivi bu maraqlı görüşə və mənəvi dəstəyə görə Yasamal rayon MKS-inə təşəkkürünü bildirdi. Onlar hədiyyə olunan kitablara böyük maraq göstərdilər.

“12 addım” Reabilitasiya Mərkəzinin rəhbəri Əkbər Cəfərov sağlam gələcəyimiz və sağlam gəncliyimiz üçün gördüyü işlərə görə Yasamal rayon MKS-inin Fəxri fərmanı və mərkəzin  kolektivi gördüyü işlərə görə Təşəkkürnamə ilə təltif edildilər.

Görüşdə yazıçı və şairlər, qazi və veteranlar, KİV nümayəndələri, ziyalılar iştirak etdilər.

 

 

 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər