BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq yazıçısı Çingiz Abdullayevin “Yalnız özümüzünkülər” romanı təqdim olunur.

37 yaşında Azərbaycanın Xalq yazıçısı adına layiq görülən Çingiz Abdullayev müasir ədəbiyyatımızda öz dəst-xətti ilə seçilən tanınmış nasir, kriminal əsərlər yazıçısıdır.  Onun “Yalnız özümüzünkülər” adlı romanı çox maraqlı hadisələrlə dolu bir əsərdir.

Mən Rahiməni anamla bacımın yanında bir qədər ehtiyatla qoyub gedirdim. Ümid edirdim ki, arvadımın onlarla kobud davranmamağa ağlı çatar.

Bu nəyin həyəcanı idi? Nə baş verirdi?

Şərq ölkələrindən birinin səfiri Milad bayramını ən yaxın adamları ilə qeyd etmək üçün Londonda gözdən-könüldən uzaq bir malikanədə ziyafət təşkil edir. Yalnız özününküləri dəvət edir. Əvəzində bu yaxın bildiyi adamlardan biri ev sahibinin konyak qədəhinə zəhər tökür.  Bu kimə və nəyə görə lazım idi? Qatil kimdir?

Əziz oxucular, Xalq yazıçısı Çingiz Abdullayev müsahibələrinin birində bildirmişdi ki, detektivləri oxumağı sevmir, amma elmi fantastika onu çox məftun edir: xüsusilə, Rey Bredberi, Ayzek Azimov, Robert Şekli, Stanislav Lem və Struqatski qardaşları. Ç.Abdullayev deyir: “Belə oldu ki, böyük bir kitab yazmaq qərarına gəldim. Bir dostum həlak oldu və “Mavi mələklər”i yazmağa başladım. Kitab çox sonra, 80-ci illərin sonlarında 30 min nüsxə ilə çıxdı. Bir həftəyə satıldı 30 min kitab! Sonra nəşriyyat kitabı yenidən çap etmək qərarına gəldi və 100 min kitabımı nəşr etdi. Bu 100 min isə bir ay ərzində satıldı”.

Xalq yazıçısının kitabxanasında 34 dildə kitabları var.

O deyir: "Yüz il yaşasam belə, gündə bir kitab oxusam belə yenə oxumaq istədiyim bütün kitabları oxuya bilmərəm. Bundan çox narahatam!

Mənə min il ömür versələr, 500 il özümü kitabxanaya bağlayıb kitab oxuyaram”.

Yazıçı Şahzadə İldırım yazıçının “Yalnız özümüzünkülər” romanından bir parça səsləndirərək izləyicilərə təqdim edir.  Kitabsevərlərə hər bir hadisədən məlumatlı olmaq üçün Çingiz Abdullayevin çox maraqlı və məsləhətli  “Yalnız özümüzünkülər” adlı romanını oxumağı tövsiyə edir.

Romandan kiçik bir hissə kitabxananın YouTube kanalında verilib: 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər