BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı şəhidlərin xatirəsinə həsr olunmuş “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub.
Təqdimat mərasimində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri, ağsaqqal və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər kompleksini, Şəhidlər xiyabanını, həmçinin ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə vurğulanıb ki, Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşurlar.
Təqdimat mərasimində çıxış edən müəllif Əlmaniz Ələkbərli bildirib ki, kitabda Birinci Qarabağ, 2016-cı ilin Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Zaqatalanın 230 qəhrəman övladının həyat salnaməsi, döyüşlərdə göstərdikləri igidliklər, valideynlərin, döyüş yoldaşlarının qəhrəmanlarımız barədə söylədikləri fikirlər əksini tapıb. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Zaqatalanın igid oğulları da şücaət göstərib, tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Onlardan iki nəfəri Azərbaycanın Milli Qəhrəmanı, üç nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər. Müəllif kitabın ərsəyə gəlməsinə göstərdikləri dəstəyə görə uzun illər müxtəlif dövlət qurumlarına rəhbərlik etmiş Əhməd Əhmədzadəyə və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə minnətdarlığını bildirib.
Təqdimat mərasimində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun atası Bəşir Məmmədov, Vətən müharibəsi şəhidi Sayad Hacıyevin atası Azad Hacıyev çıxış edərək torpaqlarımızın erməni işğalından təmizlənməsi uğrunda canlarından keçən qəhrəman övladları ilə qürur duyduqlarını, fəxr etdiklərini vurğulayıb, kitabın müəllifinə, nəşrinə kömək göstərən insanlara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan zabit Anar Seyidov, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova çıxış edərək, kitab haqqında təəssüratlarını bildiriblər.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük uğura imza atdığını, işğal altında olan torpaqlarımızın yağı düşməndən azad edildiyini diqqətə çatdırıb, Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib. Vurğulanıb ki, şanlı Zəfərimiz, qəhrəman şəhidlərimiz, qazilərimiz, döyüşlərdə şücaət göstərən vətənpərvər oğullar haqqında yazılan belə kitablar gələcək nəsillər üçün çox qiymətli məlumat mənbəyidir.
Tədbirin sonunda şəhidlərin ailə üzvlərinə, doğmalarına kitablar təqdim olunub.

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər