İdman
24.10.2022 / 16:16
"Buta"nın idmançılarının növbəti uğurları
Oktyabrın 21 -23-də Bakı İdman Sarayında Müstəqilliyin Bərpası Gününə həsr edilən Şərq əlbəyaxa döyüş növləri festivalı keçirilib. Arpaçay İdman Birliyinin təşkil etdiyi festivalda ölkənin müxtəlif idman klublarını təmsil edən karateçilər güclərini sınayıblar. Qaliblərə medal və kubuoklar təqdim edilib.
Festivalda Sumqayıtda Pərviz Quliyevin qəhbəri olduğu Buta Gənclər Klubunun idmançıları da yarışaraq 16 qızıl, 7 gümüş, 9 bürüc medal qazanıblar. Ən çox qızıl medal qazanan "Buta" olub. Buna görə də kubok "Buta" klubuna verilib. Yeri gəlmişkən, klubun yetirmələrindən olan Nihad İbadov da yarışda I yerə çıxıb.