BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“LANDAU School”un şagirdləri beynəlxalq bilik yarışmasında ölkəmizi uğurla təmsil edərək 36 medal qazanıblar.

“Xeber 7” xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən “LANDAU School” özəl orta məktəbinin şagirdləri ABŞ-nin nüfuzlu ali təhsil müəssisəsi olan "Yale" Universitetində keçirilən "The World Scholar's Cup" beynəlxalq bilik olimpiadasının yekun turunda iştirak ediblər.

Azərbaycanlı şagirdlər hər il dünyanın 70-ə yaxın ölkəsindən 15000-dən çox məktəblinin iştirakı ilə keçirilən bilik olimpiadasının ilk 2 mərhələsində – Bakıda keçirilən "Local" və Dubayda baş tutan "Global" turlarında müxtəlif nailiyyətlər əldə etməklə "Yale" Universitetinin ev sahibliyi etdiyi finala vəsiqə qazanmışdılar.

Yarışmanın finalında “LANDAU School” şagirdləri ümumilikdə 18 qızıl və 18 gümüş medal əldə ediblər: Kamran Hüseynov – 4 qızıl, 4 gümüş, Fatimə Əliyeva – 4 qızıl, 3 gümüş, Murad Hidayətzadə – 4 qızıl, 1 gümüş, Ziyad İsmayılov – 2 qızıl, 4 gümüş, İsmayıl Qurbanəliyev – 2 qızıl, 3 gümüş, Rəsul İsmayılov – 2 qızıl, 3 gümüş.

Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlamış “LANDAU School” Azərbaycanda müasir tədris təcrübəsinə uyğun metodoloji yenilikləri tətbiq etməklə təhsil sahəsində özünəməxsus mövqeyə sahib olan özəl orta məktəbdir. Hazırda 3000-dən çox şagirdin təhsil aldığı və Qafqazın ən böyük özəl orta təhsil müəssisələrindən biri olan “LANDAU School”da tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

LANDAU Education Group-a ən böyük layihəsi olan LANDAU School ilə yanaşı, LANDAU Kindergarten (uşaq bağçası), LANDAU PreSchool (məktəbəqədər təhsil müəssisəsi), PreLANDAU kursları (LANDAU School-a qəbul olunmağa hazırlıq, həm də riyaziyyat və ingilis dili üzrə biliklərini təkmilləşdirmək istəyən digər məktəblərin şagirdləri üçün nəzərdə tutulmuş kurslar), LANDAU Academy (müəllimlər üçün ixtisasartırma kursları) və Leznik & Co. tədris mərkəzi (yerli və xarici universitetə hazırlaşan abituriyentlər üçün hazırlıq kursları) layihələri də daxildir.

 

 




Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər