BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Bildiyimiz kimi, 2019-cu il 22 oktyabr tarixli Qanunla dövlətimiz “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını ratifikasiya edib. Bu gün təqdim edilən layihə həmin Konvensiyada Tərəflər üçün bu sahədə qabaqlayıcı tədbirlər, qurbanlara yardım və maddi cinayət hüquqi normalarının implementasiyasını nəzərdə tutur. Arayışdan da göründüyü kimi, Azərbaycan Respublikasının Əmək, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında” “Ümumi təhsil haqqında” və s qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılmasını nəzərdə tutur".

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, təklif olunan dəyişikliklər əsasən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslərin uşaqlarla müntəzəm təmasın məhdudlaşdırılmasını nəzərdə tutur.

"Eyni zamanda uşaqların hüquqlarının müdafiəsi üçün tədbirləri nəzərdə tutan mütərəqqi prosessual hüquqi normalar Cinayət-Prosessual Məcəlləsinə təklif edilir. Və nəhayət Konvensiyadan irəli gələn maddi cinayət hüququ müddəaların milli qanunvericilikdə təsbit edilməsi məqsədilə ilk növbədə Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslinə edilən cinayətlər həm təkmilləşdirilir, eyni zamanda isə sırf yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş bu cinayətlərin sanskiyalarının kifayət qədər sərtləşdirilməsi təklif edilir. Arayışdan da görünür ki, bu əməllər uşaqların yaş kateqoriyasına görə həm də bu fəsildən olan cinayətlərin ağırlıq dərəcəsinə uyğun olaraq sərtləşdirilməsi təklif edilir", - deyə deputat qeyd edib.

Ə.Ağazadə çıxışında təklif olunan dəyişikliklərlə bağlı əsas məqamlara diqqət çəkib: "Yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş zorlama cinayəti yeni maddələrdə təqdim edilərək, müvafiq olaraq sanksiyaları sərtləşdirilib. Eyni zamanda 150-ci maddə (Seksual xarakterli zorakılıq hərəkətləri) bütövlükdə təkmilləşdirilərək, sanksiyaları sərtləşdirilmiş, belə hərəkətlərin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə isə daha sərt, on beş ildən iyirmi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulub. Cinayət Məcəlləsinin bu fəslində sanksiyasının sərtləşdirilməsi nəzərdə tutulan digər maddələr 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (Əxlaqsız hərəkətlər) maddələrdir. Belə ki, Konvensiyanın 18-ci maddəsinə əsasən hər bir Tərəf özü uşaqla seksual xarakterli hərəkətlər etmə qadağan olunan yaş həddini müəyyən edir. Buna uyğun olaraq təqdim edilən layihədə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 1) on iki yaşına çatmayan şəxs barəsində və ya 2) ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini başa düşməyən yetkinlik yaşına çatmayan digər şəxs barəsində törədildikdə, belə əməllər Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə deyil, daha sərt cəzaları (15 ildən 20 ilədək azadlıqdan məhrum etmə) nəzərdə tutan Cinayət Məcəlləsinin 149.3.3-cü və ya 150.3.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq".

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər