BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

İyulun 30-da Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq Xızı şəhərində, Cəfər Cabbarlının ev muzeyində “Xızıda Cəfər Cabbarlı günü” adlı tədbir keçirildi. Tədbirin məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği istiqamətində klassik  ədəbiyyat nümayəndələrimizin həyat və yaradıcılığının öyrənilməsi, bu baxımdan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük maarifçi, görkəmli dramaturq C.Cabbarlının yaradıcılığının təbliğ olunmasıdır. Tədbirdə ziyalılar, tanınmış elm və mədəniyyət xadimləri, Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı Ev Muzeylərinin əməkdaşları, QHT sədrləri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ı, Azərbaycan Milli Konservatoriyasının, Dövlət İdarəçilik Akademiyasının əməkdaşlar, Xəzər Univeraiteti “Dünya Məktəbi”nin, A.Zeynallı adına Musiqi Kollecinin müəllim və tələbələri, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Yasamal MKS-nin 3 saylı filialının əməkdaşları,  muzey  işçiləri və KİV nümayəndələri iştirak etdilər. Proqrama uyğun olaraq əvvəl ədibin doğulduğu Xızı şəhərinə qonaqların gəzintisi təşkil  olundu, C.Cabbarlı Parkında böyük dramaturqun  abidəsi önünə çiçəklər qoyularaq xatirəsi anıldı.

Tədbir C.Cabbarlının ev muzeyində davam etdi. İB sədri Qəmər Bağırova qonaqları salamlayaraq tədbir iştirakçılarına layihə haqqında məlumat verdi və tədbiri açıq elan etdi. Sonra layihə çərçivəsində tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə, eləcə də “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin hazırladığı, böyük dramaturqun zəngin həyat və yaradıcılığını əks etdirən maraqlı səyyar sərgi ilə tanış oldular. Cəfər Cabbarlı yaradıcılığının böyük tədqiqatçısı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, dosent, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Dövlət İdarəçilik Akademiyası Dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Zülfüqarova, C.  Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Metodika, təminat və layihələrlə iş şöbəsinin müdiri Tamella Məmmədova öz çıxışlarında görkəmli dramaturqun zəngin bədii irsi və yaradııcılığı ilə bağlı həyata keçirdikləri yeni elmi- tədqiqat işlərindən, müxtəlif kitabxanaların elektron bazalarında C.Cabbarlı əsərlərinin yeni versiyalarının hazırlanaraq oxuculara təqdimatlarından söz açdılar, ədibin tərcüməçilik fəaliyyəti ilə bağlı  qonaqlara maraqlı məlumatlar  verdilər. Tədbir ədəbi-bədii proqramla davam etdirildi. C.Cabbarlı ocağının qonaqları, tanınmış incəsənət xadimləri, eləcə də gənc istedadlar dramaturqun müxtəlif  janrlarda yazdığı bədii nümunələrdən parçalar ifa etdilər. Bədii qiraətçilər Zülfiyyə Eldarqızı və Rəsmiyyə Heybətağa qızının ifasında yazıçının poeziya nümunələri səsləndirildi, gənc istedadlar- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı M.Həsənxanlı və A.Zeynallı adına Musiqi Kollecinin II kurs tələbəsi İ.Məmmədova dramaturqun pyeslərindən parçalar təqdim etdilər. Tədbirdə Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ədəbi irsinin təbliğindəki fəal iştirakına görə C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin əməkdaşı, muzeyin Fonoteka şöbəsinin müdiri Yaqutxanım Qurbanova, Xəzər Universiteti “Dünya Məktəbi”nin İctimaiyyətlə ƏIaqələr və Media şöbəsinin koordinatoru Afaq Qəmbərova,  Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının dosenti Fərqanə Zülfüqarova, həmin Akademiyanın əməkdaşı Murad Həsənxanlı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı və Asəf Zeynallı adına Musiqi Kollecinin II kurs tələbəsu İradə Məmmədova “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İB-nin “Diplom”ları ilə mükafatlandırıldılar. Tədbirin sonunda qonaqlara yazıçının həyat və yaradıcılığından bəhs edən bukletlər paylandı. Tədbir çay süfrəsi ilə yekunlaşdı.

  

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər