BAKU Azərbaycan
30.12 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyi “ Virtual imkanlardan istifadə etməklə insan alveri ilə mübarizə sahəsində    maarifləndirmə ” adlı layihəyə start verib. 
 Layihənin rəhbəri Ramiz Alıyevin verdiyi məlumata görə, layihənin müddəti 2 aydır və əsas məqsədi vitrual platformalarda insan alverinə qarşı mübarizənin təşkil edilməsindən ibarətdir. Onun sözlərinə görə, layihənin icrası zamanı qısametrajlı film çəkiləcək. Film insan alverinə qarşı mübarizə məqsədi ilə lentə alınacaq və senarisi donor təşkilata təqdim olunacaq. Hazırlanan filmin təbliğatı həyata keçiriləcək. Təşkilat öz daxili imkanlarından istifadə edib yotube, facebook, TİK-TOK və digər platformalarda filmin yayımı ilə yanaşı bu istiqamətdə qanunverciliyin tələblərinə və qəbul olunan Milli Fəaliyyət Planına uyğun olaraq iş aparacaq. 
R.Aliyev onu da deyib ki, Saxta elanlara inanıb İnsan alverinin qrubanı olma” adlı film eyni zamanda daha geniş arenada təbliğ olunacaq. 
R.Alıyev bildirib ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Bu yöndə sistemli qərarlar qəbul olunur və beynəlxalq təşkilatlar səviyyəsində iş aparılır. Hesabatlar hazırlanır və mövcud vəziyyət təhlil olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, insan alveri dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür.
Bu istiqamətdə həyata keçirilən maarifləndirmə işində aidiyyatı dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti də mühüm işlər görür. Vətəndaş cəmiyyəti institutları tərəfindən tədbirlər keçirilir, filmlər çəkilir və buklet, buraşurlar çap olunaraq pulsuz olaraq paylanılır ki, bununda nəticəsində insan alverinə qarşı mübarizə sahəsində ciddi maarifləndirici proseslər həyata keçirilir. İnsan alverinin davamlı və qlobal problem olduğunu nəzərə alıb bu istiqamətdə həyata keçirilən tədbirlərdə davamlılığın qorunması, vətəndaşları daha dərindən maarifləndirmə işinin təşkili aktual olaraq qalmaqdadır.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər