İqtisadiyyat
01.08.2022 / 02:50
Mikayıl Cabbarov: "Biz yüksək qiymətlərdən sonrakı böhrana hazır olmalıyıq"
"Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır".
"Xeber 7" məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsəkdə biz buna hazır olmalıyıq və öz planlamalarımızıda buna görə hazırlayırıq.
"Aşağı qiymətlərdə olacaq. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliliyimizi, öz dayanıqlılığımızı saxlayaq", - M. Cabbarov qeyd edib.