BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Avstriyadakı səfirliyində almandilli məkanda ən məşhur aktyorlardan biri olmuş Hans Mozerin (1880-1964) vəfatının 60 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş fotosərgi təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə Vyana şəhərinin meri Mixael Ludviq, Vyana Şəhər Şurasının, Avstriya Film Arxivinin, Vyana İncəsənət Muzeyinin, Film Akademiyasının, Film İnstitutunun nümayəndələri, görkəmli aktyorun ailə üzvləri, kinosevərlər və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına 150-dən çox filmə çəkilmiş və avstriyalıların kollektiv yaddaşında özünəməxsus yerə malik aktyorun həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Avstriyadakı səfirimiz Rövşən Sadıqbəyli bildirib ki, 2001-ci ildən Azərbaycan səfirliyinin yerləşdiyi və şəhər sakinləri arasında “Hans Mozer villası”nda görkəmli aktyorun həyatında önəmli yer tutur. O, görkəmli kino və teatr aktyorunun 30 ildən çox yaşadığı villada Hans Mozer sənətinin pərəstişkarlarına xüsusi seçilmiş fotolardan ibarət fotosərginin ərməğan edilməsindən məmnunluğunu ifadə edib.

          150-dən çox filmdə çəkilən, çox sayda tamaşada və operettalarda baş rol alan, eyni zamanda, xalq mahnılarının mahir ifaçısı olan Hans Mozerin çıxışları özünəməxsus və müstəsna yumor üslubu ilə seçilib və bu, ona həm ölkə daxilində, həm də xaricdə tamaşaçılarının qəlbini fəth etməyə imkan verib. Komik rolların mahir ifaçısı Hans Moserin irsi əyləncədən kənara çıxır, o, adi həyatdan götürülmüş sadə insan obrazlarını ekranda məharətlə canlandırır və tipik Vyana ləhcəsi ilə onlara orijinal və yaddaşlarda dərin iz buraxan bir görkəm verirdi. Avstriya kinosunun tanınmış nümayəndəsi kimi o, ictimai norma və dəyərləri qiymətləndirərək və dəyişdirərək müharibədən sonrakı cəmiyyətin formalaşmasında kinonun mühüm roluna töhfə verib. H. Mozer Avstriyada gənc aktyor nəsli üçün ilham mənbəyi idi.

Səfir diqqətə çatdırıb ki, H. Mozer 1932-ci ildə sonradan "Hans Moser villası" kimi tanınan binanı alıb. Bu gün Azərbaycan bir vaxtlar Avstriya kino sənətinin ikonası olmuş Hans Mozerin villasını tarixi və mədəni irs kimi qoruyur və səfirlikdə təşkil edilmiş fotosərgi Avstriya xalqına, onun mədəniyyətinə və tarixinə olan diqqətin nümunəsidir. Çünki Hans Mozer irsi Avstriya və Azərbaycan xalqlarını bir araya gətirən daha bir bağdır.

            Vyana şəhərinin meri Mixael Ludviq çıxışında Hans Mozerin həyat və yaradıcılığından, onun Avstriya xalqının qəlbində tutduğu yerdən və xarakterik vyanalı obrazlarından bəhs edib. Mer H. Mozerin xatirəsinin əbədiləşdirilməsində görülən işlərə, təşkil olunan tədbirlər və səfirlik məqsədləri üçün adaptasiya edilmiş villanın bərpasına görə Azərbaycan tərəfinə öz minnətdarlığını bildirib.

Avstriya Film Akademiyasının təmsilçisi Oliver Ştanql çıxışında Hans Mozerin kinoaktyor kimi yaradıcılığına nəzər salıb, onun canlandırdığı obrazlardan bəhs edib. O, Ştanql Avstriya kino tarixində önəmli yerə malik sənətkarın xatirəsinə Azərbaycan səfirliyində təşkil edilən tədbir və göstərilən diqqətə görə təşəkkür edib.

             Sonra qonaqlar fotosərgi ilə tanış olublar. Fotosərgidə H. Mozerin Azərbaycan səfirliyinin yerləşdiyi villada müxtəlif illərdə ailə üzvləri, dostlar və qonaqları ilə çəkilmiş fotoları, həyatının önəmli anlarının əks olunduğu şəkillər nümayiş olunub.

Qeyd edilməlidir ki, Azərbaycan səfirliyi tərəfindən müxtəlif illərdə H. Mozerin xatirəsinə tədbirlər təşkil olunub, hətta 2007-ci ildə tanınmış incəsənət xadiminin xatirəsinə səfirliyin girişində xatirə lövhəsi açılıb.

          Tədbirin bədii hissəsində Avstriyada təhsil alan gənc azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi Ayan Məmmədlinin Hans Mozerin çəkildiyi filmlərə bəstələnmiş həm musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxışı, həm də məhşur sənətçi Hans Moserin yaradıcılığı haqqında şifahi təqdimatı tədbir iştirakçılarını valeh edib. "Bravo!!" nidalarını ucadan səsləndirməklə öz hisslərini ifadə edən Vyana şəhərinin meri cənab Mixael Ludviq və digər avstriyalılar konsertdən sonra Ayana yaxınlaşaraq, bu cür gözəl ifaçılığına görə ona öz dərin təşəkkürlərini bildiriblər. Cənab mer Mixael Ludviq Ayan Məmmədliyə Avstriyanın məhşur sənətkarı haqqında bu cür ətraflı bilgilərə yiyələnərək, professional şəkildə təqdim etmək qabiliyyətini, hər iki ölkənin bir-birinə olan sevgi və hörmət əlaməti kimi dəyərləndirdiyini bildirib.

 

 

    

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər