BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

İyulun 29-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının COP29-a həsr olunmuş iclası keçirilib. 

İclasda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Qurbanov bildirib ki, ASK-nın tərkibində fəaliyyət göstərən turizm komissiyası bu sektorun inkişafının monitorinqini keçirir, müzakirələr aparır və hökumətə turizmin inkişafı ilə bağlı tövsiyələr təqdim edir. O əlavə edib ki, konfederasiya öz fəaliyyəti çərçivəsində ölkədə sahibkarlara qeyri-maliyyə dəstəyi göstərir, xüsusilə treninqlər, seminarlar keçirir, konsaltinq xidmətləri göstərir, eləcə də iş adamlarının maraqlarını yerli və beynəlxalq səviyyədə təmsil edir.
ASK-nın “Turizm və xidmət üzrə iş” komissiyasının sədri Ruslan Quliyev bildirib ki, konfederasiya 50-dən çox ölkədə analoji strukturlarla əməkdaşlıq edir və 25 ölkədə nümayəndəliyə malikdir. Ölkədə daxilində isə dövlət-biznes dialoqunda mühüm yer tutan bir qurumdur. Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən assosiasiyaların rəhbərləri “Turizm və xidmət üzrə iş” komissiyasının üzvləri sırasındadır və bu da turizm sahəsində düzgün analizlərin  aparılmasına, bu sahədəki mövcud nöqsanların aşkarlanmasına və hökumətə lazımi tövsiyələrin hazırlanıb çatdırılmasına şərait yaradır. 
İclasda COP29-la bağlı turizm sənayesinin hazırlıq templəri də müzakirə olunub.  Bildirilib ki, COP29 Azərbaycanda indiyə qədər keçirilən beynəlxalq tədbirlərin ən böyüyüdür. Burada təxminən 100 min civarında qonağın iştirakı nəzərdə tutulur. Tədbirin lazımi səviyyədə baş tutmasında, gələn qonaqların Azərbaycandan məmnun getməsində ən mühüm vəzifənin daşıyıcısı turizm sənayesidir. Bu baxımdan yerləşdirmə yerlərinin sayı, hotellərin bron edilməsi, qiymətlərin müəyyənləşdirilməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hotel əməkdaşlarına treninqlərin keçirilməsi, bu istiqamətdə Azərbaycan Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq kimi vacib nüanslar da toplantıda müzakirə edilən məsələlər sırasında yer alıb. Bildirilib ki, ölkədə  fəaliyyət göstərən bütün qurumlar, həm dövlət, həm də özəl sektorun nümayəndələri bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi üçün bütün imkanlarını səfərbər etməlidir. 
İclasda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP),  fəaliyyət istiqamətləri, eləcə də İCAPP Biznes Şurasının yaradılması, Azərbaycanın bu təşkilatda fəaliyyəti və gələcək planlar haqqında da məlumat verilib. Qeyd edib ki, ICAPP Biznes Şurasının fəaliyyəti olduqca əhəmiyyətli formatdır. Şura bütün təmsil olunan dövlətlərin biznes təmsilçilərinin səsinə və onların ən yaxın tərəfdaşına çevrilmək, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi üçun dialoq qurmaq və ölkələrarası sahibkarlığın dayanıqlı inkişafına dəstək olmaq missiyasının daşıyıcı olmaq funksiyasını öz üzərinə götürə bilər. Ancaq bu formatın təkmilləşdirilməsi üçün qarşılıqlı səylər artırılmalıdır. Bu platformada ölkələr qarşılıqlı iş birliyi, investisiyalar və ekspert dəstəyindən yararlanaraq, bütün vektorlar üzrə mükəmməl bir təcrübə ortaya qoya bilər.
Qeyd edək ki, 2023-cü ilin 30 aprel tarixində “Millennium Turizm Konqress DMC”nin direktoru Ruslan Quliyev İCAPP Biznes Şurasının üzvü seçilib. 




Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər